Müxlis Cənizadə — Vikipediya
Müxlis Cənizadə | |
---|---|
Müxlis Mirsabir oğlu Cənizadə | |
Digər adı | Muxlis Cənizadə |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | (44 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ağır xəstəlik |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı | SSRİ |
Fəaliyyəti | aktyor |
Mükafatları | |
IMDb | ID2365624 |
Müxlis Mirsabir oğlu Cənizadə (26 noyabr 1928 – 10 dekabr 1972) — Azərbaycanın teatr, kino və dublyaj aktyoru, bədii qiraətçi, Azərbaycan SSR əməkdar artisti (1960).[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]Müxlis Cənizadə 26 noyabr 1928-cu ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Teatr Texnikumunu və Dövlət Teatr İnstitutunu bitirib (Kazım Ziyanın kursu). 1953-1963-cü illərdə Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışıb. Müxlis Cənizadə dövrünün teatr və kino aktyoru, təkrarsız bədii qiraət ustası, səhnə danışığı müəllimi, rejissor kimi tanınıb. 1961-ci ildən ömrünün sonunadək Dövlət Teatr İnstitutunda dərs deyib. Teatr İnstitutunun Tədris Teatrında “Təbilçi qız”, “Aydın”, “Qaraçılar”, “Üləmalar” və s. tamaşalara quruluş verib. Azərbaycan Radiosunun “Qızıl fond”unda və Dövlət Səsyazma Fondunda Müxlis Cənizadənin ifasında bədii qiraət nümunələri saxlanılır. SSRİ kinematoqrafçılarının istehsalı olan “Sonuncu qum təpəsi” (Последний дюйм, Lenfilm / Rusiya, 1958, rejissor: Teodor Vulfoviç, Nikita Kurixin), “Namus uğrunda” (Из-за чести, rejissor: Artaşes Ayrtyan, Ermənistanfilm, 1956) filmlərində çəkilib. Əməkdar artist (1960) Müxlis Cənizadə 1972-ci ildə ağır xəstəlikdən vəfat edib.
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- Bakının işıqları (film, 1950)
- Bəxtiyar (film, 1955) - rol: Kərim
- Bir məhəllədən iki nəfər (film, 1957)
- Bir qalanın sirri (film, 1959) - film səsləndirən: Elşən (Gündüz Abbasov)
- Bizim küçə (film, 1961) - film səsləndirən: Rasim (Gündüz Abbasov)
- Dəli Kür (film, 1969) - rol: Kipiani
- Əhməd haradadır? (film, 1963) - film səsləndirən: Şofer Əhməd (Elxan Qasımov)
- Ən vacib müsahibə (film, 1971) - rol: Ənvər müəllim
- Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007)
- Əsl dost (film, 1959) - rol: Əsəd
- Fətəli xan (film, 1947) - film səsləndirən
- Görüş (film, 1955) - rol: Ənvər
- Xatirələr sahili (film, 1972) - film səsləndirən: Prokuror (Ə. Sultanov)
- İstintaq davam edir (film, 1966) - film səsləndirən: Çingizov (Kamal Xudaverdiyev)
- İyirmialtılar (film, 1966)
- "Kazbek" qutusu (film, 1958) - rol: "Kirpi" əməkdaşı
- Qızmar günəş altında (film, 1957) - rol: Sürücü
- Leyli və Məcnun (film, 1961)
- O olmasın, bu olsun (film, 1956)
- Onu bağışlamaq olarmı? (film, 1959) - rol: Baş leytenant İbrahimov
- Sehrli xalat (film, 1964) - film səsləndirən: Eynulla müəllim (Lütfi Məmmədbəyov)
- Səhər (film, 1960) - film səsləndirən: Rəşid (M. Hüseynov)
- Sonuncu qarış (film, 1958) (Lenfilm)
- Torpaq. Dəniz. Od. Səma (film, 1967) - film səsləndirən: Murad (Rafiq Tağıyev)
- Ulduz (film, 1964) - film səsləndirən: Bəxtiyar (Hacımurad Yagizarov)
- Ulduzlar sönmür (film, 1971)
- Yenilməz batalyon (film, 1965) - rol: Nəriman Tağıyev
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ “Ekranın cazibəli aktyoru”: [Müxlis Cənizadə haqqında] //Ekran-efir.- 2015.- 10 aprel.- S.8.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 53; 169.