Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti — Vikipediya
Mədəniyyət və İncəsənət Universiteti ADMİU | |
---|---|
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti | |
40°22′48″ şm. e. 49°49′16″ ş. u.HGYO | |
Əsası qoyulub | 1923 |
Tip | publik hüquqi şəxs |
Rektor | Ceyran Mahmudova |
Tələbə sayı | 2400 |
Şəhər | Bakı |
Ölkə | |
Ünvan | Yasamal rayonu, İnşaatçılar prospekti 39 |
Sayt | admiu.edu.az |
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və ya qısaca ADMİU – Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsidir.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əsası 1923-cü ildə qoyulub. Təməlinin Azərbaycan Maarif Komissarlığının qərarı ilə yaradılmış Bakı Teatr Məktəbindən götürüb.[1]
1945-ci ildə Teatr Məktəbinin bazasında Teatr İnstitutu yaradılıb. Bu ali təhsil ocağı 1968-ci ildən Azərbaycan Dövlət İncəsənət İnstitutu adlandırılıb. 1991-ci ildə İncəsənət İnstitutuna Universitet statusu verilib. Bu gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti kimi fəaliyyət göstərən bu ali məktəbdə 5 fakültə, 21 kafedra mövcuddur, bakalavr pilləsində 21, magistratura pilləsində isə 20 ixtisas üzrə mütəxəssis hazırlanır.
Universitetin rektoru Əməkdar incəsənət xadimi, professor Ceyran Mahmudovadır.[1]
Tarixi
[redaktə | mənbəni redaktə et]Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti öz əsasını 1923-cü ildə Azərbaycan Maarif Komissarlığının qərarı ilə yaradılmış Bakı Teatr Məktəbindən götürüb. O dövrdə M. F. Axundov adına Bakı Teatr Məktəbi təkcə Azərbaycan üçün deyil, Özbəkistan, Türkmənistan, Dağıstan, Krım və digər regionlar üçün də aktyor və rejissor kadrları hazırlayırdı. 1945-ci ildə Teatr Məktəbinin bazasında Teatr İnstitutu yaradılıb və 1968-ci ildən bu ali təhsil ocağı Azərbaycan Dövlət İncəsənət İnstitutu adlandırılmağa başlayıb. 1991-ci ildə İncəsənət İnstitutu Universitet statusu qazanıb.[1]
İlk tələbə qəbulu teatrşünaslıq, aktyor sənəti və rejissorluq ixtisasları üzrə aparılmışdır. 1954-cü ildə instituta xalq artisti Mirzəağa Əliyevin adı verilmişdir. 1959-cu ildən burada "mədəni maarif", 1963-cü ildə isə "dekorativ tətbiqi sənət" ixtisasları üzrə mütəxəssis hazırlığına başlanmışdır. 1981–1991-ci illərdə burada rəngkarlıq, qrafika, heykəltaraşlıq, sənətşünaslıq ixtisasları, habelə teatr, kino, kulturologiya və bədii sənaye incəsənəti üzrə bir sıra yeni ixtisaslaşmalar açılmışdır.
1991-ci ildə universitetin Quba rayonunda filialı yaradılmışdır. Filial Azərbaycanın şimal bölgəsində yüksəkixtisaslı mədəniyyət işçilərinə olan ehtiyacı ödəyir. Filialın müasir tələblərə cavab verən maddi-texniki bazası vardır. 1994-cü ildən universitetin nəzdində aspirantura, 1995-ci ildən isə stajorluq-assistentura fakültəsi fəaliyyət göstərir. Son illərdə universitetdə ixtisasartırma dekanlığı və baza kafedraları təşkil edilmişdir. 1997-ci ildə xarici abituriyentlər üçün hazırlıq şöbəsi yaradılmışdır.
Rektoratlıq
[redaktə | mənbəni redaktə et]Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəhbərliyi | |
---|---|
1 | Rektor Ceyran Mahmudova[2] |
2 | Rektorun köməkçisi Əsəd Rzayev[3] |
3 | Rektorun Tədrisdə İnnovasiyalar üzrə Müşaviri [4] |
4 | Elmi Katib Ellada Hüseynova |
5 | Baş mühəndis — Əməyin mühafizəsi üzrə mühəndis Elşən Quliyev[5] |
6 | Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis Şahanə Mahmudzadə[6] |
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektorları | |
1 | Tədris işləri üzrə prorektor Nigar Rüstəmova |
2 | Elm və yaradıcılıq işləri üzrə prorektor Sədaqət Əliyeva[7] |
3 | Beynəlxalq əlaqələr üzrə prorektor Nizami Əsədov |
5 | Ümumi işlər üzrə prorektor |
6 | İnzibati-təsərrüfat işləri üzrə prorektor Fərhad Əliyev[8] |
Struktur quruluşu
[redaktə | mənbəni redaktə et]Tədris teatrı
[redaktə | mənbəni redaktə et]Rəhbərlik
Direktor | Ömərov Gümrah Rza oğlu |
İnzibatçı | Qasımov Amid Fizuli oğlu |
Ədəbi hissə müdiri | |
Mütəxəssis | Əliyeva Türkan Vasif qızı |
Səhnə işıqlandırıcısı | Qasımova Günay Mail qızı[9] |
Tədris Teatrı 1962-ci ildə İncəsənət İnstitutunun nəzdində yaradılıb. Tədris Teatrının spesifik xüsusiyyəti ondan ibarətdir ki, o yarandığı gündən indiyədək sənət laboratoriyası funksiyasını yerinə yetirir. Bu gün tanınıb sevilən aktyor və aktrisaların, tanınmış sənətkarların əksəriyyəti ilk addımlarını məhz bu teatrda atıb.
Bu illər ərzində Tədris Teatrının səhnəsində M. F. Axundzadənin "Xırs quldurbasan", "Molla İbrahimxəlil kimyagər", Ə. Haqverdiyevin "Dağılan tifaq", Ü. Hacıbəylinin "O olmasın, bu olsun", "Arşın mal alan", C. Cabbarlının "Od gəlini", "Aydın", "1905-ci ildə", "Solğun çiçəklər", C. Məmmədquluzadənin "Ölülər", S. Vurğunun "Vaqif", S. Rüstəmin "Qaçaq Nəbi", "Çimnaz xanım yuxudadır", İ. Əfəndiyevin "Mahnı dağlarda qaldı", "Büllur sarayda", J. B. Molyerin "Meşşanın zadəganlığı", "Kəndçi adaxlı", "Mizantrop", V. Şekspirin "Otello", "On ikinci gecə", N. Dumbadzenin "Unutma, ana" əsərləri, eləcə də onlarla digər müəlliflərin pyesləri uğurla tamaşaya qoyulub. Son illər ərzində Tədris Teatrında hazırlanan bir çox tamaşalar müxtəlif xarici ölkələrin keçirdiyi beynəlxalq festivallarda uğurla çıxış edərək, mükafat və sertifikatlar almış, laureat adına, hətta incəsənət sferasında ən böyük mükafat sayılan "Qran-pri" mükafatına layiq görülmüşlər. Onlardan Cənnət Səlimova və Fikrət Məlikovun hazırladığı Anton Pavloviç Çexovun "Üç bacı" (İran İslam Respublikasının 20-ci Beynəlxalq tələbə teatr festivalında), Ağakişi Kazımov və Hacı İsmayılovun hazırladığı İlyas Əfəndiyevin "Unuda bilmirəm" (Türkiyə Respublikasında İstanbul Kültür Universitetində keçirilən 2-ci Uluslararası tələbə festivalı), Vidadi Həsənovun hazırladığı "Təmas" Gürcüstan Respublikasında Beynəlxalq Etüd Festivalında və "Adi əhvalat" adlı (Qazaxıstan Respublikası 1-ci beynəlxalq tələbə festivalında) tamaşaları misal çəkmək olar.
Bu gün Tədris Teatrının ikimərtəbəli binası, 190 nəfərlik tamaşaçı zalı, geniş səhnəsi, səs yazma studiyası, müxtəlif məşq otaqları var ki, burada istənilən tamaşanı hazırlamaq və nümayiş etdirmək mümkündür.[10]
"SABAH" Mərkəzi
[redaktə | mənbəni redaktə et]Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univeristetində SABAH qruplarına qəbul 2015-ci ildən başlayıb və iki ixtisas — Aktyor sənəti və Rejissorluq üzrə aparılıb.
SABAH qruplarında təhsil alan tələbələrə əlavə ingilis dili fənni tədris olunur və onların SABAH təqaüdü alma imkanları var. 2017/2018-ci tədris ilinə ixtisaslar üzrə tələbə sayı [11]
Səsyazma Studiyası
[redaktə | mənbəni redaktə et]1968-ci ildən ADMİU-da fəaliyyət göstərən səsyazma studiyası Mehdi Məmmədov, Adil İsgəndərov, Rza Təhmasib və Müxlis Cənizadə kimi sənətkarların rəhbərliyi ilə tələbələri təcrübə meydanı olmuşdur. Azərbaycanda ilk dəfə ali təhsil müəssisəsində fəaliyyət göstərən bu studiyada universitetin aktyor və rejissor tələbələri müstəqil olaraq musiqili proqramlar və verilişlər hazırlayırlar. Səsyazma studiyasına təcrübəli müəllim Faiq Babayev rəhbərlik edir.[12]
Kollec
[redaktə | mənbəni redaktə et]Azərbaycan Dövlət Mədəniyyət və İncəsənt Universitetinin nəzdində Humanitar Kollecinin əsası Azərbaycan Xalq Komissarları Sovetinin 5 mart 1938-ci il tarixli qərarı ilə qoyulub. Kollec müxtəlif dövrlərdə Bakı Siyasi Maarif məktəbi (1940), Bakı Kitabxanaçılıq Texnikumu (1948), N. K. Krupskaya adına Bakı Mədəni-Maarif Texnikumu (1980), Əhməd Cavad adına Bakı Mədəni-Maarif Texnikumu (1991), Bakı Mədəni-Maarif Texnikumu (2000), Bakı Humanitar Kolleci (2010) adları ilə fəaliyyətini davam etdirib. 2016-cı ildə Bakı Sosial Pedaqoji Kolleci Bakı Humanitar Kollecinə birləşdirilib. 11 iyul 2020-ci ildə Bakı Humanitar Kolleci Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec kimi publik hüquqi şəxs status alaraq yenidən təşkil olunub. Hazırda Humanitar Kollecdə 3 şöbə — "İncəsənət", "Kulturologiya" və "Təhsil ixtisasları" mövcuddur.[13]
Kitabxana-informasiya mərkəzi
[redaktə | mənbəni redaktə et]İxtisaslaşmış fond davamlı və planlı şəkildə zənginləşir, oxucuların informasiya tələbatlarına uyğun formalaşır. İnternetdə müxtəlif veb resursların mütəmadi araşdırılması nəticəsində profilə uyğun yeni nəşrlər müəyyənləşdirilir. Sənəd-informasiya resursları fondu ADMİU-nun professor-müəllim heyəti, ayrı-ayrı alim, mütəxəssis və başqa müəlliflərin çap olunmuş nəşrləri, şəxsi kitabxanası, kitab mağazaları və digər mənbələr hesabına zənginləşir. Ölkəmizdə mədəniyyət və incəsənətin müxtəlif istiqamətlərini (teatr, kino, televiziya, rəssamlıq, musiqi və humanitar sahələr) özündə əks etdirən mərkəzin çoxşaxəli və zəngin ixtisaslaşmış fondunun ümumi həcmi 51000 nüsxədən çox Azərbaycan və dünya xalqlarının bir çox dillərində kitab, jurnal, kataloq, avtoreferat, dissertasiya, not, fotoalbom, izomaterial, elektron nəşr və qəzet materiallarından ibarətdir.[1]
Fakültələr
[redaktə | mənbəni redaktə et]Kulturologiya fakültəsi
[redaktə | mənbəni redaktə et]Fakültənin dekanı | Vasif Adilov |
Fakültənin dekan müavini | Zaur Sultanov |
1995-ci ildən "Kulturologiya" adı altında fəaliyyət göstərən "Mədəni-maarif işi" fakültəsi 1959-cu ildən mütəxəssis hazırlığına başlamışdır.
Hazırda "Kulturologiya" fakültəsində 4 kafedra ("Sosial-mədəni fəaliyyət" kafedrası, "Turizm və kitabxana-informasiya fəaliyyəti" kafedrası, "Sosial siyasi elmlər" kafedrası, "Muzeyşünaslıq" kafedrası) fəaliyyət göstərir. Fakültədə muzeyşünaslıq, arxivşünaslıq, menecment, sosial iş, kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq, kitabşünaslıq və digər elm sahələri üzrə kadr hazırlığı həyata keçirilir.[14]
Audiovizual sənətlər (keçmiş kino-televiziya) fakültəsi
[redaktə | mənbəni redaktə et]Fakültənin dekanı | Gülnarə Hüseynova |
Fakültənin dekan müavini | Vəfa Mirzəyeva |
Kino və televiziya fakültəsi 1945-ci ildə yaradılmış Teatr İnstitutunun yüksək sənət ənənələrini özündə saxlayan və bu gün də öz istiqaməti üzrə peşəkar kadr hazırlığını həyata keçirən bir tədris bölümüdür.
2016-cı ildən ADMİU-da baş verən struktur dəyişiklikləri nəticəsində yenidən yaradılmış Kino və televiziya fakültəsi 1997-ci ildən Rejissor sənəti fakültəsi kimi fəaliyyət göstərmişdir.
Hazırda fakültədə təhsilin müxtəlif pillələrində tədris Azərbaycan və rus dillərində, əyani və qiyabi formalarda aparılır.
Fəaliyyət göstərdiyi müddətdən bu günədək fakültədə xarici ölkə vətəndaşları da təhsil alır. Hazırda fakültənin tələbələri sırasında Türkiyə və İran vətəndaşları da var. Fakültədə kino və televiziya pavilyonu, montaj otaqları, səsyazma studiyası və rəqəmsal laboratoriya tələbələrin ixtiyarındadır.[15]
Teatr sənəti fakültəsi
[redaktə | mənbəni redaktə et]Fakültənin dekanı | Kəmalə Mehdiyeva |
Fakültənin dekan müavini | Lalə Səlimova |
1945-ci ildə teatr texnikumunun bazasında Azərbaycan Dövlət Teatr İnstitutu yaradıldı. "Aktyorluq", "Rejissorluq" və "Teatrşünaslıq" ixtisasları üzrə mütəxısislər hazırlanmağa başladı. Müxtəlif illərdə (aktyorluq, rejissorluq və s.) ixtisaslar ayrı-ayrılıqda müstəqil fakültələr kimi fəaliyyət göstərmişdilər, lakin 9 iyun 2015-ci ildə tədrisin səmərə və keyfiyyətini yüksəltmək məqsədilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində struktur dəyişikliyi edilərək "Aktyor sənəti", "Rejissor sənəti" və "Sənətşünaslıq " fakültələri birləşdirilərək yeni böyük "Teatr sənəti" fakültəsi yaradıldı.[16]
Musiqi sənəti fakültəsi
[redaktə | mənbəni redaktə et]Fakültənin dekanı | İradə Xəlilova |
Fakültənin dekan müavini | Mehriban Qasımova |
Universitetin aparıcı fakültələrindən olan "Musiqi sənəti" fakültəsi 25 sentyabr 2001-ci il tarixdən yaradılmışdır. Müstəqil fakültə kimi formalaşanadək müyyən bir vaxt keçmişdir.
1962-ci il "Musiqili komediya aktyoru" ixtisası yaradılır və institutun musiqi təhsilinin inkişafında yeni mərhələ başlanır. Tədris olunan musiqi fənlərinin sayı artır, Musiqi nəzəriyyəsi, Solfecio, Fortepiano, Vokal, Vokal ansamblı kimi fənlərlə zənginləşir. Artıq burada musiqi fənləri professional səviyyədə tədris olunur. O vaxtdan institutun məzunları opera teatrında, dövlət xor kapellasında bir mütəxəssis kimi fəaliyyətlərini davam etdirmək fürsəti əldə edirlər. 1967-ci ildən "Musiqi fənləri" kafedrası yaradılır.
O dövrdə bir çox musiqi xadimləri bu qocaman tədris ocağında çalışaraq mədəniyyət işçilərinin böyük bir nəslini yetişdirmişlər. Görkəmli Azərbaycan dirijoru, SSRİ xalq artisti, Dövlət mükafatları laureatı Niyazi, xalq artistləri, bəstəkarlar — Hacı Xanməmmədov, Şəfiqə Axundova, müğənnilər — Rəhilə Cabbarova, Qulu Əsgərov, Lütfiyar İmanov, Milovanov, musiqişünaslar — Danil Danilov, Nailə Kərimova və başqaları burada uzun müddət fəaliyyət göstərmişlər.
1987-ci ildən universitetdə həyata keçirilən islahatlar nəticəsində vaxtı ilə 9 ixtisası olan təhsil ocağına müxtəlif profilli bir çox yeni ixtisaslar — "İnstrumental ifaçılıq", "Estrada", "Muğam" və ali təhsil müəssisəsində ilk dəfə olaraq "Aşıq sənəti" ixtisasları açılır.
2011-ci ildən "Aşıq sənəti" kafedrası da fəaliyyət göstərməyə başlayır.
Rəssamlıq fakültəsi
[redaktə | mənbəni redaktə et]Fakültənin dekanı | Səyalı Quliyeva |
Fakültənin dekan müavini | Eldar Məmmədzadə |
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Rəssamlıq" fakültəsi zəngin yaradıcılıq ənənələrinə malikdir. 1962-ci ildə "Teatr" fakültəsinin nəzdində "Rəssamlıq" şöbəsi yaradılıb və 1963-cü ildə ilk dəfə "Rəssamlıq" ixtisası üzrə dərslərin tədrisinə başlanılıb. 1967–1968-ci illərdə "Rəssamlıq" şöbəsində ilk dəfə olaraq "Rəsm" kafedrası açılıb. 1982-ci ildə "Rəssamlıq" şöbəsi əsasında institutda "Rəssamlıq" fakültəsi yaradılıb. [17]
Kafedralar
[redaktə | mənbəni redaktə et]Sırası | Adı | Yaranma tarixi | Müdiri |
---|---|---|---|
1. | Aşıq sənəti | 2011 | Samirə Əliyeva |
2. | Dizayn və dekorativ-tətbiqi sənət | 1976 | Arif Əzizov |
3. | Dram rejissoru və səhnə plastikası | 1968 | İsrafil İsrafilov |
4. | Dram teatrı və kino aktyoru | 1945 | Gülşad Baxşıyeva |
5. | Estrada sənəti | 2004 | Məryəm Babayeva |
6. | Ədəbiyyat və dillər | 1964 | Fəridə Səfiyeva |
7. | Xalq çalğı alətləri ifaçılığı | 2012 | Umud İbrahimov |
8. | İnstrumental ifaçılıq | 2003 | Cəmalə Nəsirova |
9. | Kinoşünaslıq və ekran dramaturgiyası | 2000 | Əli Əmirli |
10. | Kino-televiziya sənətləri | 1990 | Elnur Mehdiyev |
11. | Muğam sənəti | 2001 | Teyyub Aslanov |
12. | Musiqi tarixi və nəzəriyyəsi | 2002 | Kamilə Dadaş-zadə |
13. | Musiqili teatr aktyoru | 1962 | Azad Şükürov |
14. | Muzeyşünaslıq | 1991 | Yeganə Eyvazova |
15. | Səhnə danışığı | 1968 | Kəmalə Mehdiyeva |
16. | Sosial-mədəni fəaliyyət | 1959 | Sevinc Əskərova |
17. | Sosial-siyasi elmlər | 1966 | Xaləddin Sofiyev |
18. | Teatrşünaslıq | 1945 | Aydın Talıbzadə |
19. | Təsviri sənət | 2006 | Rəşad Cabbarov |
20. | Təsviri sənət tarixi və nəzəriyyəsi | 1976 | Aslan Xəlilov |
21. | Turizm və kitabxana-informasiya fəaliyyəti | 2001 | Səyavuş Məhişov |
Sosial-mədəni fəaliyyət kafedrası
[redaktə | mənbəni redaktə et]Kafedra 1959-cu ildə "Mədəni-maarif işi" adı ilə yaradılmış, qurum dəyişikliyi ilə əlaqədar ADMİU-nun Elmi Şurasının 21 iyun 2012-ci il tarixli 41 saylı əmrilə "Kulturologiya" kafedrası adlandırılmışdır. "Kulturologiya" kafedrası ADMİU-nun Kulturologiya fakültəsinin tədris-elm struktur bölmələrindən biri olub, "sənətşünaslıq", "beynəlxalq münasibətlər", "sosial iş" ixtisasları üzrə kadr hazırlığını, habelə universitetin digər fakültələrində tədris olunan bir sıra fənlər üzrə tədris, metodiki, elmi-tədqiqat fəaliyyətini həyata keçirir. [18]
Sosial siyasi elmlər kafedrası
[redaktə | mənbəni redaktə et]1945-ci ildə Teatr institutu yenicə yarananda bu sahədə kafedra yaratmaq mümkün olmadığı üçün Humanitar və sosial-siyasi fənləri saat hesabı ilə dəvət olunmuş müəllimlər tədris ediblər. Təxminən 20 ildən sonra 1966-cı ildən fəaliyyət göstərən kafedra qurum dəyişiklikləri ilə əlaqədar olaraq ayrı-ayrı adlarla fəaliyyət göstərib, 1991-ci ildə "Sosial-siyasi fənlər" və 1995-ci ildən isə "Sosial-siyasi elmlər" kafedrası adlanmışdır.
Muğam sənəti kafedrası
[redaktə | mənbəni redaktə et]2001-ci ildən müstəqil kafedra kimi əvvəlcə "Solo oxu", 2004-cü ildən isə "Muğam sənəti" adı altında fəaliyyət göstərir.
Kafedraya yarandığı gündən bu günə kimi Xalq artisti (1992), professor (2008), "Şöhrət (2002)" və "Şərəf" (2010) ordeninə layiq görülmüş, prezident təqaüdüçüsü Canəli Əkbərov rəhbərlik edir.[20]
Aşıq sənəti kafedrası
[redaktə | mənbəni redaktə et]Bu kafedra 2011-ci ildə təsis edilmişdur. "Aşıq sənəti" kafedrasında müasir aşıq ifaçılığının müxtəlif mühitlərini təmsil edən istedadlı nümayəndələri çalışır. Onu da qeyd edək ki, kafedrada pedaqoji fəaliyyətlə məşğul olan ifaçı — müəllimlər aşıq sənətinin müxtəlif ifaçılıq mühitlərini təmsil edirlər.[21]
İnstrumental ifaçılıq kafedrası
[redaktə | mənbəni redaktə et]Kafedrada öz pedaqoji fəaliyyətində ifaçılıq pedaqogikasının müasir metodologiyasının prinsiplərini tətbiq edən yüksəkixtisaslı müəllimlər dərs deyir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti". www.admiu.edu.az (az.). 27 may 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 iyun 2024.
- ↑ "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti". www.admiu.edu.az (az.). 27 May 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 may 2019.
- ↑ "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti". www.admiu.edu.az (az.). 27 May 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 may 2019.
- ↑ "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti". www.admiu.edu.az (az.). 27 May 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 may 2019.
- ↑ "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti". www.admiu.edu.az (az.). 27 May 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 may 2019.
- ↑ "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti". www.admiu.edu.az (az.). 27 may 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 may 2019.
- ↑ "Nazir prorektoru vəzifəsindən azad etdi — Yeni təyinat". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-04.
- ↑ "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti". www.admiu.edu.az (az.). 27 May 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 may 2019.
- ↑ "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti". www.admiu.edu.az (az.). 10 iyul 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 iyul 2021.
- ↑ "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti". www.admiu.edu.az (az.). 30 May 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 may 2019.
- ↑ "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti". www.admiu.edu.az (az.). 30 may 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 may 2019.
- ↑ "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti". www.admiu.edu.az (az.). 30 may 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 may 2019.
- ↑ "Kollecin tarixi" (az.). https://humanitarkollec.edu.az. Archived from the original on 2024-06-11. İstifadə tarixi: 11 iyun 2024.
- ↑ "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti". www.admiu.edu.az (az.). 27 May 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 may 2019.
- ↑ "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti". www.admiu.edu.az (az.). 27 may 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 may 2019.
- ↑ "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti". www.admiu.edu.az (az.). 30 May 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 may 2019.
- ↑ "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti". www.admiu.edu.az (az.). 30 may 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 may 2019.
- ↑ "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti". www.admiu.edu.az (az.). 30 may 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 may 2019.
- ↑ "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti". www.admiu.edu.az (az.). 8 iyun 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyun 2019.
- ↑ "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti". www.admiu.edu.az (az.). 8 iyun 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyun 2018.
- ↑ "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti". www.admiu.edu.az (az.). 8 iyun 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyun 2018.
- ↑ "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti". www.admiu.edu.az (az.). 2019-07-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 iyul 2019.