Afaq Bəşirqızı — Vikipediya
Bu məqalədə yalnız ilkin və ya onunla əlaqəli mənbələrdən istifadə olunur. |
Afaq Bəşirqızı | |
---|---|
Afaq Bəşir qızı Səfərova | |
| |
Doğum adı | Afaq Səfərova |
Doğum tarixi | 15 avqust 1955 (69 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Atası | Bəşir Səfəroğlu |
Fəaliyyəti | aktrisa, kino aktrisası |
Fəaliyyət illəri | 1973–h.h. |
Təhsili | |
Mükafatları | |
IMDb | ID3363584 |
Vikianbarda əlaqəli mediafayllar |
Afaq Bəşirqızı (15 avqust 1955, Bakı) — Azərbaycanın teatr və kino aktrisası, "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı (1993) "Şöhrət" ordeni laureatı (2013)‚ Prezidentin fəxri təqaüdçüsü (2015), Mədəniyyət və İncəsənət Universetinin professoru. Azərbaycan Dövlət Musiqili Teatrının aparıcı aktrisası.
Həyatı
[redaktə | vikimətni redaktə et]Afaq Bəşir qızı Səfərova 1955-ci ildə Bakı şəhərində böyük Azərbaycan aktyoru Bəşir Səfəroğlunun ailəsində anadan olub.
1962-ci ildə 31 saylı orta məktəbin 1-ci sinfinə gedib və 1972-ci ildə 20 saylı orta məktəbi bitirib. Sənədlərini BDU-nun Şərqşünaslıq fakültəsinə verib, lakin müsabiqədən keçməyib.
Bir müddət Tibb işçiləri Mədəniyyət evinin dram dərnəyinə (rəhbəri Məhərrəm Bədirzadə) gedib. 1974–1979-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutu (indiki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti təhsil alıb. Aktrisalıq fəaliyyətinə 1973-cü ildə Lənkəran Dövlət Dram Teatrında başlayıb. İlk rollarından özünü istedadlı, işgüzar, səhnəyə böyük məhəbbətlə bağlı, daim axtarışda olan sənətkar kimi göstərərək tamaşaçıların dərin rəğbətini qazanıb. 1975-ci ildə Sumqayıt Dövlət Dram Teatrına dəvət alan aktrisa 1989-cu ilə qədər burada çalışıb. Sumqayıt teatrında klassik və müasir dramaturqların əsərlərində baş rolları ifa edərək şöhrət qazanıb. Onun "Bəxt üzüyü" tamaşasında yaratdığı Söylü obrazı öz koloritinə, tutumuna, yüksək bədii keyfiyyətlərinə görə nümunədir. Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına (indiki Azərbaycan Dövlət Musiqili Teatrı) göndərilən Afaq Bəşirqızı bu günə kimi həmin teatrda çalışır. Afaq Bəşirqızı teatr yaradıcılığı ilə yanaşı bir sıra kino və televiziya tamaşalarında da çəkilib. Azərbaycan Televiziyasında hazırlanmış Anarın "Evləri köndələn yar" (Darçınbəyim), Vaqif Səmədoğlu "Yaşıl eynəkli adam" (Zəhra), Əli Əmirlinin "Bala başa bəla" (Suğra), Məcnun Vahidov "Yarımştat" (Ayna), Aqşin Babayevin "Nekroloq"(Gülya) əsərlərinin teletamaşalarında müxtəlif xarakterli rollar və "Afaq gülür güldürür" şousunda müxtəlif obrazlar yaradıb. Azərbaycanfilmin istehsalı olan Bəxt üzüyü Söylü rolunda və Mozalan Satirik Kinojurnalıında "Uşaq bağçası", "Ət kombinatında", "Xaricdə belə deyil", "Belə də olur" nömrələrinin süjetlərində çıxış edib.
O, uzun illər Mədəniyyət və İncəsənət Universitetində pedoqoq kimi çalışıb və həmin Universitetin professor elmi adına layiq görülüb.
Afaq Bəşirqızının Azərbaycan teatr sənətinin və kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə 17 may 1989-cu ildə Azərbaycan SSR əməkdar artisti, 1993-cü ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına, 1993-cü ildə və 2003-cü ildə "Qızıl Dərviş" mükafatına layiq görülüb. Uzun illər Prezident mükafatına layiq görülüb. 2013-cü ildə "Şöhrət" ordeni ilə təltif olunub,[2] 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü ilə təltif olunub[3].13 avqust 2015-ci ildə Azərbaycan teatr və kino sənətinin inkişafında xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilmişdir.[4]
Hazırda xərçəng xəstəliyindən əziyyət çəkir.[5]
Mükafatları
[redaktə | vikimətni redaktə et]- "Əməkdar Artist" fəxri adı
- "Xalq Artisti" fəxri adı
- "Şöhrət" ordeni
- Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
- "Qızıl Dərviş" mükafatı (Azərbaycan Teatr Xadimləri İttifaqının mükafatı)
- "Prezident mükafatı"
- "Zirvə" mükafatı(Azərbaycan mədəniyyətinə dəyərli töhfə)
- "Sənətkar ordeni"(Azərbaycan Teatr Xadimləri İttifaqının ordeni)
- "Şəms" Milli Mükafatı (Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" münasibətilə, mədəniyyət tariximizdə xidmətlərinə görə)
- "Vaqif Səmədoğlu" medalı (4 iyun 2020)[6]
Teatr səhnəsindəki rolları
[redaktə | vikimətni redaktə et]Lənkəran Dövlət Dram Teatrı (1973–1975)
[redaktə | vikimətni redaktə et]Tamaşanın adı | Rol | Tarix | Rejissor | Müəllif |
---|---|---|---|---|
Yaxşı adam | Sərvinaz | 1973 | Əşrəf Quliyev | Mirzə İbrahimov |
Sən yanmasan | Dürdanə | 1973 | Əşrəf Quliyev | Nəbi Xəzri |
Mahnı dağlarda qaldı | Fəxrəndə | 1974 | Mövsüm Mürsəlov | İlyas Əfəndiyev |
Lənkəran xanının vəziri | Pəri xanım | 1975 | Hüseyn Sultanov | Mirzə Fətəli Axundov |
Bayramın birinci günü | Pakizə | 1975 | Məbud İsmayılzadə | Nazim Hikmət |
Sumqayıt Dövlət Dram Teatrı (1975–1989)
[redaktə | vikimətni redaktə et]- Humay-("Komsomol poeması", S. Vurğun, İ. Çoşqun)
- Klava-("Poladəridənlər", G. Bokarev)
- Nənə("Mən nənəyə evlənirəm", H. Muxtarov)
- Yoluq-("Xoruz və çalağan", F. Ağayev)
- Baronessa Ştral-("Maskrad", M. Lermontov)
- Dirijor-("İlahi komediya", İ. Ştok)
- Xəbərçi Xədicə, Aliyə-("Adamın adamı" və "Təhminə və Zaur", Anar)
- Ziba("Lənkəran xanın vəziri", M. F. Axundzadə)
- Tovuz qarı-("Bir cüt bədmüşk ağacı", Ə. Əyisli)
- Gülbadam-("Elburus evlənir", G. Xuqayev)
- Kəblə Ceyran-("Ayıl, bax bu dünyaya", H. Nəzirli)
- Qadın-("Bütün şərq bilsin", N. Həsənzadə)
- Bibi("Doğmalar", R. Əlizadə)
- Sənəm-("Yaxşı adam", M. İbrahimov)
- Zoya-("İtirilmiş məktub", İ. Karaçale)
- Nayman ana-("Əsrə bərabər gün", Ç. Aytamatov)
- Söylü, Şənbə xanım-("Bəxt üzüyü" və "Dağ tikirik", V. Səmədoğlu)
- Səməni - ("Toy olsun", İ.Məlikzadə) (2017-ci il)
Dövlət Gənclər Teatrı
[redaktə | vikimətni redaktə et]Tamaşanın adı | Rol | Tarix | Rejissor | Müəllif |
---|---|---|---|---|
Dadaşbala əməliyyatı | Fatma xanım | 1989 | Hüseynağa Atakişiyev | Rəhman Əlizadə |
Dağ tikirik | Şənbə xanım, Süpürgəçi | 1991 | Hüseynağa Atakişiyev | Vaqif Səmədoğlu |
Sultanqulu körpüsü | Xanım | 1990 | Hüseynağa Atakişiyev | İsi Məlikzadə |
Tamaşanın adı | Rol | Tarix | Rejissor | Müəllif |
---|---|---|---|---|
Bəbirlinin kələkləri | Xala | 1989 | Vaqif Ağayev | Rauf Hacıyev |
Sevgilimin anası | Gülbadam | 1989 | Cahangir Novruzov | Georgi Xuqayev, Eldar Mansurov |
Qarğa məndə qoz var | Ofelya xanım | 1991 | Hüseynağa Atakişiyev | Cahangir Aslanoğlu, Həsənağa Qurbanov |
Subaylarınızdan görəsiniz | Səməni | 1991 | Yaşar Nuri | Süleyman Ələsgərov, İsi Məlikzadə |
Hicran | Qızbacı | 1992 | Firudin Məhərrəmov | Emin Sabitoğlu, Sabit Rəhman |
O olmasın, bu olsun | Sənəm | 1998–2015 | Cənnət Səlimova | Üzeyir Hacıbəyov |
Bankir adaxlı | Nisə | 1998–2015 | Faiq Zöhrabov | Emin Sabitoğlu,Tamara Vəliyeva |
Məhəbbət oyunu | Səltənət | 2007 | Faiq Zöhrabov | Qeybulla Rəsulov,Cavanşir Quliyev |
İtkin ər | Məleykə | 2002 | Ədalət Ziyadxanov | Əli Əmirli |
Məsmə xala dayımdır | Məsmə | 2007 | Ədalət Ziyadxanov | R. Mustafayev, C. Məmmədov |
Mən dəyərəm min cavana | Güldəstə | 2008 | Yusif Əkbərov | Faiq Sücəddinov, Tamara Vəliyeva |
Yeddi məhbusə anası | Zalxa | 2007 | Oruc Qurbanov | Əli Əmirli, Cavanşir Quliyev |
Xanuma | Xanuma | 2011 | Qoça Kapanadze | Avksenti Saqareli, Vladimir Dolidzen |
Kimyagər | Kimyagər | 2012 | Bəhram Osmanov | Mirzə Fətəli Axundov,Əjdər Ol,Səyavuş Kərimi |
Ər və arvad | Minnət xanım | 2010 | Yusif Əkbərov | Üzeyir Hacıbəyli |
Şəhərdə manyak var | Qəmzə xanım | 2009 | Oruc İzzətoğlu | Sərdar Fərəcov, Əziz Nesin |
Toya bir gün qalmış | Roza | 2015 | Əsgər Əsgərov | Əli Səmədli |
Filmoqrafiya
[redaktə | vikimətni redaktə et]- Bəşir Səfəroğlu (film, 1969) (Afaq Bəşirqızı)
- Evləri köndələn yar (film, 1982) (Darçınbəyim)
- 20+1 (film, 1986) (qısametrajlı bədii süjet-Mozalan № 105) (Tərbiyəçi)
- Gözbağlıcı (film, 1986) (Aparıcı)
- Yaşıl eynəkli adam (film, 1987) (Zəhra)
- Bəxt üzüyü (film, 1991) (Söylü)
- 777 №-li iş (film, 1992) (tammetrajlı bədii film) (Bağça müəlliməsi)
- Bala-başa bəla! (film, 1995) (Suğra)
- Yarımştat (film, 1996) (Ayka)
- Yaşıl eynəkli adam-2 (film, 1999) (Zəhra)
- Nekroloq (film, 2001) (Gülya)
- Yaşıl eynəkli adam-3 (film, 2002) (Zəhra)
- Dəvətnamə (film, 2003) (Arxiv kadrlarda iştirak edib)
- Girov (film, 2005) (Satıcı qadın)
- Qaynanamız (serial 2015) (Ağanaz)
- Həddən artıq uyğunluq (film, 2016) (Fatma xala)
- Bəxt üzüyü 2 (film, 2017) (Söylü)
İstinadlar
[redaktə | vikimətni redaktə et]Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüblər Arxivləşdirilib 2023-06-28 at the Wayback Machine. president.az, 01.03.2019 (az.)
- ↑ "Azərbaycan Respublikası teatr xadimlərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-17.
- ↑ "A. B. Səfərovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2019-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-17.
- ↑ "A.B. Səfərovanın "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2016-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-15.
- ↑ "Afaq Bəşirqızında xərçəng aşkarlandı". 2022-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-29.
- ↑ Bakı Post. "Bu şəxslər "Vaqif Səmədoğlu" medalı aldılar" (az.). Bakupost. 05.06.2020. 2021-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-05.