Rəşid bəy Əfəndiyevin ev-muzeyi — Vikipediya

Rəşid bəy Əfəndiyevin Ev-Muzeyi
Əsası qoyulub 2001
Mövzu Tarix
Yerləşir Şəki şəhəri, Mirəli Axundov küçəsi, 5
Kolleksiyası 2432 eksponat
Telefon (+994 24) 244-42-58
İş rejimi (II – VII) 10:00 – 18:00[1]

Rəşid bəy Əfəndiyevin ev-muzeyi - R.B.Əfəndiyevin  ev muzeyi 1992-ci ildən  fəaliyyətə başlamışdır. Bina XVIII əsrin axırı, XIX əsrin əvvəllərində inşa edilmişdir. II mərtəbə 5 otaqdan ibarətdir.

Muzeyin yaranması

[redaktə | mənbəni redaktə et]

Nazirlər Kabinetinin 51 saylı qərarına əsasən 1863-cü ildə Şəkidə anadan olmuş görkəmli pedaqoq Rəşid bəy Əfəndiyevin ev-muzeyi 1992-ci il martın 31-dən fəaliyyət göstərir. [2]

İkimərtəbəli bina XIX əsrdə yerli inşaat materiallarından tikilib. Birinci mərtəbədə iki otaq və zirzəmi, ikinci mərtəbədə beş otaq var. Muzey ikinci mərtəbədədir. 2287 eksponatın sərgiləndiyi ev-muzey dörd ekspozisiya zalından ibarətdir.

  • Birinci zalda Rəşid bəy Əfəndiyevin büstü, həyat və yaradıcılığını əks etdirən eksponatlar, o cümlədən Rəşid bəyin Firdovsinin “Şahnamə” əsərindən tərcümə etdiyi “Rüstəm və Söhrab” hekayəti, “Fridanın psixologiya kitabı” nümayiş etdirilir.[3]
  • İkinci zalda Rəşid bəyin ailəsinə məxsus məişət əşyaları saxlanılır. [4]
  • Üçüncü zal Rəşid bəy Əfəndiyevin iş otağı kimi təqdim olunur. İş otağında üstü əski əlifba ilə yazılmış divar sobası var.
  • Dördüncü zalda Rəşid bəy Əfəndiyevin oğlu Məmməd bəy Əfəndiyevin fotoşəkilləri, ona dövlət tərəfindən verilmiş fəxri fərmanlar, Məmməd bəyin nəvəsi İzzət Nəbiyevə məxsus kitablar saxlanılır.
  • Beşinci zal muzeyin işçiləri tərəfindən istifadə olunur. Bina 2013-2014-cü illərdə Şəki Mədəniyyət və Turizm şöbəsi tərəfindən əsaslı təmir edilib.[5]

Muzey eksponatları

[redaktə | mənbəni redaktə et]

Muzeydə 2432 eksponat qorunur. Burda Əfəndiyevə məxsus məişət əşyaları, libaslar və digər nümunələr qorunub saxlanılır. Muzeydə eyni zamanda maarifçi xadimin həyat və fəaliyyəti haqda da məlumat verilir.[6]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Azərbaycan muzeyləri". 2020-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-20.
  2. "Şəki şəhər Rəşid bəy Əfəndiyev adına Tarix-Diyarşünaslıq Muzeyi". 2020-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-21.
  3. "Muzey binası". 2020-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-21.
  4. "KəpəzTV". 2020-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-20.
  5. "Azərbaycan muzeyləri". 2020-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-20.
  6. "Rəşid bəy Əfəndiyevin ev muzeyi". 2020-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-20.