Fuad Əliyev (siyasətçi) — Vikipediya
Fuad Əliyev | |
---|---|
15 fevral 2001 – 1 aprel 2023 | |
Əvvəlki | Zakir Məmmədov |
Sonrakı | Vəzifə ləğv edildi. |
Azərbaycan Liberal Demokrat Partiyası sədrinin birinci müavini | |
30 yanvar 1999 – 2000 | |
Sədr | Zakir Məmmədov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 aprel 1970 (54 yaş) |
Doğum yeri | |
Partiya |
|
Fuad Ağası oğlu Əliyev (4 aprel 1970, Bakı) — siyasətçi, Azərbaycan Liberal Demokrat Partiyasının sabiq sədri.
Həyatı
[redaktə | mənbəni redaktə et]Əliyev Fuad Ağası oğlu 4 aprel 1970-ci ildə Bakı şəhərində anadan olub. 1986-cı ildə 160 №-li orta məktəbi bitirib. Həmin ildə Azərbaycan Xarici Dillər İnstitutuna (AXDİ) qəbul olub. 1988–1989-cu illərdə Moskva və Mıtişi şəhərlərində orduda xidmət edib. 1992-ci ildə AXDİ-ni bitirib.
Əmək fəaliyyətinə 1986-cı ildə BNZ-də fəhləlikdən başlayıb. 1989–1991-ci illərdə Səbail rayonun Komsomol təşkilatında (sərbəst katib) işləyib. 1992–1995-ci illərdə Moskva şəhərində firmanın təsisçi və prezidenti vəzifəsində çalışıb. 1995–1996-cı illərdə Bakı Şəhər İcra Hakimiyyətinin Kooperativ idarəsində işləyib.
Siyasi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Siyasi fəaliyyətə 1997-ci ildən başlayıb. O, 2 ay müddətincə Azərbaycan Liberal Partiyasının (ALP) üzvü və ALP beynəlxalq komitəsinin əməkdaşı olub.[1] 1998-ci il sentyabr ayından Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) yaradılması üçün təşəbbüs qrupunun üzvü olub. 1999-cu il yanvarın 30-da ALDP təsis konfransında ALDP sədrinin I müavini seçilib.
ALDP sədr müavini Fuad Əliyev 2000-ci ildə 6 partiyadaşı ilə bərabər ALDP-dən istefa verərək Milli Barış Partiyasını yaratmışdır. O, partiyanın yaranma səbəbinin ALDP sədrinin qeyri-qənaətbəxş fəaliyyətinin nəticəsi olduğunu söyləmişdir. Sədr Zakir Məmmədov isə bunu siyasətdə başverəbilən normal hadisə olaraq qiymətləndirmişdir.[2]
2000-ci ildəki zəlzələdə ALDP-nin ofisinin olduğu binanın çökməsi nəticəsində Zakir Məmmədov ağır yaralandı və 15 dekabr 2000-ci ildə öldü. Zakir Məmmədovun ölümündən sonra ALDP-nin 15 fevral 2001-ci il tarixli növbədənkənar konfransında Fuad Əliyevin sədrlik etdiyi Milli Barış Partiyası ALDP-yə birləşdi və Fuad Əliyev partiya sədri seçildi. Daha sonra 15 sentyabr 2001-ci ildə keçirilən qurultayda Fuad Əliyev partiyanın sədri seçildi.[2] O, 2017-ci il aprelin 12-i ALDP-nin V Qurultayında yenidən sədr seçilib.
"Siyasi partiyalar haqqında" yeni qanunun qəbulundan sonra, 1 aprel 2023-cü ildə ALDP fəaliyyətini dayandırdı.[3]
2008-ci il Azərbaycan Respublikası prezidenti seçkilərində prezident postuna namizədləyini irəli sürüb. Bu seçkilərdə 7 namizəd arasında Fuad Əliyev 0,77% (28,423 səs) toplamaqla altıncı yeri tutub. O, 2024-cü il növbədənkənar prezident seçkilərində də namizədliyini irəli sürmüş, 7 namizəd arasında 0,54% (26 517 səs) səs toplayaraq 7-ci sırada qərarlaşmışdır.[4]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ ""Qaynar Qazan"da Fuad Əliyev (I hissə): "Müxalifət üçün hər seçki, hər il ağır keçir"-VİDEO". 2023-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-11.
- ↑ 1 2 "ALDP tarixi". 2020-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-13.
- ↑ "Məşhur siyasi partiya fəaliyyətini DAYANDIRDI". 2023-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-01.
- ↑ "Növbədənkənar Azərbaycan Respublikası Prezidenti Seçkiləri (7 fevral 2024-cü il) Səsvermənin Nəticələri Haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Protokolu" (PDF). 2024-02-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-02-12.