Amaliya Pənahova — Vikipediya

Amaliya Pənahova
Doğum tarixi 15 iyun 1945(1945-06-15)
Doğum yeri
Vəfat tarixi 8 noyabr 2018(2018-11-08)[1] (73 yaşında)
Vəfat yeri
Vəfat səbəbi xərçəng xəstəliyi[2]
Dəfn yeri
Həyat yoldaşı
Uşağı
Fəaliyyəti aktrisa, deputat, kinorejissor, teatr rejissoru
Fəaliyyət illəri 1964-cü ildən
Təhsili
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1985 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1974 Azərbaycan SSR Dövlət mükafatı — 1972 Azərbaycan LKGİ mükafatı — 1968 Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu — 2015
"Şərəf" ordeni — 2013 "Şöhrət" ordeni — 1995
IMDb ID0659078

Amaliya Əliş qızı Pənahova (15 iyun 1945, Kirovabad8 noyabr 2018[1], Bakı[1]) — Azərbaycanın teatrkino aktrisası, televiziya rejissoru, Azərbaycan SSR xalq artisti (1985), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972), sənətşünaslıq doktoru (2013), professor, 2000–2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili, Bakı Bələdiyyə teatrının bədii rəhbəri və direktoru, Avropanın əməkdar elm və mədəniyyət xadimi.

Amaliya Pənahova 1945-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1966-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu ixtisasını bitirmişdir.

1964-cü ildən ömrünün sonunadək teatrkino sahəsində beş yüzdən artıq obraz yaratmışdır.[3] Onlardan Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi rolları qeyd etmək olar.

1968-ci və 1972-ci illərdə Azərbaycan Lenin KomsomoluAzərbaycan SSR Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür. Teatrkino sənətinin inkişafındakı böyük xidmətlərinə görə ona 1974-cü ildə Azərbaycan SSR əməkdar artisti, 1985-ci ildə isə Azərbaycan SSR xalq artisti fəxri adı verilmişdir.

1982-ci ildə ilin aktrisası elan edilmiş, 1998-ci ildə isə türk dünyasının birinci kino festivalında türk dünyasının altı populyar aktyoru sırasında adı qeyd olunmuşdur.

Aktrisa həmçinin bacarıqlı rejissor kimi də özünü sınamışdır. 43 illik sənət fəaliyyəti dövründə 12 televiziya və teatr tamaşasına quruluş vermişdir ki, bunların çoxu lentə alınıb, hazırda televiziyanın Qızıl fondunda saxlanılır. Bunlardan İ. Əfəndiyevin "Mənim günahım", M. Muradın "Təkan", M. Qurbanovun "Sənsiz", O. Altunbayın "Tomris", A. Məmmədovun "Dəli Domrul" və s. xüsusi qeyd etmək olar.

1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaratmış və bu teatra orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb etmiş və onların yaradıcılıq qabiliyyətinin inkişafı üçün hər cür lazımi şərait yaratmışdır. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə dərs demək üçün dəvət olunmuşdur və universitetin professorudur. Dərs dediyi tələbələrin əksəriyyəti Bakı Bələdiyyə Teatrında onunla birgə çalışmışdırlar.

Amaliya Pənahova prezident təqaüdçüsü olmuşdur. 2000–2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili, sosial-siyasət daimi komissiyasının üzvü, MDB Parlamentlərarası Mədəniyyət, İnformasiya, Turizm, İdman daimi Komissiyasının sədri, İtaliya-Azərbaycan Parlamentlərin işçi qrupunun sədri olmuşdur.

2013-cü ildə "Obrazın yaranma prosesində aktyor yaradıcılığında ikinci planın təcəssüm vasitələri" mövzusunda doktorluq işini müdafiə edərək sənətşünaslıq elmləri doktoru elmi adını almışdır.

17 iyun 2015-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilmişdir.[4]

Bir müddət xərçəng xəstəliyindən əziyyət çəkən Amaliya Pənahova 8 noyabr 2018-ci ildə Bakıda[5] vəfat etmişdir.[6]

Amaliya Pənahovanın Ümumşəhər qəbiristanlığındakı məzarı

Aktyor Yusif Muxtarovun həyat yoldaşı olmuşdur.

Oğlu İlqar Muxtarov Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiridir. 14 aprel 2009-cu ildən 27 yanvar 2016-cı ilədək[7] Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında və eyni zamanda Kosta Rika Respublikasında, Qvatemala Respublikasında, Kolumbiya Respublikasında, Panama Respublikasında, Peru RespublikasındaHonduras Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb[8].

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]
Filmin adı İl Aktrisa Film səsləndirən Rejissor İştirak edən Filmin növü
Əhməd haradadır? 1963 Məsmə Tammetrajlı bədii film
Cazibə qüvvəsi 1964 idmançı Tammetrajlı bədii film
İstintaq davam edir 1966 Tatyana Ostapenko (Lyudmila Şlyaxtur) Tammetrajlı bədii film
Sən niyə susursan? 1966 uşaqlı qadın Tammetrajlı bədii film
Qanun naminə 1968 Balış (K. Sədiyeva) Tammetrajlı bədii film
Bizim Cəbiş müəllim 1969 Tanya (Svetlana Morşinina) Tammetrajlı bədii film
O qızı tapın 1970 Xalidə (Səfurə İbrahimova) Tammetrajlı bədii film
Ən vacib müsahibə 1971 zoopark müdiri Tammetrajlı bədii film
Gün keçdi 1971 Əsmər (Leyla Şıxlinskaya) Tammetrajlı bədii film
Həyat bizi sınayır[11] 1972 Münəvvər Tammetrajlı bədii film
Xatirələr sahili 1972 Xalidə Tammetrajlı bədii film
Var olun, qızlar… 1972 Sona (Yelena Çuxray) Tammetrajlı bədii film
Bizim küçənin oğlanları 1973 Elmira (Sədaqət Dadaşova) Tammetrajlı bədii film
Cırtdanın yeni sərgüzəşti 1973 Simurq quşu Qısametrajlı cizgi filmi
Səmt küləyi 1973 Xədicə Tammetrajlı bədii film
Şahzadə-qara qızıl 1974 ✅Y Qısametrajlı cizgi filmi
Dədə Qorqud 1975 Selcan (İnarə Quliyeva) Tammetrajlı bədii film
Alma almaya bənzər 1975 Aişə (İnarə Quliyeva) Tammetrajlı bədii film
Mezozoy əhvalatı 1976 Nərminə Tammetrajlı bədii film
Ürək… Ürək… 1976 Lalə (Almaz Əsgərova) Tammetrajlı bədii film
Qərib cinlər diyarında 1977 Zərri Tammetrajlı bədii film
Arxadan vurulan zərbə 1977 Ziba Tammetrajlı bədii film
Bir ailəlik bağ evi 1978 Eldarın bacısı Tammetrajlı bədii film
Fənd 1978 Müdirə (İnarə Quliyeva) Qısametrajlı bədii "Mozalan" süjeti
Babək 1979 Zərnisə Tammetrajlı bədii film
Qəribə adam 1979 Fəridə Tammetrajlı bədii film
Mən mahnı qoşuram 1979 Sonanın anası Tammetrajlı bədii film
Gözlə məni 1980 Fəxrəndə Tammetrajlı bədii film
Qızıl uçurum 1980 Ağbəniz (Yelena Qabets) Tammetrajlı bədii film
Ömrün yolları 1982 Məryəm Tammetrajlı televiziya tamaşası
Salam, Zeynəb! 1982 ✅Y Qısametrajlı sənədli-bədii televiziya film-konserti
Musiqi müəllimi 1983 riyaziyyat müəlliməsi Tammetrajlı bədii film
Topal Teymur 1983 Olqa Tammetrajlı televiziya tamaşası
Qapalı orbit 1984 Marqret Tammetrajlı televiziya tamaşası
Mənim günahım 1985 Nurcahan ✅Y Tammetrajlı televiziya film-tamaşası
Təkan 1987 Televiziya tamaşası
Bircəciyim 1986 Zabitə Tammetrajlı bədii film
Lətifə 1989 Xəlilova (Xuraman Hacıyeva) Tammetrajlı bədii film
Sənsiz 1989 ✅Y ✅Y Tammetrajlı televiziya film-tamaşası
Mənim ağ şəhərim 1993 Muradovun arvadı Tammetrajlı bədii film
Min birinci söz 1997 ✅Y Qısametrajlı sənədli-bədii televiziya filmi
Sən həmişə bizimləsən 1998 ✅Y Qısametrajlı sənədli film
Tikdim ki, izim qala. III film 1998 ✅Y Tammetrajlı sənədli televiziya filmi
Bizim qəribə taleyimiz 2005 ✅Y Qısametrajlı sənədli-bədii televiziya filmi
Nəfəs 2007 Ağabəyim Qısametrajlı bədii film
Ənvər Həsənov. Yeddi oğuldan biri 2007 ✅Y Televiziya verilişi
Acılar bitməz 2009 Məlahət Tammetrajlı bədii film
Cavad xan 2009 knyaginya Darya Tammetrajlı bədii film
Yasmin 2013 Aynur Teleserial
  1. 1 2 3 4 https://1news.az/news/umerla-narodnaya-artistka-amaliya-panahova-foto (rus.).
  2. https://oxu.az/showbiz/283132.
  3. Lider TV. "Xalq artisti Amaliya Pənahovanın doğum günüdür" (az.). Youtube.com. 15.06.2017. 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-17.
  4. "Prezident Amaliya Pənahova ilə bağlı sərəncam verdi". 2015-09-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-04.
  5. Real TV. "Amaliya Pənahova dünyasını dəyişib" (az.). Youtube.com. 08.11.2018. 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-08.
  6. "Amaliya Pənahova vəfat etdi". oxu.az. 8 noyabr 2018. 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2018.
  7. "İ.Y.Muxtarovun [[Azərbaycanın Meksika səfirliyi|Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatları]]nda və eyni zamanda Kosta Rika Respublikasında, Qvatemala Respublikasında, Kolumbiya Respublikasında, Panama Respublikasında, Peru Respublikasında və Honduras Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-28.
  8. "Geri çağırılan səfir xalq artistinin oğlu imiş". lent.az (az.). 2016-01-27. 2016-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-28.
  9. Ədəbiyyat, incəsənət və arxitektura sahəsində 1972-ci il Azərbaycan SSR Dövlət mükafatlarının verilməsi haqqında Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin 1972-ci il tarixli Qərarı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machineanl.az saytı
  10. A.Ə.Pənahovanın "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1995-ci il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machineanl.az saytı
  11. "Aydın Dadaşov. "Bizim kino". Şamil Mahmudbəyovun "Həyat bizi sınayır" filmi haqqında. 9 yanvar 2016-cı il". 2018-02-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-06-25.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 53.
  • Abdullayeva, S. Amaliya Pənahova üçün yubiley gecəsi: [Heydər Əliyev Sarayında] //525-ci qəzet.- 2015.- 7 iyul.- S.6; Mədəniyyət.- 2015.- 3 iyul.- S. 2.
  • Nizamiqızı, H. "Amaliya Pənahovanın sevgi etirafı"ndan məqamlar [Xalq artistinin Heydər Əliyev Sarayında keçirilən 70 illik yibiley gecəsi haqqında] //Mədəniyyət.- 2015.- 8 iyul.- S.8.
  • Nizamiqızı, H. İllərə qalib qadın: [Xalq artisti Amaliya Pənahova haqqında] //Mədəniyyət.- 2015.- 1 iyul.- səh. 11.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]