1,2-dixloretan — Vikipediya
1,2-dixloretan | |
---|---|
Ümumi | |
Sistematik adı | 1,2-dixloretan |
Kimyəvi formulu | C2H4Cl2 |
Molyar kütlə | 98,96 q/mol |
Fiziki xassələri | |
Aqreqat halı (n.ş.) | maye |
Sıxlıq | 1,253 q/sm³ |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | -35 °S |
Qaynama nöqtəsi | 83,5–84,0 °S |
Buxarın təzyiqi | 64 ± 1 mm Hg[1] |
Kimyəvi xassələri | |
Suda həllolma | 0,87 q/100 ml |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 107-06-2 |
PubChem | 11 |
SMILES | ClCCCl |
RTECS | KI0525000 |
ChEBI | 27789 |
ChemSpider | 13837650 |
Toksikologiya | |
Zəhərliliyi | zəhərlidir |
1,2-dixloretan, etilenxlorid, CICH2CH2CI — xloroform iyli, rəngsiz, zəhərli mayedir. —35,9°S-də donur, 83,5–84,0°S-də qaynayır, sıxlığı 1253 kq/m³-dir. Suda pis həll olur (25°S-də 0,81%). Yanğın cəhətdən az təhlükəlidir. Etilenlə xlorun qarşılıqlı təsirindək alınır. Dixloretan qələvilərlə vinilxlorid, ammonyakla etilendiamin əmələ gətirir. Sənayedə həlledici kimi, antidetonasiya qarışıqları hazırlanmasında, polisulfid kauçuku istehsalında və s. işlədilir.