İncəsənət — Vikipediya

Sebastiano Riççi: "İncəsənət alleqoriyası"

İncəsənətinsan hisslərinin təsvir edən vasitədir. Həmçinin istənilən fəaliyyət sahəsində insanın göstərdiyi yüksək bacarıq, məharət də nəzərdə tutulur.[1]

İncəsənət mədəniyyətin tərkib hissəsi olan ictimai şüur növüdür. Bəşəriyyətin mənəvi mədəniyyətinin tərkib hissəsidir və praktik mənəvi qavramanın spesifik növüdür. Gerçəkliyin bədii əksi kimi görmə obrazlarında (təsviri incəsənət, memarlıq), səs obrazlarında (musiqi), sözdə (ədəbiyyat), həmçinin incəsənətin müəyyən növlərində sintez ilə (teatr, kino) müəyyən olunur.

İncəsənət dinləyici və ya tamaşaçıya informasiyanın qrafika, musiqi, rəqs və ya da bunların bir neçəsinin toplumundan ibarət olan teatr, balet, kinematoqrafiya ilə verilmə ustalığıdır. İncəsənət insanın mədəni fəaliyyətinə aid olduğundan onun kökü insanlar arasında kommunikasiya yarandığı dövrlərə gedib çıxır. Sonralar inkişaf nəticəsində o sərbəst mədəni-estetik prosesə çevrilərək öz sırf dillə bağlı mahiyyətindən kənara çıxır.

Nəyin incəsənət adlandırılması bu və ya digər cəmiyyətin inkişafı dövründə malik olduğu estetik norma və dəyərləndirmə dərəcəsindən asılıdır.

İncəsənətin növləri

[redaktə | mənbəni redaktə et]

İncəsənətin növləri məqsədəuyğun şəkildə təsnifləşdirilmişdir. İncəsənətin bir neçə növləri onun maddi ehtiyaclarını təmin edir (sənətin bütün növləri, tibb, əkinçilik, mədəniyyət, gimnastika). Bədii incəsənət isə asudə vaxt üçündür (musiqi, rəqs, poeziya). İncəsənətin bəzi növləri isə xüsusi bədii utilitar vəzifələri ilə bağlıdır. İncəsənət əsərlərinin yaradıcıları rəssamlar kimi tədricən üzə çıxmışlar. Əvvəl onların fəaliyyəti müxtəlif əşyaların istehsalçılarının əməyindən seçilmirdi. Məsələn: gildən hazırlanan qab vacib təsərrüfat əşyalarından biri idi və yarandığı gündən o sənət əsərinə dönərək, gözəllik təsəvvürü yaradır. İncəsənətin əsas növləri rəngkarlıq, qrafika, heykəltaraşlıq, memarlıqdır.

Hər bir xalqın öz mədəniyyəti, öz ayin sistemi var. Onlar ritual məbəd incəsənətinə və yaxud dünyəvi dinlər yaranandan sonra dini incəsənətə çevrilirlər. İncəsənət əsərinin yaranması xüsusi prosesdir, onun yaradıcısı estetik qanunları bilməli, bədii vasitəyə və texniki üsullara yiyələnməlidir. Bütün əsərlər biri-birindən seçilirlər, çünki yaradıcı öz fantaziyasına tabe olur, amma incəsənət əsərinin yaranması yaradıcılıq prosesidir, o müəyyən vaxtın qanunlarında və təsəvvürlərində yaranır. Ona görə incəsənət eststik funksiyalardan başqa tərbiyəedici, maarifləndirici, dərkedici funksiyasını daşıyır.

  1. Azərbaycan incəsənəti (film, 1934)
  2. Azərbaycan incəsənəti (film, 1970)
  3. Azərbaycan incəsənəti (film, 1988)
  1. "Искусство: его суть, виды, жанры и история" (rus). veryimportantlot.com. 2 iyun 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyun 2023.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]