Azərbaycanda təkrar parlament seçkiləri (2016) — Vikipediya
Azərbaycanda təkrar parlament seçkiləri | ||||
---|---|---|---|---|
18 iyun 2016 | ||||
Seçici fəallığı | 57.94 | |||
Rəhbər | İlham Əliyev | |||
Partiya | Yeni Azərbaycan Partiyası | |||
Tutulan yerlər | 1 | |||
Səslər | 19 674 (85.56%) |
Azərbaycanda təkrar parlament seçkiləri (2016) — 2016-cı ilin iyun ayında Azərbaycanda seçki nəticələri ləğv olunmuş seçki dairələrində keçirilmiş təkrar parlament seçkiləri.
Zəmin
[redaktə | vikimətni redaktə et]2015-ci il parlament seçkiləri yekunlaşdıqdan sonra seçki nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən açıqlanmışdır. Mərkəzi Seçki Komissiyası 17 noyabr 2015-ci il tarixli iclasında bitərəf namizəd Qalib Qarayev və Yeni Azərbaycan Partiyasının namizədi İlqar Vəliyevin şikayətinə baxaraq 90 saylı Ağdaş seçki dairəsi üzrə seçki nəticələrinin ləğv edilməsi haqda 50/342 saylı qərar qəbul etmişdir.[1][2][3] Yekun protokol 18 noyabr 2015-ci il tarixində qəbul edilmişdir.[4]
Daha sonra komissiya yekun protokolu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə göndərmişdir. 24 noyabr 2015-ci il tarixində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin plenumu keçirilmiş və iclasda 90 saylı Ağdaş seçki dairəsinin seçki nəticələri ləğv olunmaqla seçki nəticələri təsdiq edilmişdir.[5]
2015-ci il parlament seçkilərində nəticələri ləğv edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə bitərəf Eynulla Həmid oğlu Əhmədov, bitərəf siyasətçi, sabiq deputat Çingiz Rauf oğlu Əsədullayev, Yeni Azərbaycan Partiyasının üzvü və vahid namizədi İlqar Mahir oğlu Vəliyev, bitərəf siyasətçi, Ağdaş bələdiyyəsinin sədri Qalib Aslan oğlu Qarayev və bitərəf Pərviz Mustafa oğlu Mustafayev deputat mandatı uğrunda yarışmışdır.[6] Lider namizəd isə sabiq deputat, bitərəf siyasətçi Çingiz Əsədullayev olmuşdur.[1]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 12 aprel 2016-cı il tarixində 90 saylı Ağdaş seçki dairəsi üzrə 18 iyun 2016-cı il tarixinə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərin təyin edilməsi ilə bağlı 1948 nömrəli sərəncam imzalamışdır.[7]
Partiyalardakı vəziyyət
[redaktə | vikimətni redaktə et]Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadə 2015-ci il parlament seçkilərində 35 saylı Xətai üçüncü seçki dairəsi üzrə deputatlığa namizəd olmuş, 5068 səs toplayaraq 5650 səs toplayan Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadənin ardınca seçkiləri ikinci sırada tamamlamışdır. İqbal Ağazadənin şikayətləri əsasında 5 seçki məntəqəsinin seçki nəticələri dairə seçki komissiyası, 1 seçki məntəqəsinin seçki nəticəsi isə Mərkəzi Seçki Komissiyası tərəfindən ləğv edilmişdir.[8] 35 saylı Xətai üçüncü seçki dairəsi üzrə seçki nəticələrinin ləğv olunması gözlənilmiş, namizəd İqbal Ağazadə 3 məntəqə xaric olmaqla bütün seçki protokollarının əlində olduğunu və bu protokollara əsasən qalib olduğunu iddia etmişdi. Onun iddiasına görə protokolu olmayan 3 seçki məntəqəsi üzrə rəqibi Araz Əlizadənin xeyrinə 2800 səs yazılmışdı.[9] Bütün bu iddialara baxmayaraq seçki nəticələri bu dairədə ləğv olunmadı.[5]
Namizədlər
[redaktə | vikimətni redaktə et]Seçki nəticələrinin rəsmi təsdiqinin və təkrar seçkilərin elanından sonra sabiq deputat, Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadə seçkilərdə iştirak edəcəyini açıqlamışdır.
Ümumilikdə 8 nəfər 90 saylı Ağdaş seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürmüşdür ki, onlardan 6-sı bitərəf, 1-i Azərbaycan Ümid Partiyasının üzvü, 1-i Yeni Azərbaycan Partiyasının üzvü idi. Həmçinin bu 8 nəfərdən heç biri 2015-ci il parlament seçkilərində 90 saylı Ağdaş seçki dairəsi üzrə namizədliyi irəli sürməmişdi. Namizədlərdən bitərəflər Anar Zamin oğlu İbrahimli, Elmir Şahsəlim oğlu Gözəlov, Əli Bəkir oğlu Haqverdiyev, Rəşad Mustafa oğlu Abdullayev və Rəşid Qalib oğlu Gözəlov idi. Yeni Azərbaycan Partiyası partiyanın 2007-ci ildən Ağdaş Rayon Təşkilatının sədri olmuş Cavid Hikmət oğlu Osmanovun, Azərbaycan Ümid Partiyası isə partiyanın 2002-ci ildən sədri olmuş İqbal Fehruz oğlu Ağazadənin namizədliyini irəli sürmüşdür. Namizədlərdən ən yaşlısı 1967-ci il təvəllüdlü Əli Haqverdiyev, ən gənci isə 1988-ci il təvəllüdlü Anar İbrahimli olmuşdur.[10][11][12]
Seçki günü
[redaktə | vikimətni redaktə et]Seçkiləri 500-dən artıq yerli müşahidəçinin izləyəcəyi deyilmişdi. Seçkilərdə Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətinə daxil olan deputat Alan Desteks və AŞPA-nın Azərbaycan üzrə Monitorinq Komitəsinin həmsədrləri, avstriyalı deputat Ştefan Şennax və rumıniyalı deputat Sezar Florin Preda müşahidə apardı. AŞPA-nı təmsil edən, ümumilikdə, 5 nəfər Mərkəzi Seçki Komissiyasından müşahidəçi kimi qeydiyyatdan keçmişdi.[11][12]
Seçki günü 40202 seçicidən saat 10:00-a olan məlumata görə 4517-si (11.2%),[13] 12:00-a olan məlumata görə 10369-u (25.8%),[14] 15:00-a olan məlumata 16114 (40.1%),[15] 17:00-a olan məlumata görə 19532-si (48.6%),[16], 19:00-a olan məlumata görə isə 23292-si (57.9%) iştirak etmişdir.[17]
Ümumi
[redaktə | vikimətni redaktə et]Məntəqə sayı | 30 |
Seçici sayı | 40 203 |
Səslərin sayı | 23 292 |
Seçici aktivliyi | 57.94% |
Deputat sayı | 1 |
Seçki nəticələri
[redaktə | vikimətni redaktə et]Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikası Milli Məclisi deputatının təkrar seçkilərilə bağlı səsvermənin yekun nəticələri haqqında 26 iyun 2016-cı il tarixində iclas keçirmiş, iclasda seçkilərin yekun nəticələri təsdiqlənmişdir.[18] Nəticələrə əsasən 90 saylı Ağdaş seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyası üzvü Cavid Həmid oğlu Osmanov deputat seçilmişdir.[19]
Partiyalara görə
[redaktə | vikimətni redaktə et]Partiya | Sədr | Topladığı səs | Səs faizi (%) | Mandat sayı |
---|---|---|---|---|
Azərbaycan Ümid Partiyası | İqbal Ağazadə | 1 802 | 7.84 | 0 |
Yeni Azərbaycan Partiyası | İlham Əliyev | 19 674 | 85.56 | 1 |
Bitərəf | - | 1 518 | 6.60 | 0 |
Cəmi | 22 994 | 100.00 | 1 | |
Etibarsız səs | 298 | — | — |
Dairə üzrə
[redaktə | vikimətni redaktə et]Partiya | Namizəd | Topladığı səs | Səs faizi (%) |
---|---|---|---|
Bitərəf | Anar İbrahimli | 295 | 1.28 |
Yeni Azərbaycan Partiyası | Cavid Osmanov | 19 674 | 85.6 |
Bitərəf | Elmir Gözəlov | 253 | 1.10 |
Bitərəf | Əli Haqverdiyev | 341 | 1.48 |
Azərbaycan Ümid Partiyası | İqbal Ağazadə | 1 802 | 7.84 |
Bitərəf | Rəşad Abdullayev | 409 | 1.78 |
Bitərəf | Rəşid Gözəlov | 220 | 0.96 |
Etibarlı səslərin sayı | 22 994 | 100 | |
Etibarsız səslərin sayı | 298 | - |
Qeydlər
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 "Ağdaş dairəsində parlament seçkisinin nəticəsi ləğv olundu". 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-13.
- ↑ "90 saylı Ağdaş seçki dairəsinin seçki nəticələri". 2022-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-13.
- ↑ "Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının iclası keçirilib". 2016-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-13.
- ↑ "Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərə yekun vurub". 2016-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-13.
- ↑ 1 2 "2015-ci il noyabr ayının 1-də keçirilmiş beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin nəticələrinə dair Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Q Ə R A R I". 2022-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-13.
- ↑ "90 SAYLI AĞDAŞ SEÇKİ DAİRƏSİ ÜZRƏ QEYDƏ ALINANLARIN SİYAHISI". 2022-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-13.
- ↑ "90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərin təyin edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2019-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-13.
- ↑ "35 SAYLI XƏTAİ ÜÇÜNCÜ SEÇKİ DAİRƏSİ üzrə NAMİZƏDLƏRİN SƏS FAİZLƏRİ". 2022-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-13.
- ↑ "MSK-dan 35 saylı Xətai III Seçki Dairəsi ilə bağlı rəsmi AÇIQLAMA". 2022-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-13.
- ↑ "90 SAYLI AĞDAŞ SEÇKİ DAİRƏSİ ÜZRƏ QEYDƏ ALINANLARIN SİYAHISI". 2022-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-13.
- ↑ 1 2 "Ağdaşda Milli Məclisə seçkilər üzrə təkrar seçki keçirilir". 2022-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-13.
- ↑ 1 2 "Ağdaşda Milli Məclisə təkrar seçkilər keçirilir". 2022-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-13.
- ↑ "90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərlə bağlı seçicilərin səsvermədə iştirakı barədə saat 10:00-a olan məlumat". 2016-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-13.
- ↑ "90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərlə bağlı seçicilərin səsvermədə iştirakı barədə saat 12:00-a olan məlumat". 2016-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-13.
- ↑ "90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərlə bağlı seçicilərin səsvermədə iştirakı barədə saat 15:00-a olan məlumat". 2016-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-13.
- ↑ "90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərlə bağlı seçicilərin səsvermədə iştirakı barədə saat 17:00-a olan məlumat". 2016-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-13.
- ↑ "90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərlə bağlı seçicilərin səsvermədə iştirakı barədə saat 19:00-a olan məlumat". 2016-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-13.
- ↑ "Mərkəzi Seçki Komissiyası 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərə yekun vurub". 2020-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-13.
- ↑ "AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ MƏCLİSİNƏ TƏKRAR SEÇKİLƏR 18 iyun 2016-cı il SƏSVERMƏNİN ÜMUMİ YEKUNLARINA DAİR AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ P R O T OK O L U" (PDF). 2021-01-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-08-13.