Aleksandr Svanidze — Vikipediya

Aleksandr Svanidze
gürc. ალექსანდრე სვიმონის ძე სვანიძე
rus. Александр Семёнович Сванидзе
Şəxsi məlumatlar
Doğum tarixi 1886[1] və ya 1884[1]
Doğum yeri
Vəfat tarixi 20 avqust 1941(1941-08-20)
Vəfat yeri
Partiya
Təhsili
Fəaliyyəti tarixçi, yazıçı, tərcüməçi, siyasətçi
Atası Svimon Svanidze[d]
Anası Sepora Dvali[d]
Dini ateizm

Aleksandr Svanidze (gürc. ალექსანდრე სვანიძე ; 1886[1] və ya 1884[1], Baci (Gürcüstan), Kutaisi quberniyası, Rusiya imperiyası20 avqust 1941, SSRİ) — gürcü siyasətçi və tarixçi. İosif Stalinin yaxın dostlarından biri idi. Həmçinin bacısı Kato Svanidze İosif Stalinin həyat yoldaşı olmuşdur.[2] Buna baxmayaraq 1936-1938-ci illərdə baş tutmuş Böyük təmizləmə əməliyyatının qurbanlarından olmuşdur. O, 1937-ci ildə həbs edilmiş və 1941-ci ildə elə həbsdə ikən öldürülmüşdür.[3][4]

Aleksandr Svanidze 1886-cı ildə Rusiya imperiyasının tərkibində olan Qərbi Gürcüstanın Baji kəndində, zadəgan ailəsində anadan olmuşdur. O, əvvəlcə Gürcüstanın Tiflis şəhərində, sonradan isə Almaniyanın Yena şəhərində yerləşən Yena Univeristetində təhsil almışdır. İngilisalman dillərini öyrənən Aleksandr Svanidze qədim sivilizasiyalar haqqında tarixi araşdırmalar ilə maraqlanmışdır.

1901-ci ildə, hələ 15 yaşında olarkən Rusiya Sosial-Demokrat İşçi Partiyasının sıralarına daxil olmuş və bolşeviklərin bölgədəki gizli təşkilatında fəaliyyət göstərmişdir. 1919-cu ildə Gürcüstan Demokratik Respublikasının yaranmasından sonra ölkəni tərk etmək məcburiyyətində qalmışdır. Bolşeviklərin Rusiyada hakimiyyətə gəlməsindən sonra 1920-1921-ci illərdə xalq xarici işlər komisarlığında işləməyə başlamışdır. 1921-1922-ci illərdə isə Gürcüstan SSR-nin və Zaqafqaziya SFSR-nin xalq maliyyə komissarı vəzifəsində çalışmışdır. 1924-cü ildə Almaniyaya Sovet ticarət elçisi kimi təyin edilmişdir. 1935-ci ildə Sovet ittifaqında geri döndükdən sonra "Vneştorqbank SSRİ"nin idarə heyətinin sədr müavini vəzifəsində çalışmışdır.

Aleksandr Svanidze həmçinin elmi fəaliyyətini də davam etdirmişdir. O, bu dövrdə "Qədim Tarix Bülleteni" jurnalını yaratmış, Nax-Dağıstan dillərini öyrənmiş və həmçinin orta əsr gürcü şairi Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan" əsərini rus dilinə tərcümə etmişdir.[5]

O, Böyük təmizləmə dövründə, 1937-ci ildə İosif Stalinin əmri ilə həbs edilmişdir. SSRİ Xalq Daxili İşlər Komissarlığı tərəfindən əfv edilməsinin qarşılığında alman casusluğunu qəbul etməsi tələb edilmişdir. Lakin o, bu təklifi rədd etmişdir. 20 avqust 1941-ci ildə, 55 yaşında öldürülmüşdür. Həmin ildə bacısı Mariko,[3][4] bir il sonra isə həyat yoldaşı Mariya öldürüldülər.[6]

  1. 1 2 3 4 Люди и судьбы. Биобиблиографический словарь востоковедов - жертв политического террора в советский период (1917-1991) (rus.). СПб: Петербургское Востоковедение, 2013. 496 с. — (Социальная история отечественной науки о Востоке) ISBN 978-5-85803-225-0
  2. Иосиф Сталин в объятиях семьи. Из личного архива. — М.: Родина, 1993. — 224 стр. — ISBN 5-7330-0043-0
  3. 1 2 Montefiore, Simon Sebag (2007), Young Stalin, pp. 311-2. McArthur & Company, ISBN 978-1-55278-646-8.
  4. 1 2 Rieber, Alfred J. Stalin, Man of the Borderlands Arxivləşdirilib 2012-08-01 at Archive.today Arxivləşdirilib 2012-08-01 at Archive.today. The American Historical Review. December 2001, vol. 106, no. 5.
  5. Сванидзе, Александр Семенович Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine. Hrono.ru. Retrieved on 2008-06-14.  (rus.)
  6. Alliluyeva, Svetlana (1967), Twenty Letters to a Friend, pp. 68-69.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]