Aşağı Karvansara (Şəki) — Vikipediya
Aşağı Karvansaray | |
---|---|
41°12′02″ şm. e. 47°11′28″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Şəki |
Yerləşir | Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğu |
Tikilmə tarixi | XVI-XVIII əsrlər |
Üslubu | Arran memarlıq məktəbi |
Vəziyyəti | restavrasiya olunub |
Rəsmi adı: Historic Centre of Sheki with the Khan’s Palace | |
Tipi | Mədəni |
Kriteriya | ii, v |
Təyin edilib | 2019 |
İstinad nöm. | 1549 |
Dövlət | Azərbaycan |
Region | Avropa |
İstinad nöm. | 333 |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Aşağı Karvansara — qədim Şəki şəhəri ərazisində yerləşən karvansara.
Yerləşməsi
[redaktə | mənbəni redaktə et]Şəki şəhərinin Mirzə Fətəli Axundov küçəsində yerləşir.[1]
Gürcənçayın qövsvari sahilində bir sıra obyektlər- şəhərin biznes mərkəzi olan Yuxarı və Aşağı Karvansaralar yerləşir. Karvansaralar feodal Şərqin labüd hissəsi olub, bura gəlib-getmiş bütün tarixçi və səyyahlar həmişə Azərbaycan haqqında danışarkən karvansaralara ayrıca yer ayırmış, çox vaxt isə onları təsvir etmişlər.
Tarixi
[redaktə | mənbəni redaktə et]Şəki Azərbaycanın ən qədim ticarət və sənətkarlıq şəhərlərindən biri olduğundan burada çoxlu bazar və karvansaralar tikilmişdir. XVIII–XIX əsrlərdə Şəkidə olan 5 böyük karvansaradan ("İsfahan", "Təbriz", "Təzə Karvansara") dövrümüzə qədər yalnız ikisi — Yuxarı Karvansara və Aşağı Karvansara gəlib çatmışdır.
XVIII əsrə aid olan hər iki abidə yerli ustalar tərəfindən tikilmişdir. Bu abidələr həm tikiliş həm də şərait baxımından çox rahat və gözəl olub, irimiqyaslı sövdələşmələrin, alış-verişlərin aparılması üçün əlverişli şəraitə sahib olmuşdur.[2]
Aşağı Karvansara tarixi abidənin XVI–XVIII əsrlərə aid olunmağı da iddia olunur. Hal-hazırda tikilinin təxminən 35–40% itirilmişdir.
Karvansaranın planı
[redaktə | mənbəni redaktə et]Şəki karvansaraları da digərləri kimi karvanların və səyyahların dayanması üçün ayrılmış, özünün funksional xüsusiyyətinə uyğun tikilmişdir. Ancaq bu karvansaralardan da yolüstü karvansaralardan fərqli olaraq istirahət otaqları ilə yanaşı müxtəlif ticarət əməliyyatları aparmaq, mübadilə müqavilələri bağlamaq üçün xüsusi otaqlar da inşa edilmişdir.
Buradakı karvansaralar plan quruluşuna, böyük ölçülərinə, istirahət və ticarət üçün rahatlığına görə Şəki memarlığını xarakterizə edir.
Özünün ümumi sahəsinə görə Yuxarı Karvansaradan bir qədər böyük olan Aşağı Karvansara küçəyə baxan hissədə 12 metr, şərq və qərb tərəfdə isə 10 metr hündürlükdədir.
8000 kvadratmetrlik bir ərazini əhatə edən Aşağı Karvansaranın 242 otağı və dörd giriş darvazası vardır. Bu karvansara da həmçinin şəkili sənətkarlarin özünəməxsus memarlıq üslubu özündə əks etdirir.
Cənub-şərq hissədə üç, həyət tərəfdə isə iki mərtəbəli olan karvansaranın baş fasadı çaya baxır. Bu isə binaya sakitlik və fəravət bəxş edir.
Karvansaranın fasadı horizontal bölümlərlə səciyyələnir, onlar divar müstəvisini tağlı pəncərələrlə tərtib olunmuş üç yarusa ayırır, pəncərələrin tağları şəklinə görə bir qədər fərqlənir.
Tağlı eyvan aşırmaları ilə dövrəyə alınmış heyətin mərkəzində hovuz yerləşir.
Karvansaranın tikintisi zamanı uzaq ölkələrdən gələn tacirlərin rahatlığı, özünün və malının təhlükəsizliyi üçün hər şey nəzərə alınmışdır. Darvazalar qonaqpərvərliklə yolçuların və tacirlərin üzünə açılsa da, bağlandıqda alınmaz bir qalaya çevrilir. Bu isə bir daha Şəki sənətkarlarının nə qədər yüksək dünyagörüşünə, əvəzsiz zövqə, müqayisəsiz memarlıq üslubuna, maddi və mənəvi dəyərlərə malik olduqlarını təsdiqləyir.
Hazırkı vəziyyəti
[redaktə | mənbəni redaktə et]"EL&EN" layihə şirkəti tərəfindən Aşağı Karvansarada 4 ulduzlu mehmanxananın yerləşdirilməsi üçün onun uyğunlaşdırılması vəzifəsini yerinə yetirmişdir.[3][4]
İstinadlar
[redaktə | mənbəni redaktə et]Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "Yuxarı Karvansaray. GoMap. ONLAYN NAVİQATOR". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-18.
- ↑ "Bu gün. Sheki.Net". 2018-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-18.
- ↑ "Şəki şəhərində yerləşən "Aşağı Karvansara" memarlıq abidəsinin mehmanxana üçün uyğunlaşdırılması ilə yenidən qurulması. El&En Architecture, Design". 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-18.
- ↑ Şəkinin tarixi-mədəni abidələri, Yuxarı Karvansara Arxivləşdirilib 2017-11-07 at the Wayback Machine, sheki.io.ua, 20 дек 2013, Yoxlanılıb: 18 avqust 2014