Sehrli xalat (film) — Vikipediya
Sehrli xalat | |
---|---|
Janr | komediya filmi, macəra filmi, fantastika filmi, uşaq filmi[d] |
Rejissor | Əlisəttar Atakişiyev |
Ssenari müəllifləri | Aleksandr Tarasov Əlisəttar Atakişiyev |
Baş rollarda | Azər Qurbanov Solmaz Hətəmova Kolya Loginov Yusif Şeyxov Əliağa Ağayev Anatoli Falkoviç |
Operator | Teyyub Axundov |
Bəstəkar | Arif Məlikov |
Rəssamlar | Məmməd Hüseynov Cəbrayıl Əzimov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 3 oktyabr 1964 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 75 dəq. |
Ölkə | SSRİ |
Dil | azərbaycanca |
İl | 1964 |
Texniki məlumatlar | 8 hissə 2184 metr 35 mm |
Rəng | rəngli |
IMDb | ID2081359 |
"Sehrli xalat" — rejissor Əlisəttar Atakişiyevin filmi.[1]
Məzmun
[redaktə | vikimətni redaktə et]Filmdə məşhur illüzionist İo Kionun (Anatoli Falkoviç) köməyi ilə uşaqlar bir növ keçmişə və gələcəyə səyahət edirlər. Burada hər iki dövrə həmin dövrün uşaqlarının gözü ilə baxılır.[2]
Film haqqında
[redaktə | vikimətni redaktə et]- Rəşid rolunun ifaçısı Azər Qurbanov rusdilli olduğundan filmin Azərbaycan variantında onu Yusif Şeyxov səsləndirmişdir.[3]
- Pioner rollarında çəkilmək üçün 500-600 uşaq sınaq çəkilişlərindən keçib.[4]
- Filmin kinomusiqisi bəstəkar Arif Məlikovun yazdığı ilk kinomusiqidir.
- Film haqqında "50 illik sehr" adlı sənədli film çəkilmişdir.[5]
- 2014-cü ildə filmin 50 illiyi qeyd olunmuşdur.[6]
- Film Bakıda Maştağa qəsəbəsində və İçərişəhərdə, İsmayıllı rayonunun Cülyan kəndində, eləcə də Belorusiya SSR-in paytaxtı Minsk şəhərində pavilyonda çəkilmişdir.
Filmin heyəti
[redaktə | vikimətni redaktə et]Film üzərində işləyənlər
[redaktə | vikimətni redaktə et]- Ssenari müəllifi: Aleksandr Tarasov, Əlisəttar Atakişiyev
- Quruluşçu rejissor: Əlisəttar Atakişiyev[7]
- Quruluşçu operator: Teyyub Axundov
- Quruluşçu rəssam: Məmməd Hüseynov, Cəbrayıl Əzimov
- Bəstəkar: Arif Məlikov
- Səs operatoru: Paşa İbrahimov
- Dirijor: Niyazi
- Geyim rəssamı: Qəzənfər Xalıqov
- Qrim rəssamı: V. Bereznyakov
- Montaj edən: Tahirə Babayeva
- Redaktor: Ədhəm Qulubəyov
- Operator: Əlihüseyn Hüseynov
- Quraşdırılmış səhnələrin operatoru: Sergey Klyuçevski
- Quraşdırılmış səhnələrin rəssamı: Eduard Abdullayev
- Rejissor assistenti: Əşrəf Mamayev, Tələt Rəhmanov, Əli Məmmədov, A. Süleymanov
- Operator assistenti: İ. Qafarov, Ramiz Babayev
- Dekor rəssamı: T. Abdullazadə
- Filmin direktoru: V. Dudiyev, S. Kolpakov
Rollarda
[redaktə | vikimətni redaktə et]- Azər Qurbanov — Rəşid[8][9]
- Solmaz Hətəmova — Zərifə[10]
- Kolya Loginov — Petya
- Yusif Şeyxov — Eldar[10]
- Əliağa Ağayev — Xan
- Anatoli Falkoviç — İo Kio
- Möhsün Sənani — Möhsün Ağayev
- Ağahüseyn Cavadov — baş vəzir
- İsmayıl Osmanlı — vəkil
- Hüseynağa Sadıqov — vəzir
- Məmməd Sadıqov (Məmməd Sadıxov kimi) — münəccim başı
- Əfrasiyab Məmmədov — sərdar
- Ələkbər Hüseynzadə — qoca
- Mollağa Bəbirli — xəzinədar
- Bahadur Əliyev — yaraqlı
- Lütfi Məmmədbəyli — Eynulla müəllim
- Tələt Rəhmanov — milis işçisi
- A. Şükürov — məktəbli
- K. Nemətova — məktəbli
- Nazim Mustafayev — Arif
- T. Rəsulov — məktəbli
- Ə. Əhmədova — məktəbli
- Məmmədsadıq Nuriyev — tacir
- Əli Xəlilov — tacir
- Arif Mədətov — sirk artisti
- Almaz Mustafayeva — Səidə
- Zamiq Əliyev — tar çalan (titrlərdə yoxdur)
Filmi səsləndirənlər
[redaktə | vikimətni redaktə et]- Yusif Vəliyev — İo Kio (Anatoli Falkoviç) (titrlərdə yoxdur)
- Bahadur Əliyev — milis işçisi (Tələt Rəhmanov) (titrlərdə yoxdur)
- Müxlis Cənizadə — Eynulla müəllim (Lütfi Məmmədbəyli) (titrlərdə yoxdur)
- Yusif Şeyxov — Rəşid (Azər Qurbanov) (titrlərdə yoxdur)
- Əminə Yusifqızı — Eldar (Yusif Şeyxov) (titrlərdə yoxdur)
Əlizaman Qasımov - Möhsün Ağayev (Möhsün Sənani) (titrlərdə yoxdur)
Süleyman Ələsgərov (aktyor) - qoca (Ələkbər Hüseynzadə)(titrlərdə yoxdur)
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ O.Məmmədli. "Sehrli xalat" və ya nağıla çevrilən uşaqlıq: [Rejissor Əlisəttar Atakişiyevin eyni adlı filminin baş qəhrəmanı Zərifə (Solmaz Hətəmova) ilə müsahibə] //Xalq cəbhəsi. 2008, 21 may, səh.10.
- ↑ 50 yaşlı "Sehrli xalat": [Əməkdar incəsənət xadimi Əlisəttar Atakişiyevin eyniadlı filmi haqqında] //525-ci qəzet. 2014, 14 noyabr, səh.7.
- ↑ "Vaxt ildırım sürətilə keçir, nə vaxtsa filmlərə çəkildiyimi az qala unutmuşam...": "Sehrli xalat" filmindəki Rəşidin — hazırda Amerikada yaşayan Azər Qurbanovun müsahibəsi //525-ci qəzet. 2013, 27 iyul, səh.29.
- ↑ A.Kazımzadə. Uşaqlar üçün nağıl, böyüklər üçün klassika: [kinorejissor Əlisəttar Atakişiyevin "Sehrli xalat" filimi haqqında] //Kaspi. 2014, 8-10 noyabr, səh.16.
- ↑ "Kanal S — "Sehrli xalat" — 50 illik sehr". 2015-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-17.
- ↑ Y.Şeyxov. Film yubileylərinə nə qədər xərclənir? Yusif Şeyxov: "Yubileylərə pul kino tədbirləri üçün nəzərdə tutulan büdcədən xərclənir": ["Sehrli xalat" filminin 50 illiyi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya Şöbəsinin sektor rəhbəri Yusif Şeyxovun müsahibəsi] //Ekspress. 2014, 19 noyabr, səh.23.
- ↑ Azəri, L. 50 ilin "Sehrli xalat"ı: [Nizami Kino Mərkəzində rejissor Əlisəttar Atakişiyevin quruluş verdiyi eyniadlı filmin 50 illiyinin qeyd edilməsi haqqında] //Mədəniyyət. 2014, 14 noyabr, səh.5.
- ↑ Qurbanov, A. Sehrli xalat: [rejissoru Əlisəttar Atakişiyev olan eyniadlı filmdə rol almış aktyor Azər Qurbanovla müsahibə] /müsahibəni apardı V. İmanov //Mədəni həyat. 2013, №9, səh.74-75.
- ↑ A.Qurbanov. "Hərdən tale insanın üzünə gülmür": "Sehrli xalat"dakı pioner Rəşid: "Heç vaxt Vətəni tərk etməyin!": [eyniadlı filmdəki Rəşid rolu ilə hamımızın sevimlisinə çevrilən aktyor Azər Qurbanovla musahibə] //Ekspress.- 2013, 27-29 iyul, səh.21.
- ↑ 1 2 "Sehrli xalat" Rəşidi Amerikaya "aparıb": Filmin kadrarxası ilə bağlı maraqlı məqamlar: [filmin baş qəhrəmanları Yusif Şeyxov və Solmaz Hətəmovanın fikirləri] //Azadlıq. 2014, 1 dekabr, səh.14.
Mənbə
[redaktə | vikimətni redaktə et]- Ə.Azad. "Kinostudiyada bir gün" [Reportaj] //Ədəbiyyat və incəsənət. 1964, 13 iyun.
- Əlisəttar Atakişiyev. "Uşaq filmlərinin çəkilməsi" //Ədəbiyyat və incəsənət. 1975, 5 aprel, səh.14.
- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. Москва: Советская энциклопедия, 1987, стр.31-32.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004, səh.139.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007, səh.816.
- Ş.Əliqızı. "Sehrli xalat"ın dönüşü: [Əməkdar incəsənət xadimi Əlisəttar Atakişiyevin eyni adlı filminin yenidən bərpa olunması haqqında] //İki Sahil.- 2011, 30 noyabr, səh.16.
- "Sehrli xalat" bərpa olunub: [Azərbaycan Film Fondu Rusiya Film Fondu ilə birlikdə eyni adlı filmi bərpa edib] //Ayna. 2011, 26 noyabr, səh.20.