Yal Pirəhmədli — Vikipediya

Yal Pirəhmədli
39°31′41″ şm. e. 47°08′41″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Füzuli rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Yal Pirəhmədli xəritədə
Yal Pirəhmədli
Yal Pirəhmədli

Yal PirəhmədliAzərbaycan Respublikasının Füzuli rayonunun Dədəli kənd inzibati ərazi dairəsində kənd.[1] Yal Pirəhmədli kəndi Füzuli rayonunda, Qarabağ silsiləsinin ətəyində yerləşir. Kənd rayon mərkəzindən 9 km məsafədədir. Əhalisi əsasən üzümçülük və heyvandarlıqla məşğul olurdu. Kənddə məktəb, klub və s. vardı. Bu yaşayış məntəqəsi 1993-cü ilin avqustunda ermənilər tərəfindən işğal olunub. 2020-ci il noyabr ayının 9-u Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[2].

Yal Pirəhmədli toponimi yal coğrafi terminindən və pirəhmədli etnonimindən ibarətdir. Pirəhmədli həmin kənddə məskunlaşmış nəslin adıdır. Kənd dağın yalında yerləşdiyi üçün Yal Pirəhmədli adlanır. Kəndin adı "Yalda yerləşən Pirəhmədli kəndi" mənasını daşıyır. Deyilənlərə görə, əvvəllər bu ərazilərdə Pirəhmədli adlı kəndlər olduğu üçün onları bir-birindən fərqləndirmək məqsədilə dağın yalında yerləşən yal müsbət relyef forması bildirən coğrafi termini üçün də fərqləndirici əlamət ifadə edir. Yerli məlumata görə, kəndin 300 ilə yaxın yaşı var. Yaşayış məntəqəsi Xırdapara-Dizaq mahalının tabeliyində olub, onun baş kəndi (mərkəzi) hesab olunan Pirəhmədli kəndindən ayrılıb. Mahalın naibi bu kənddə otururdu. Yalpirəhmədli kəndinin adı bəzi sənədlərdə Yal Pirəhmədli şəklində də Yazılır. Kəndin mollahəsənli, hacıməmmədli, seyidli, seyidməmmədli və s. adlı tayfaları vardır.

Qarabağ silsiləsinin ətəyindədir. Oykonim yal (coğrafi termin) və Pirəhmədli (etnotoponim) komponentlərindən düzəlib, "yalda yərləşən Pirahmədli kəndi" mənasındadır. R-nun ərazisində Pirəhmadli adlı başqa bir kənd da var. Pirəhmədli kəngərlilərin bir qolunun adıdır.[3]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıqheyvandarlıq olub.

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. "Daha 23 kənd işğaldan azad edildi". report.az (az.). 9 noktyabr 2020. 2020-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 noyabr 2020.
  3. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427