Azərbaycanda prezident seçkiləri (1998) — Vikipediya
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
← 1993 2003 → | ||||
Azərbaycanda prezident seçkiləri | ||||
---|---|---|---|---|
1 oktyabr 1998 | ||||
Seçici fəallığı | 77.39% | |||
Namizəd | Heydər Əliyev | Etibar Məmmədov | Nizami Süleymanov | |
Partiya | Yeni Azərbaycan Partiyası | Azərbaycan Milli İstiqlal Partiyası | Müstəqil Azərbaycan Partiyası | |
Səslər | 2 556 059 (77.61%) | 389 662 (11.83%) | 270 709 (8.22%) | |
| ||||
Nəticə | Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi partiya sədri Heydər Əliyev 5 il müddətinə Azərbaycan Respublikasının Prezidenti seçildi. |
1998-ci il Azərbaycan Respublikası prezidenti seçkiləri — Azərbaycan Respublikası Prezidenti postuna keçirilən 4-cü rəsmi seçkilərdir. Seçkilər 11 oktyabr 1998-ci ildə keçirilib. Seçkilərdə 3,358,465 seçici iştirak edib.
Haqqında
[redaktə | vikimətni redaktə et]1998-ci il oktyabrın 11-də Azərbaycan Respublikasmda dördüncü dəfə keçirilən Prezident seçkiləri günü səsvermədə 3.358.465 seçici iştirak etmişdi ki, bu da seçici siyahılarında seçicilərin ümumi sayının 79, 18 faizini təşkil edirdi (Prezident seçkiləri haqqında Qanunun 53-cü maddəsinə görə, seçici siyahılarına daxil edilmiş seçicilçrin azı 25 faizi seçkilərdə iştirak etdikdə seçki baş tutmuş sayılır). Seçkilərdə iştirak etmiş seçicilərin 2.556.059 nəfəri və ya 76,11 faizi ölkə Prezidentliyinə altı namizəddən biri olan Əliyev Heydər Əlirza oğluna səs verilmişdir. Beləliklə Azərbaycan Respublikası Konstitusiyasının 101-ci məddəsinin ikinci hissəsinə uyğun olaraq H. Ə. ƏIiyev səsvermədə iştirak etmiş seçicilərin üçdə iki hissəsinini səs çoxluğu ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
1998-ci il oktyabrın 15-də Azərbaycan Respublikasmın Mərkəzi Seçki Komissiyası Prezident seçkllərinə yekun vurdu. Qanunvericiliyə əsasən seçkilərin yekun sənədləri Mərkəzi Seçki Komissiyası tərəflndən Azərbaycan Resaublikasının Konstitusiya Məhkəməsinə təqdim olundu və 1998-ci il oktyabrın 16-da Konstitusiya Məhkəməsi Prezident seçkilərinin yekunları haqqında məlumatı rəsmən elan etdi. Oktyabrın 18-də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi günü Prezidentin andiçmə mərasimi keçirildi[1]
Nəticələr
[redaktə | vikimətni redaktə et]Siyasi partiya | Namizəd | Topladığı səs | |||
---|---|---|---|---|---|
Say | % | +/- | |||
Yeni Azərbaycan Partiyası | Heydər Əlirza oğlu Əliyev | 2 556 059 | 77.61% | ▼21.22 | |
Azərbaycan Milli İstiqlal Partiyası | Etibar Səlidar oğlu Məmmədov | 389 662 | 11.83% | Yeni | |
Müstəqil Azərbaycan Partiyası | Nizami Süleymanov | 270 709 | 8.22% | —[a] | |
Azərbaycan Kommunist Partiyası | Firudun Şərif oğlu Həsənov | 29 244 | 0.89% | Yeni | |
Bitərəf | Əşrəf Fərəzli oğlu Mehdiyev | 28 809 | 0.87% | Yeni | |
Azərbaycan Sosial Rifah Partiyası | Xanhüseyn Hüseynağa oğlu Kazımlı | 8 254 | 0.25% | Yeni | |
Bütün namizədlərin əleyhinə | 10 910 | 0.33 | |||
Etibarlı səslərin sayı | 3 293 647 | ||||
Etibarsız səslərin sayı | 64 818 | ||||
Ümumi səslərin sayı | 3 358 465 | ||||
Seçicilərin sayı | 4 255 717 | ||||
Seçici aktivliyi: 77,39% | |||||
Mənbə: |
Etirazlar
[redaktə | vikimətni redaktə et]Azərbaycan müxalifəti, AXCP sədri Əbülfəz Elçibəy, Müsavat Partiyası başqanı İsa Qəmbər, ALP lideri Lalə Şövkət və prezidentliyə namizəd Etibar Məmmədov 9 noyabr 1998-ci ildə protokol imzalayaraq seçki nəticələrinin tanımadıqlarını elan etmişdir.
Bundan sonra ardıcıl olaraq bir neçə dəfə mitinq və yürüyüş keçirilmişdir.
Qeydlər
[redaktə | vikimətni redaktə et]- ↑ ▼25.58 1992-ci il Azərbaycan Respublikası prezidenti seçkiləri ilə müqayisədə
Mənbə
[redaktə | vikimətni redaktə et]- AZƏRBAYCANDA PREZİDENT SEÇKİLƏRİ: 1990, 1991, 1992, 1993, 1998, 2003. mediaforum.az Arxivləşdirilib 2015-01-21 at the Wayback Machine (az.)
- IFES Election Guide | Elections: Azerbaijan Pres Oct 11 1998
- lalashevket.az