Mixeil Saakaşvili — Vikipediya

Mixeil Saakaşvili
gürc. მიხეილ სააკაშვილი
bayraq
Odessa qubernatoru
bayraq2
30 may 2015 – 9 noyabr 2016
PrezidentPetro Poroşenko
Əvvəlkiİqor Palitsa
SonrakıMaxim Stepanov
25 yanvar 2004–25 noyabr 2007
20 yanvar 2008 – 27 oktyabr 2013
ƏvvəlkiEduard Şevardnadze
Nino Burcanadze (s.i.)
SonrakıGeorgi Marqvelaşvili
12 oktyabr 2000 – 5 sentyabr 2001
ƏvvəlkiConi Xesuriani
SonrakıRoland Qiliqaşvili
Şəxsi məlumatlar
Doğum tarixi 21 dekabr 1967(1967-12-21)[1][2] (56 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti hüquqşünas, siyasətçi, vəkil, televiziya aparıcısı
Anası Qiuli Alasaniya
Həyat yoldaşı
Dini Gürcü Ortodoks Kilsəsi
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • hüquq üzrə magistr[d]

İmzanın şəkli
saakashvilimikheil.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mixail Saakaşvili və ya Mixeil Saakaşvili (gürc. მიხეილ ნიკოლოზის ძე სააკაშვილი Mixeil Nikolozis dze Saakaşvili; 21 dekabr 1967[1][2], Tbilisi) — Gürcü siyasətçisi və Gürcüstan Respublikasının 3-cü Prezidenti (25 yanvar 2004 – 25 noyabr 2007 və 20 yanvar 2008 – 17 noyabr 2013). 2003-cü ilin oktyabrında Gürcüstan Respublikasında baş vermiş qızılgül inqilabının əsas ideya müəllifi olmuş və 15 yanvar 2004-cü ildə prezident seçkilərinin nəticələrinə əsasən Gürcüstan Respublikasının 3-cü Prezidenti seçilmişdir. 5 yanvar 2008-ci ildə növbədənkənar seçkilərdə yenidən qələbə qazanmışdır.

2013-cü ildə Gürcüstan Respublikasının Prezidenti vəzifəsini başa çatdıran Saakaşvili bir müddət AvropaABŞ-də hüquq sahəsində çalışdıqdan sonra Ukraynaya yollanmışdır. 2014–2015 Ukrayna siyasi mühitində mühüm rollardan birini oynayan Mixail Saakaşvili Petro Poroşenko tərəfindən Odessa vilayətinin qubernatoru təyin edilmişdir.[3][4][5]

Mixail Saakaşvili 1967-ci il dekabrın 21-də Tiflisdə doğulub. Atası Nikoloz Saakaşvili həkimdir. Anası Giuli Alasania Tbilisi Dövlət Universitetinin tarix kafedrasında professoru və Gürcüstan Elmlər Akademiyasında şöbə müdiri vəzifəsində çalışır.

Saakaşvili Kiyev Dövlət Universitetinin beynəlxalq hüquq ixtisasını bitirmişdir. 1986-cı ilin sonlarından etibarən iki il müddətində Sovet Ordusu tərkibində ÇexoslovakiyaMacarıstanda həqiqi hərbi xidmətdə olmuşdur.

1992-ci ildən il yarım müddətində Osloda yerləşən Norveç İnsan Hüquqları İnstitutunda, sonra isə Tiflisdə Gürcüstan İnsan Hüquqları Komitəsində çalışmış və azlıq hüququ üzrə ixtisaslaşmışdır. 1993-cü ildə Strasburqda yerləşən Beynəlxalq İnsan Hüquqları İnstitutunun diplomuna layiq görülmüşdür.

1994-cü ildə "Edmund S. Muskie Graduate Fellowship" proqramı üzrə təqaüd qazanaraq Kolumbiya Universitetinin Hüquq elmləri fakültəsində magistraturaya daxil olmuş, 1995-ci ildə Corc Vaşinqton Universitetində dissertasiya müdafiə edərək doktorluq dərəcəsi qazanmışdır.

Sandra Rulofs adlı holland əsilli qadınla ailə həyatı qurmuşdur və Eduard və Nikiloz adlı iki övladları vardır. Ana dili ilə yanaşı ingilis, rus, fransız və ukrayna dillərində sərbəst danışır.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Siyasi fəaliyyətinə 1995-ci ildə başlayan Saakaşvili Gürcüstan parlamentinin deputatı seçilib. 2000-ci ildə ədliyyə naziri vəzifəsinə təyin edilib. Sonra Tiflis meri seçilib. 2004–2013-cü illərdə Gürcüstan prezidenti olmuşdur.[6]

M. Saakaşvili Ukrayna vətəndaşlığından 2017-ci il iyulun 26-da çıxarılmışdı. Bununla bağlı fərmanı o vaxt Ukraynanın Prezidenti olan Petro Poroşenko imzalamışdı. Ukraynanın yeni prezidenti Volodimir Zelenski dövründə 2019-cu ilin may ayında Mixail Saakaşviliyə Ukrayna pasportu geri qaytarılıb.[7]

2021-ci ilin oktyabrında Mixail Saakaşvili, 2013-cü ildən Gürcüstan xaricində mühacirətdə olduqdan sonra ölkəsinə qanunsuz qayıtdıqdan sonra həbs edildi.[8] 2022-ci il iyunun 28-də Avropa Şurası Parlament Assambleyası bəyannamə dərc edib və orada bildiriblər ki, o, təcili olaraq xaricdə xüsusi müəssisədə müalicə olunmalıdır: "Mixail Saakaşvilinin tibbi yardıma ehtiyacı var! Biz ötən ildən Gürcüstanda həbsdə olan Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin səhhətindən narahatıq. Bir neçə müstəqil həkim Saakaşvilini həbsxanada müayinə etdikdən sonra onun bir sıra xəstəliklərdən, o cümlədən qidalanma pozğunluğundan və ağır nevroloji xəstəlik olan Wernicke ensefalopatiyasından əziyyət çəkdiyini deyir. Biz Gürcüstan Müdafiəçilərinin və Ukrayna Ombudsmanının tövsiyələrinin yerinə yetirilməməsindən də narahatıq. Stress faktorlarından azad olması üçün təcili olaraq müasir klinikaya aparılmalıdır. Bunun edilməməsi demans, çoxlu orqan çatışmazlığı və ölümlə nəticələnə bilər. Amnesty International hüquq müdafiə təşkilatı da Saakaşvilinin səhhəti ilə bağlı narahatlıqlarını bölüşür. Biz Gürcüstan hökumətini Mixail Saakaşvilinin səhhətinin stabilləşməsi üçün əlindən gələni etməyə çağırırıq. Bundan əlavə, bu cür hallarda artıq təcrübəsi olan bir Avropa mütəxəssisi klinikasında müalicə mənalıdır. Biz ilk növbədə humanitar aktla maraqlanırıq. Bununla belə, biz Gürcüstan demokratiyasının sabitliyindən də narahatıq və cəmiyyətdə onsuz da dərin olan çatların daha da dərinləşməsindən qorxuruq. Gürcüstanın təcili olaraq siyasi barışıq prosesinə ehtiyacı var. Saakaşvili ağır xəstə olsaydı, hətta həbsdə olduğu üçün ölsəydi, belə bir proses zəhərli olardı".[9]

  1. Böyük ömrün anları (film, 2006) — Arxiv kadrlar (Tammetrajlı Sənədli Televiziya Filmi)
  2. Böyük ömrün davamı (film, 2007)Arxiv kadrlar (Tammetrajlı Bədii-Sənədli Televiziya Film-Tamaşası)
  3. BP Azərbaycanda (film, 2007)Arxiv kadrlar (Qısametrajlı Sənədli Film)
  4. Mənə inanın! (film, 2007) — Arxiv kadrlar (Tammetrajlı Sənədli Televiziya Filmi)
  5. Uğur formulu (film, 2007)Arxiv kadrlar (Qısametrajlı Sənədli Televiziya Filmi)
  1. 1 2 Micheil (Michail) Saakaschwili // Brockhauz Ensiklopediyası (alm.).
  2. 1 2 Micheil Saakaschwili // Munzinger Personen (alm.).
  3. "Saakashvili Confirmed As Governor Of Ukraine's Odesa Region". RFE/RL. 29 May 2015. 29 May 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 May 2015.
  4. "Georgian ex-President Saakashvili named Ukraine regional governor – BBC News". Bbc.com. 2016-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-02.
  5. "euronews – Ex-Georgian President Sakaashvili appointed governor of Ukraine's Odessa region". M.euronews.com. 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-06-02.
  6. "Saakaşvilinin 42 yaşı tamam oldu". 2020-08-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-12-21.
  7. "Saakaşvilinin Ukrayna pasportu özünə qaytarıldı". 2021-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-29.
  8. "Géorgie: élections municipales au lendemain de l'arrestation de Mikheïl Saakachvili". 2022-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-02.
  9. "pace.coe.int" (PDF). 2022-06-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-28.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]