İlyas İsmayılov — Vikipediya

İlyas İsmayılov
Vəzifədədir
2 iyul 2001-ci ildən
Əvvəlkivəzifə təsis edildi
1993 – 30 mart 1996
Əvvəlkivəzifə təsis edildi
Sonrakıvəzifə ləğv edildi
2006 – 1010
Seçki dairəsi2006 — 106 saylı Tovuz-Qazax-Ağstafa
2010 — 106 saylı Tovuz-Qazax-Ağstafa
Əvvəlkivəzifə təsis edildi
SonrakıÜlviyyə Ağayeva
25 aprel 1998 – Noyabr 2000
HəmsədrRəsul Quliyev
Əvvəlkivəzifə təsis edildi
Sonrakıvəzifə ləğv edildi
30 mart 1996 – 25 aprel 1998
ƏvvəlkiSərdar Cəlaloğlu
Sonrakıvəzifə ləğv edildi
8 aprel 1992 – 13 yanvar 1995
ƏvvəlkiƏlisaab Orucov
SonrakıSüdabə Həsənova
bayraq
Azərbaycan SSR prokuroru
bayraq2
1985 – 29 avqust 1990
ƏvvəlkiAbbas Zamanov
Sonrakıİsmət Qayıbov
bayraq
Azərbaycan SSR prokurorunun müavini
bayraq2
1978 – 1985
ProkurorAbbas Zamanov
Şəxsi məlumatlar
Doğum tarixi 20 mart 1938(1938-03-20) (86 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Təltifləri "Xalqlar dostluğu" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İlyas Abbas oğlu İsmayılov (20 mart 1938, Traubenfeld) — Azərbaycan dövlət və ictimai-siyasi xadimi. Azərbaycan SSR Prokuroru və Azərbaycan Respublikasının ədliyyə naziri. Hüquq elmləri doktoru, Professor. Eks-millət vəkili. Ədalət Partiyasının sədri.

İsmayılov İlyas Abbas oğlu 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub.

1955-ci ildə A. S Puşkin adına Tovuz şəhər orta məktəbini bitirib.1962-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1963-cü ildə Leninqrad Dövlət Universitetinin cinayət-hüquq kafedrası üzrə aspiranturaya daxil olub, 1966-cı ildə orada hüquq elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib.[1]

1966-cı ildən 1970-ci ilədək Azərbaycan Elmlər Akademiyasının fəlsəfə və Hüquq İnstitutunun kiçik və baş elmi əməkdaşı işləyib, sonra 2 il respublika prokurorunun köməkçisi olub.

1972-ci ildən 1978-ci ilədək Azərbaycan KP MK-nın inzibati orqanlar şöbəsinin təlimatçısı olub. 1978-ci ildən 1985-ci ilədək respublika prokurorunun müavini, həmin vaxtdan 1990-cı ilə kimi Azərbaycan SSR Prokuroru olmuşdur.

1990-cı ilin sentyabrından 1992-ci ilin yanvarınadək Moskova prokurorluğunda şöbə rəisi vəzifəsində çalışıb.[2]

Səkkiz monoqrafiya və kitabçanın, 200-dən artıq elmi və publisistik əsərin müəllifidir. 1992-ci ildən "Azərbaycan Respublikasında demokratik islahatlar uğrunda" ictimai hərəkata rəhbərlik edib.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

30 mart 1996-cı ildə sabiq ədliyyə naziri İlyas İsmayılovun rəhbərlik etdiyi Ədalət PartiyasıAzərbaycan Demokrat Partiyası III Növbədənkənar (Birləşdirici) və IV (Birləşdirici) Qurultayda birləşmişdir.[3] Birləşmiş partiyanın sədri İlyas İsmayılov seçilmişdir.[3][4]

1993–1996-cı illərdə Azərbaycan parlamentlərinə rəhbərlik etmiş, hakim Yeni Azərbaycan Partiyası üzvü Rəsul Quliyev 11 sentyabr 1996-cı ildə Milli Məclisin sədri postundan istefa verərək Amerika Birləşmiş Ştatlarına köçmüşdü.[5] 29 noyabr 1998-ci ildə keçirilən Azərbaycan Demokrat Partiyasının VI (Birləşdirici) Qurultay Səlahiyyətli Konfransında onun rəhbərlik etdiyi Beynəlxalq Demokratiya və Ekologiya Fondu və Aydın Quliyevin rəhbərlik etdiyi Demokratik Azərbaycan Partiyası Azərbaycan Demokrat Partiyasına birləşmişdir.[3][4] Birləşmədən sonra partiyada həmsədrlik postu təsis edilmiş, İlyas İsmayılov və Rəsul Quliyev partiyanın həmsədrləri seçilmişdir.[3]

5 noyabr 2000-ci il parlament seçkilərində həm majoritar, həm proporsional seçki sistemi üzrə seçkilərə qatılmış Azərbaycan Demokrat Partiyası uğur qazana bilmədi.[6] 1 gün sonra, yəni 6 noyabr 2000-ci ildə partiyanın həmsədri İlyas İsmayılov və tərəfdarları Azərbaycan Demokrat Partiyasından istefa verdi.[3] Onlar Ədalət Partiyasının bərpası üçün çalışmış və 2 iyul 2001-ci ildə bərpa qurultayı ilə partiyanı yenidən təsis etmişdirlər.[3]

2006-cı il mayın 13-də 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin İnsan hüquqları daimi komissiyasının üzvü olmuşdur. Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-İtaliya, Azərbaycan-Latviya, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarınının və Avropa İttifaqı−Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvü olmuşdur.

Professor Zəkiyyə İsmayılova ilə ailə həyatı qurub, 2 oğlu var. Böyük oğlu Etimad İsmayılov Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini, Mətin isə Moskva Dövlət Universitetinin hüquq fakültəsini, Nyu-York və Kolumbiya Universitetlərini bitirib. Etimad Azərbaycan və Türkiyədə, Mətin isə ABŞ-də Nyu-York şəhərində çalışır.[7]

"Xalqlar dostluğu" ordeni ilə təltif olunub.

  1. Sabahına da alnıaçıq gedən siyasətçi — İlyas İsmayılov
  2. İlyas İsmayılov müsahibə
  3. 1 2 3 4 5 6 modern.az. "ADP-yə gəlib-getmiş tanınmışlar - Keçmiş nazir, eks-spiker, general, polis rəisi və digərləri - ARAŞDIRMA". modern.az (az.). 2024-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
  4. 1 2 modern.az. "27 naxçıvanlı demokratın yaratdığı ADP- "PARTİYAMIZDIR"". modern.az (az.). 2024-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
  5. Crocusoft. "Azərbaycan Respublikası Milli Məclisinin sədri R.Quliyevin istefası haqqında". e-qanun.az (ingilis). 2021-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
  6. "2000-2001-ci illər parlament seçkiləri haqqında yekun hesabat" (PDF). 2021-08-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-30.
  7. İlyas İsmayılov: iki övlad və 3 nəvə

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]