Əlisaab Orucov — Vikipediya
Əlisaab Orucov | |
---|---|
Azərbaycan Respublikası Baş nazirinin müavini — Azərbaycan Respublikası Prezidentinin fövqəladə səlahiyyətli nümayəndəsi | |
7 aprel 1992 – 2 iyul 1992 | |
Prezident | Yaqub Məmmədov (i. e.) Ayaz Mütəllibov İsa Qəmbər (i. e.) Əbülfəz Elçibəy |
Baş nazir | Feyruz Mustafayev (i. e.) Rəhim Hüseynov |
5 fevral 1991 – 7 aprel 1992 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | İlyas İsmayılov |
15 yanvar 1985 – 5 fevral 1991 | |
Əvvəlki | Nəriman Yusifov |
Sonrakı | vəzifənin adı dəyişdirilib |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Göyçay, Azərbaycan SSR, SSRİ |
Təhsili |
|
Əlisaab (Əlisahib) Səftər oğlu Orucov (24 yanvar 1946, Göyçay) — Azərbaycan hüquqşünası və dövlət xadimi, Azərbaycanın ədliyyə naziri (1985–1992), Azərbaycan Respublikası Baş nazirinin müavini — Azərbaycan Respublikası Prezidentinin fövqəladə səlahiyyətli nümayəndəsi (1992).
Həyatı
[redaktə | mənbəni redaktə et]Əlisaab Səftər oğlu Orucov 24 yanvar 1946-cı ildə Göyçay şəhərində fəhlə ailəsində anadan olmuşdur. 1953–1964-cü illərdə Göyçay şəhər 3 saylı orta məktəbdə, 1966–1971-ci illərdə isə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinin əyani bölməsində təhsil almışdır.[1]
1971-ci ildə Azərbaycan SSR Ədliyyə Nazirliyində Məhkəmə Orqanları İdarəsində məsləhətçi kimi işə başlamış, 1973-cü ilin fevral–iyun aylarında Bakı şəhər Nəsimi rayon xalq məhkəməsində xalq hakimi kimi təcrübə keçmişdir. Elə həmin ilin iyunundan 1977-ci ilin dekabrınadək Kirovabad (Gəncə) şəhərində xalq hakimi işləmiş, 1977-ci ilin dekabrından 1980-ci ilin martınadək isə Azərbaycan SSR Ali Məhkəməsinin üzvü olmuşdur.[2] 1980-ci ilin mart ayında Əlisaab Orucov Azərbaycan SSR Ali Məhkəməsinin sədr müavini, iki il sonra isə birinci müavini seçilmişdir.[1]
Əlisaab Orucov 1985-ci ilin yanvarından 1992-ci ilin aprel ayınadək Azərbaycanın ədliyyə naziri (müstəqil Azərbaycanın ilk ədliyyə naziridir) olmuşdur. 1992-ci ilin aprelindən həmin ilin iyul ayınadək Azərbaycan Respublikası Baş nazirinin müavini — Azərbaycan Respublikası Prezidentinin fövqəladə səlahiyyətli nümayəndəsi işləmiş, Qarabağda gedən müharibə zamanı ön cəbhədə olmuşdur.[2]
Əlisaab Orucov 1993–1995-ci illərdə Azərbaycan Milli Yaradıcılıq Akademiyası Prezidentinin müavini, 1995-ci ilin iyul ayından Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat və VVA İdarəsinin rəisi işləmişdir.[3]
Əlisaab Orucov 1973-cü ildən Sov.İKP üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin 11-ci (1985–1990)[4] və 12-ci (1990–1991) çağırış deputatı seçilmişdir.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Əlisaab Orucov. Mübarizəmiz Qarabağdadır (PDF). Bakı: "Gənclik" nəşriyyatı. 2011. səh. 3–20. ISBN 5-8020-1670-10. 2022-02-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-02-08.
- ↑ 1 2 Müstəqil Azərbaycanın ilk ədliyyə naziri // Erməni terroru. Qarabağda müharibənin başlaması. Hadisələr... Faktlar... (PDF). Bakı: "Avropa" nəşriyyatı. 2008. səh. 212. 2022-02-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-02-08.
- ↑ Оруҹов Әлисааб Сәфтәр оғлу // Азәрбајҹанда ким кимдир? (Сорғу-мәлумат китабы). Тәртибчи-мүәллифләр: Тејмур Әһмәдов, Тарыјел Ҹаһанҝир. Бакы: "Азәрбајҹан Енсиклопедијасы" НПБ. 1999. С. 391. ISBN 5-89600-253-x.
- ↑ Оруҹов Әлисааб Сәфтәр оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Он биринҹи чағырыш. Бакы: Азәрбајҹан ССР Али Совети Рәјасәт Һеј'әтинин нәшри. 1985. С. 313.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- "Əlisaab Orucov erməni məsələsindən və illər əvvəl çıxardığı ölüm hökmündən danışır". hafta.az. 3 may 2016. 8 fevral 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 fevral 2022.
- "Ə. S. Orucovun Azərbaycan Respublikasının ədliyyə naziri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respubli̇kası Prezidentinin Fərmanı". e-qanun.az. 7 aprel 1992. 2022-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 fevral 2022.
- "Azərbaycan Respublikası Prezidentinin Fövqəladə səlahiyyətli nümayəndəsi Ə. S. Orucovun Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilməsi haqqında Azərbaycan Respubli̇kası Prezidentinin Fərmanı". e-qanun.az. 7 aprel 1992. 2022-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 fevral 2022.
- "Ə. S. Orucovun Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respubli̇kası Prezidentinin Fərmanı". e-qanun.az. 2 iyul 1992. 2022-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 fevral 2022.
- "Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində prezident idarə üsulunun tətbiq edilməsi haqqında Azərbaycan Respubli̇kası Prezidentinin Fərmanı". e-qanun.az. 7 aprel 1992. 2022-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 fevral 2022.
- "Ə. S. Orucovun Azərbaycan Respublikası Prezidentinin fövqəladə səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respubli̇kası Prezidentinin Fərmanı". e-qanun.az. 2 iyul 1992. 2022-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 fevral 2022.
- "Azərbaycan Respublikasının xalq deputatları F. R. Mustafayevin, Z. S. Hacıyevin, Ə. S. Orucovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında Azərbaycan Respubli̇kası Ali̇ Soveti̇ni̇n Qərarı". e-qanun.az. 24 may 1991. 8 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 fevral 2022.