Alxanlı (Füzuli) — Vikipediya
Alxanlı | |
---|---|
39°36′00″ şm. e. 47°23′12″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 228 m |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ1913[1] |
Alxanlı — Azərbaycan Respublikasının Füzuli rayonunun Alxanlı kənd inzibati ərazi dairəsində kənd.[2]
Tarixi
[redaktə | vikimətni redaktə et]Kənd XVIII əsrin ortalarında Qarabağ xanı Pənahəli xanın Naxçıvandan köçürüb gətirdiyi əhalinin məskunlaşmasından yaranmışdır. Alıkan Naxçıvanda Kəngər elinin qollarından biridir. Bu qolun adı isə erkən orta əsrlərdə Cənub-şərqi Avropa və Şimali Qafqaz çöllərində yaşamış qədim türkmənşəli xəzərlərin Alıxan tayfasının adıdır.
1993-cü ilin avqust ayından 1994-cü ilin yanvar ayınadək erməni işğalçılarının zəbti altında olan Füzuli rayonunun Alxanlı kəndi işğaldan azad edildikdən sonra uzun müddət baxımsız qalıb. Çünki ermənilər həmin yaşayış məntəqəsindəki bütün evləri və obyektləri talan edərək viran qoymuşdu.
1999-cu il bələdiyyələrin təsis edilməsi zamanı ayrıca Alxanlı bələdiyyəsi təşkil edilib, onun ilk Nizamnaməsi 2000-ci ildə, yenisi isə 28.08.2020-ci il tarixində qəbul edilmişdir[3].
Alxanlı Bələdiyyəsi 2000-ci ildə “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında” Əsasnaməyə[4] uyğun olaraq yaradılmış Füzuli rayonu üzrə Bələdiyyələrin Əlaqələndirmə Şurasının üzvülüyünə qəbul edilib.
03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə[5] uyğun olaraq, Alxanlı Bələdiyyəsi Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olmuşdur.
2020-ci ildən Füzuli RİH-in və aidiyyəti qurumların maliyyə yardımı ilə adıçəkilən kənddəki dağıdılmış evlərin bərpasına başlanılıb. Bu günədək dövlət büdcəsi hesabına 300 ev bərpa olunub, 176 evin tam bərpasına və 96 evin bir hissəsinin təmirinə sifariş verilib. Məlumatda həmçinin qeyd olunub ki, işğaldan əvvəl Alxanlıda yaşayan 712 ailədən 582-si artıq doğma ata-baba yurdlarına qayıdıblar. Dağılmış evlərin bərpasından sonra yerdə qalan digər ailələrin də kəndə qayıdacağı gözlənilir.
Alxanlı bələdiyyəsi
[redaktə | vikimətni redaktə et]"Bələdiyyə əraziləri tə torpaqları haqqında" Qanuna əsasən Alxanlı kəndi Alxanlı Bələdiyyəsinin (vergi kodu: 7501, statistika kodu: 60624007[6]) mərkəzidir. Həmin Bələdiyyənin ərazi hüquqlarına yalnız Alxanlı kənd inzibati ərazi dairəsində yerləşən Alxanlı kəndi mövcuddur.
Alxanlı Bələdiyyəsi “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında Əsasnaməyə”[7] uyğun olaraq yaradılmış Füzuli rayonu üzrə Bələdiyyələrin Əlaqələndirmə Şurasının üzvüdür.
"Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə[8] uyğun olaraq, Alxanlı Bələdiyyəsi Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvüdür.
Toponimikası
[redaktə | vikimətni redaktə et]Alxanlı oyk, düz. Köndələnçayın sol sahilində, Mil düzündədir. Tədqiqatçıların əksəriyyəti bu oykonimi alıxanlı etnonimi ilə əlaqələndirir və belə bir məlumata istinad edirlər ki, kəndi XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın Naxçıvandan Qarabağa köçürdüyü kəngərlilərin alıxanlı tirəsi salmışdır. Lakin nəzərə almaq lazımdırki, alxan sözü Azərbaycan dilinin qərb qrupu dialektlərində "köndələn qazılmış xəndək yeri" deməkdir. Kəndin Köndələn çayının sahilində yerləşdiyini nəzərə alsaq, bu oykonimi "Köndələnçayın axdığı kənd" kimi izah etmək olar. Çeçenistanda XVIII əsrlərdə alanların yaşayış məskəni olan Alxanqala yer adı və Alxançurt dağ adı da "köndələn" mənasında izah olunur.[9]
Əhalisi
[redaktə | vikimətni redaktə et]Hal-hazırda əhalinin sayı kənddə 2100 nəfər təşkil edir. Kəndin əhalisi tamamilə azərbaycanlılardan ibarətdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2914 nəfər əhali yaşayır.[10]
İqtisadiyyatı
[redaktə | vikimətni redaktə et]Azərbaycanda yerləşən bir çox kəndlər kimi Alxanlı kəndinin də əhalisi əsasən əkinçiliklə məşğul olur. Lakin kəndin ərazisinin cəbhə xəttinin bir neçə yüz metrliyində yerləşməsi həmin ərazilərdə təsərrüfat işlərinin görülməsinə mane olur. Belə ki, Ermənistan hərbçiləri dinc sakinləri mütəmadi olaraq atəş altında saxlayır. Alxanlı kəndinin ərazisində 5 min hektardan əkin üçün yararlı torpaq sahəsi olsa da, bu əkin sahələrinin cəmi 2 min hektarından kənd sakinləri istifadə edirlər. Ermənilər 2006-cı ildən etibarən kəndə gələn su kanallarının qarşısını kəsdiyi üçün sakinlər əkinçiliyi yalnız dəmyə üsuslu ilə aparırlar. Ancaq vəziyyətdən çıxış yolu kimi ərazidə bir neçə su artezian quyusu qazılıb. Lakin bu su quyuları azlıq təşkil edir.
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ http://www.azerpost.az/?options=content&id=188.
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-05.
- ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-11-01.
- ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2024-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-05.
- ↑ BƏLƏDİYYƏLƏRİN STATİSTİK ƏRAZİ TƏSNİFATI 2015, Dövlət Statistika Komitəsi. (PDF) https://www.stat.gov.az/menu/5/source/Municipal_classifications.pdf (#bare_url_missing_title). 2022-03-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-11-05.
- ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-11-04.
- ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2024-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-04.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629