Akaki Çxenkeli — Vikipediya

Akaki Çxenkeli
gürc. აკაკი ჩხენკელი
bayraq
Xüsusi Cənubi Qafqaz Komitəsi daxili işlər komissarı
22 mart, 1917 – 24 noyabr, 1917
9 aprel 1918 – 26 may 1918
PrezidentNikolay Çxeidze
26 may 1918 – noyabr 1918
PrezidentNoe Ramişvili
SonrakıYevgeni Qeqeçkori
Şəxsi məlumatlar
Doğum tarixi 19 may 1874(1874-05-19)
Vəfat tarixi 5 yanvar 1959(1959-01-05) (84 yaşında)
Vəfat yeri
Partiya
Təhsili
Fəaliyyəti publisist, diplomat, siyasətçi

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Akaki Çxenkeli (19 may 18745 yanvar 1959, Paris) — Gürcü marksist dövlət xadimi, Zaqafqaziya Demokratik Federativ Respublikasını yeganə baş naziri.

Həyatı və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1874-cü ildə Tiflis quberniyasının Xoni şəhərində, əsilzadə ailəsində doğulmuşdur. Kiyev Universiteti, Berlin Universitetində və Londonda təhsil almışdır. Hüquqçu və ədəbiyyatçı idi. 1898-ci ildə sosial demokratiya hərəkatına qoşuldu və 1903-cü ildə menşevik oldu. Rusiyada 1905-1907-ci illər inqilabında iştirak etmiş və həbs olunmuşdur. Rusiya imperiyası IV Dövlət Dumasına Batum oblastından, Qars oblastındanSuxumi diyarından seçilmişdir.

Fevral inqilabından sonra

[redaktə | mənbəni redaktə et]

Fevral burjua-demokratik inqilabından sonra Xüsusi Cənubi Qafqaz Komitəsi elan edilmiş, Akaki Çxenkeli də qurumun daxili işlər komissarı olmuşdur. Trabzon sülh konfransında Gürcü deleqasiyasına liderlik edən Çxenkeli 9 apreldə seymin, daha sonra isə Zaqafqaziya Demokratik Federativ Respublikasının hökumət başçısı və xarici işlər naziri olmuşdur. Gürcüstan Demokratik Respublikası elan ediləndən sonra isə daxili işlər nazirliyinə gətirilmiş, 1919-cu ildə deputat olmuşdur. 1921-ci ilin yanvarı Parisdə səfir olan Çxenkeli Gürcüstan Sovet Sosialist Respublikasının elan edilməsindən sonra bir daha Gürcüstana qayıtmamışdır. 1959-cu ildə, Parisdə vəfat edib.

24 iyul 1880-ci ildə Suxumidə Makrine Turkia ilə evlənmişdir. 1 iyul 1905-ci ildə oğlu Aleksi (1904–1985) doğulmuşdur. Uşka ÇxenkeliKita Çxenkelinin böyük qardaşıdır. 2005-ci ildə nəvələri Tamara və Qivi Mixail Saakaşvilidən ölkələrinə qayıtmaq üçün icazə istəmişdilər.[1]

Fransanın "Ləyaqətə görə" hərbi ordeni ilə mükafatlandırılmışdır.

  1. "Géorgie et France : Akaki Tchenkéli (1874-1959), homme d'Etat transcaucasien". 2016-11-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-12-25.