Antalya ili — Vikipediya

İl
Antalya ili
türk. Antalya

37°10′54″ şm. e. 30°56′00″ ş. u.HGYO


Ölkə Türkiyə
İnzibati mərkəz Antalya
Vali Ələddin Yüksəl
Tarixi və coğrafiyası
Sahəsi 20 599 km² (6-cı yer)
Saat qurşağı UTC+2, yayda UTC+3
Əhalisi
Əhalisi 1 719 751 nəfər (2009) (8-ci yer)
Əhalinin sıxlığı 83,49 nəfər/km² (8-ci yer)
Rəqəmsal identifikatorlar
ISO kodu TR-07
Telefon kodu +90 242
Poçt indeksi 07000–07999
Avtomobil nömrəsi 07
Rəsmi sayt
Antalya ili xəritədə
Antalya ili xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


AntalyaTürkiyənin vilayəti. Turizm potansialı zəngin vilayətdir. Rusiyalı turistləri daha çox cəlb edir.

Antalya Türkiyənin cənubunda dəniz səviyyəsindən 30 m yüksəklikdə, eyni adlı körfəzdə yerləşən kurort şəhəridir. O, aypara formasındadır. Ölkənin ikinci paytaxtı hesab olunur. Şəhəri hər tərəfdən Taurus dağı əhatə edir. Gözəl çimərlikləri ilə seçilir. Ərazisi 1,4 min kvadrat kilometrdir. Əhalisi 677 min nəfərdir. Yay aylarında gələn turistlərin hesabına isə bu rəqəm 2 milyona çatır. Hazırda qədim və yeni olmaqla iki hissəyə ayrılıb. Ərazisində Aralıq dəniz iqlimi hakimdir. Yayı isti və quru, qışı yağışlı keçir. Nəmlilik 64%, suyun orta temperaturu isə + 21,5 dərəcədir. Onu da nəzərə alın ki, Türkiyənin Aralıq dənizi sahilləri ekoloji baxımdan ən təmiz ərazilər hesab edilir. Günəşli günlərin miqdarı 300-dən çoxdur. Şəhər arxitektura və tarixi abidələri ilə məşhurdur. Onu hər tərəfdən Taurus dağı əhatə edir. Aralıq dənizinin ən məşhur və 6,5 km uzunluğu olan Konyaaltı çimərliyi məhz buradadır.Yağıntıların illik miqdarı 1600 mm-ə bərabərdir. Çimərlik mövsümü mart ayından noyabrın axırına kimi davam edir. Pul vahidi yeni türk lirəsidir.

Görməli yerlər

[redaktə | mənbəni redaktə et]

Turist axınının daha çox qeydə alındığı məkan Qalayçi, yəni qədim şəhərdir. Antalyanın diqqətəlayiq yerlərinin əksəriyyəti də demək olar ki, bu ərazidə yerləşir. Liman hissə 1988-ci ildə tamamilə bərpa olunub. Buradakı evlərin çoxu mehmanxana və restoranlara çevrilib. Yivli minarəsi isə Antalyanın simvolu hesab olunur. 39 metr hündürlüyə malik abidə 1230-cu ildə sultan Ələddin Keyqubad tərəfindən inşa edilib. Abidə məhz arxitekturasına görə Yivli adlandırılır. Bu sözün mənası isə kələ-kötür deməkdir. Əsası XIX əsrdə qoyulan Saat Qülləsi, Xıdırlıq qalası, Adrianın qapıları, Atatürk və Mərmərli parkları da hamının sevimli istirahət yerləridir. Antalyanın şimal-qərbində yerləşən və Makedoniyalı İsgəndərin fəth edə bilmədiyi Termessos şəhəri diqqətəlayiq məkanlardandır. Türkiyənin ən zəngin müzeylərindən biri də məhz Antalyadadır. Burada Osmanlı imperiyasına qədərki dövrün tapıntıları, romalılara aid heykəllərlə işlənmiş sarkofaqlar və s. vardır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]