Argentina milli futbol komandası — Vikipediya

Argentina milli futbol komandası
LəqəbiLa Albiceleste
AssosiasiyaAFA
KonfederasiyaCONMEBOL (Cənubi Amerika)
Baş məşqçiVakant
KapitanVakant
Ən çox oyun keçirənLionel Messi (156)
Ən çox qol vuranLionel Messi (80)
StadionEl Monumental
FİFA koduARG
FİFA reytinqi 1
Ən yüksək FİFA reytinqi1 (Mart 2007, Oktyabr-İyun 2007, İyul-Oktyabr 2015, Aprel-May 2016)
Ən aşağı FİFA reytinqi24 (Avqust 1996)
Elo reytinqi2
Ən yüksək Elo reytinqi1 (İyun 2015, May 2016)
Ən aşağı Elo reytinqi28 (İyun 1990)
Ev forması
Səfər forması
İlk beynəlxalq oyunu
 Uruqvay 2–3  Argentina
(Montevideo, Uruqvay; May 16, 1901)
Ən böyükhesablı qələbəsi
 Argentina 4:0  Ekvador
(Montevideo, Uruqvay; 22 yanvar 1942)
Ən böyükhesablı məğlubiyyəti
 Argentina 0:5  Uruqvay
(Guayakil, Ekvador; 16 dekabr 1959)
 Argentina 0:5  Kolumbiya
(Buenos-Ayres, Argentina; 5 sentyabr 1993)
 Boliviya 6:1  Argentina
(La Pas, Boliviya; 1 aprel 2009)
Dünya Kuboku
İştirak16 (İlk dəfə: 1930)
Ən yaxşı nəticəÇempion 1978, 1986, 2022
Kopa Amerika
İştirak39 (İlk dəfə: 1916)
Ən yaxşı nəticəÇempion, 1921, 1925, 1927, 1929, 1937, 1941, 1945, 1946, 1947, 1955, 1957, 1959, 1991, 1993, 2021
Konfederasiyalar Kuboku
İştirak3 (İlk dəfə: 1992)
Ən yaxşı nəticəÇempion 1992

Argentina milli futbol komandası (isp. Selección de fútbol de Argentina) — Argentinanı beynəlxalq oyunlarda və turnirlərdə təmsil edən futbol komandası. Argentina Futbol Assosiasiyası tərəfindən yönədilir. Ev oyunlarını El Monumental stadionunda keçirir. Hazırkı dünya çempionu.

Dünya çempionatında Argentina ilk dəfə finalda 1930-cu ildə Uruqvaya 4-2 məğlub oldu. Növbəti final 1978-ci ildə, Argentina 3-1 əlavə vaxtda Hollandiyanı məğlub edərək bu dəfə dünya çempionu oldular. Növbəti titulunu isə Argentina Diego Maradona başçılığıyla 1986-ci ildə Qərbi Almaniya üzərində 3-2 qalib gələrək qazandı. Lakin 1990-ci ildə Dünya Kuboku finalında Qərbi Almaniya Brehmenin 87-ci dəqiqədəki penaltisiylə qalib gəldi. Argentina yenə Almaniyaya 2014-cü ildə 1-0 məğlub oldular. Bu Argentinanın Dünya çempiontlarının finalında beşinci görüşü idi. Bununla yanaşı Argentina həm də Copa Amerika turnirində 14 dəfə qalib gəlib. Və həm də FİFA Konfederasiyalar Kuboku 19922004 Afina, və 2008 Pekin qızıl medallarına yiyələnib. Argentina futbol tarixi boyu Braziliya, Uruqvay, İngiltərəAlmaniya ilə rəqabətdə olaraq tanınır. Ən böyük ulduzlarından biri isə Lionel Messidir.

1930-cu ildə keçirilən ilk mundiala favoritlərdən biri kimi yollanan albiselesta yalnız həlledici qarşılaşmada uduzub, gümüş medala sahib oldu. Meydan sahibləri Uruqvaya məğlubiyyət kuryoz hadisə ilə müşayiət olundu. İndikindən fərqli, hər yığmanın özü ilə top gətirdiyi çempionatın həlledici görüşü mübahisəyə səbəb oldu. Argentinalılar onların, uruqvaylılar isə özlərinin topu ilə oynamaq istəyirdi. Hakim hər 45 dəqiqənin bir topla oynanılmasına qərar verdi. Albiselesta ilk yarıda öz topu ilə 2:1-lik qələbə qazansa da, fasilədən sonra Uruqvayda hazırlanan top işə düşdü. Meydan sahibləri 3 dəfə fərqlənib 4:2 hesabı ilə qalib gəldi. Bir qolu olmayan Kastro da bu qarşılaşmada qol sevinci yaşadı. Argentinada isə polislə Uruqvay səfirliyini daşa basan fanatlar arasında böyük qalmaqal yaşandı.

Qətər 2022 Dünya Kubokunun qalibi, Fransanı penaltilərdə 4-2 məğlub edərək (3:3 et)

Ev

1901–1910
1911–1974
1975–
1980
1986
1990
1994
1998
1999
2002
2006
2008
2010
2011

Səfər

1958
1978
1994
1998
2002
2006
2008
2010
2011