Təfəkkür Universiteti — Vikipediya
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Təfəkkür Universiteti | |
---|---|
Əsası qoyulub | 1995–2017 |
Tip | özəl |
Rektor | Müşfiq Atakişiyev |
Şəhər | Bakı |
Ölkə | |
Ünvan | Təbriz küç. 19 |
Vikianbarda əlaqəli mediafayllar |
Təfəkkür Universiteti (tam adı: Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti) — Azərbaycanda fəaliyyət göstərmiş özəl ali təhsil müəssisəsi.
Haqqında
[redaktə | mənbəni redaktə et]Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 1995-ci il tarixli 202 saylı qərarı ilə dövlət qeydiyyatından keçərək özəl ali məktəb statusu almış "Təfəkkür" universiteti Azərbaycan, rus, ingilis və ispan dillərində bakalavr pilləsində yüksəkixtisaslı kadrlar hazırlayan tədris müəssisəsi olub.
Maddi-texniki bazası
[redaktə | mənbəni redaktə et]Universitetdə fizika laboratoriyası, kimya laboratoriyası, kompüter mərkəzi, linqafon kabineti, oxu zalı, idman zalı, yeməkxana, sürücülük məktəbi, kriminalistika laboratoriyası, morfologiya laboratoriyası, iqtisadiyyatın elmi problemləri laboratoriyası fəaliyyət göstərir.
Beynəlxalq əlaqələri
[redaktə | mənbəni redaktə et]"Təfəkkür" universitetinin ABŞ-nin Hardfort, San-Dieqo, Frenso, Santa-Barbara;. İngiltərənin Oksford, Kembric, Qrinviç; Hollandiyanın Erasmus, Van-Holl; Almaniyanın Berlin Politexnik universitetləri, habelə Türkiyə, Kipr və Malayziyanın bir sıra ali məktəbləri ilə sıx əlaqələri olub.
Universitet 1997-ci ildə MDB dövlətləri arasında təhsil sahəsində 100 liderdən biri fəxri adına, 1998-ci ildə isə beynəlxalq əlaqələrinə görə "Qran-Pri" mükafatına layiq görülmüşdür.
Bağlanması
[redaktə | mənbəni redaktə et]2016-cı ilin oktyabr ayından etibarən “Təfəkkür” Universitetinin Təsisçilər Şurası maliyyə vəziyyətində yaranmış problemlə əlaqədar universitetin fəaliyyətinin dayandırılması barədə Təhsil Nazirliyinə müraciət edib. Təhsil Nazirliyi müraciəti, universitetin 5 illik akkreditasiya müddətinin 2016-cı ildə bitdiyini, eyni zamanda, akkreditasiyadan keçirilməməsini nəzərə alaraq 2017-2018-ci il tədris ili üçün tələbə qəbulunun proqnozlaşdırılmamasını və tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə İşçi qrupunun yaradılması barədə qərar qəbul edib.[1][2]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ ""Təfəkkür" universiteti niyə bağlandı? – AÇIQLAMA". 2022-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-26.
- ↑ Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib