Yakov Cuqaşvili — Vikipediya

Yakov Cuqaşvili
gürc. იაკობ ჯუღაშვილი
rus. Яков Джугашвили
Digər adı Yaşa
Doğum tarixi 18 mart 1907(1907-03-18)[1]
Doğum yeri
Vəfat tarixi 14 aprel 1943(1943-04-14)[1][2] (36 yaşında)
Vəfat yeri Almaniya Almaniya, Zaksenhauzen həbs düşərgəsi
Həyat yoldaşı Yuliya Meltzer
Atası İosif Stalin
Anası Yekaterina Svanidze
Milliyyəti Gürcü
Təhsili
  • Strateji Raket Qüvvələri Hərbi Akademiyası[d]
Fəaliyyəti Baş leytenant
Partiyası
Mükafatları 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yakov Cuqaşvili (gürc. იაკობ ჯუღაშვილი; rus. Яков Джугашвили; 18 mart 1907[1], Baci (Gürcüstan), Kutaisi quberniyası, Rusiya imperiyası14 aprel 1943[1][2], Zaksenhauzen həbs düşərgəsi, Üçüncü Reyx) — İosif Stalinin dörd övladından biri. Yakov Çuqaşvili, Stalinin ilk həyat yoldaşı Yekaterina Svanidzedən olan ilk övladıdır. Qızıl Orduda göstərdiyi xidmət nəticəsində Baş leytenant vəzifəsinə qədər yüksəlmişdir. İkinci dünya müharibəsinin başlamasından sonra döyüş bölgəsinə getmiş və burada topçu olaraq döyüşmüşdür. 1941-ci ilin yay aylarında baş vermiş Smolensk müharibəsi zamanı Yakov almanlara əsir düşür. Berlin şəhəri yaxınlığında yerləşən Zaksenhauzen həbs düşərgəsinə gətirilən Yakov Cuqaşvili düşərgədən qaçmaq istəyərkən elektirik tellərinə toxunaraq həlak olmuşdur.

Nasistlər tərəfindən hazırlanmış təbliğat posteri; Qanınızı Stalin üçün tökməyin! O çoxdan Samaraya qaçıb. Doğma oğlu təslim oldu! Stalinin oğlu belə təslim olandan sonra sizin onun yolunda həlak olmanıza ehtiyac yoxdur.

Yakov Cuqaşvili 1907-ci ilin 18 mart tarixində Gürcüstanın Kutaisi şəhəri yaxınlığında yerləşən Borji kəndində anadan olmuşdur. 14 yaşına qədər Tbilisidə xalasını himayəsində qalır. 1921-ci ildə əmisi Aleksandr Svanidze Yakova Moskvaya gedib ali təhsil alması barədə məsləhət verir. Moskvaya getməmişdən əvvəl Yakov sadəcə gürcü dilini bilirdi, ancaq orada olduğu müddət ərzində rus dilini də mükəmməl formada mənimsəmişdir. Yakov atası Stalin ilə çox az zaman keçirmişdir. Yakovun ögey anası Nadejda Aliluyevanın xatirələrinə görə: Bir gün Moskvada yerləşən evlərindən bir qızın ağlayaraq çıxdığını müşahidə edir. Nadejda evə girdikdə, Yakovu otağında sıxıntılı vəziyyətdə oturduğunu görür. Sonradan məlum olur ki, həmin qız Yakovun yəhudi nişanlısıdır və nişanlaması barədə xəbəri atasına dedikdə Stalin bərk əsəbləşmişdir.

Stalin həyat yoldaşı ilə birlikdə otaqlarında Yakovun nişanlanması məsələsini müzakirə edərkən, Yakovun otağından silah səsi eşidilir. Yakov Cuqaşvili özünə qəsdə cəhd etmişdir. Nadejda Aliluyeva Yakovun yarası ilə maraqlanıb həkim çağırmağa gedəkən Stalinin oğlu barədə Düzzəməli atəş belə aça bilmir ifadəsini işlətdiyi iddia olunur.[3] Yakov Odessadan olan yəhudi rəqqas Yuliya Meltzer ilə evlənir. Yuliya ilə ziyafətlərin birində tanış olan Yakov, Yuliyaya birinci həyat yoldaşı Nikolay Bessarabdan boşanmasına köməklik edir; Nikolay Bessarab sonradan həbs edilərək öldürülür.

İkinci dünya müharibəsinin başlamasından sonra döyüş bölgəsinə yollanan Yakov burada topçu birliyində döyüşməyə başlayır. 1941-ci ilin yay aylarında baş vermiş Smolensk müharibəsində SSRİ-nin məğlub olmasının ardından əsir düşür. Əsir Yakov Berlin şəhəri yaxınlığında yerləşən Zaksenhauzen həbs düşərgəsinə gətirilir. Almanlar Yakovu Stalinqrad döyüşü zamanı sovet ordusuna əsir düşmüş Feldmarşal Fredrik Paulus ilə dəyişdirmək istəyirlər.[4] Mənbələrdə Stalinin bu təklifə müxtəlif cavablar verdiyi göstərilmişdir. Həmin cavablardan ən məşhuru: Bir feldmarşalı leytenanta dəyişmərəm cavabıdır. Digər bir cavab kimi isə əlində təkcə Yakov yox onun kimi milyonlarla oğlum var. Ya onlarıda Yakov ilə birlikdə azad edərsiniz, yada oğlum onlarla eyni taleni paylaşar.[5]

Təsdiqlənməmiş digər bir iddiaya görə Adolf Hitler sovet əsirliyində olan bacısı oğlu Leo Raubalı Yakov ilə dəyişdirmək istəmiş, ancaq bu təklif də Stalin tərəfdinən rədd edilmişdir. Yakov Cuqaşvili Zaksenhauzen həbs düşərgəsində saxlanılan zaman həbs düşərgəsindən qaçmaq istəyərkən elektrik tellərinə toxunaraq həlak olmuşdur.

  1. 1 2 3 4 Bibliothèque nationale de France Âkov Iosifovič Džugašvili // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Jakob Dschugaschwili // Munzinger Personen (alm.).
  3. Hartston, William. Encyclopedia of Useless Information. Naperville, Illinous: Sourcebooks, Inc. 2007. 350.
  4. Helen, Rappaport, Joseph Stalin:A Biographical Companion, ABC-CLIO Ltd, 2000 ISBN 978-1576072080 s.72 [1] Arxivləşdirilib 2010-12-20 at the Wayback Machine
  5. "Historical Notes: The Death of Stalin's Son". 2022-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-09.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]