Arzu Qeybulla — Vikipediya

Arzu Qeybulla
Arzu Qeybulla qızı Qeybullayeva
Arzu Qeybullayeva
Arzu Qeybullayeva
Doğum tarixi 1 avqust 1983(1983-08-01) (41 yaş)
Doğum yeri
Atası Qeybulla Qeybullayev
Milliyyəti azərbaycanlı[1]
Təhsili
Fəaliyyəti jurnalist, insan hüquqları fəalı
arzugeybulla.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Arzu Qeybulla (tam adıyla: Arzu Qeybulla qızı Qeybullayeva; d. 1 avqust 1983, Bakı) — Azərbaycan jurnalisti. Regional məsələlər üzrə təhlilçi, bloqçu və sosial media üzrə təlimçidir;[2] Münaqişələrin Transformasiyası üzrə "Imagine" mərkəzinin həmsədrlərindən biri, münaqişələrin həllində xalq diplomatiyası məsələləri ilə məşğuldur.[2]

Arzu Qeybullayeva 1 avqust 1983-cü ildə Bakıda doğulub.

1999–2000-ci illər arasında Amerikada FLEX proqramı ilə oxumuşdur.[3]

Ankara Bilkənt Universitetinin Beynəlxalq Əlaqələr fakültəsində təhsil alıb. 2005-ci ildə İngiltərənin London School of Economics (LSE) and Political Science Universitetindən Qlobal Siyasət üzrə magistr təhsili alıb. Milli Demokratiya İnstitutunun proqramında çalışıb.[4]

İstanbulda nəşr edilən "Aqos" qəzetində yazar olaraq çalışmışdır.[5]

Müxtəlif vaxtlarda Milli Demokratiya İnstitutunda, Berlində yerləşən Avrasiya Stabillik Təşəbbüsü Mərkəzində çalışıb.[2]

Arzu Qeybullayeva 2009-cu ildən Azərbaycan-Ermənistan arasında keçirilən kiçik miqyaslı proyektlərdə daha çox təlimçi kimi iştirak etmişdir. 2011-ci ildə isə "İmagine Center for Conflict Transformation" adında kiçik təşkilata qoşulmuşdur. Bu mərkəz 2007-ci ildə qurulub və münaqişələrin həlli üzərində çalışır. Eyni zamanda Türkiyə-Ermənistan, Gürcüstan-Abxaziya konfliktləri üzərində də işləyir. Çalışdığı mərkəzin məqsədi insanları bir araya gətirib, onlara fikir mübadiləsi şansı yaratmaqdır.[3]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Arzu Qeybullayeva professor Qeybulla Qeybullayevin qızıdır. 2010-cu ildə ailə qurduqdan sonra İstanbulda yaşamışdır və indi Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda yaşayır. Qardaşı Bakıda yaşayır.[3]

İngilis, türkrus dillərini bilir.[6]

  1. "Arzu Qeybullayeva: "Ölüm təhdidləri alacağımı gözləmirdim"". BBC Azərbaycanca Xidməti (az.). 26 November 2018. 3 June 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 June 2019.
  2. 1 2 3 "Arzu Qeybulla" (az.). azadfikir.org. 2016. 2014-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-28.
  3. 1 2 3 Gültəkin Ələsgər. "Erməni qəzetində işləyən azərbaycanlı jurnalist: "Burda mehriban komanda var" - MÜSAHİBƏ" (az.). modern.az. 27.03.2014. 2015-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-28.
  4. Kənan. "ƏRDOĞANIN MÜŞAVİRİ QƏZETİMİZƏ DANIŞDI" (az.). musavat.com. 13 Mart 2011 09:46. 2021-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23-03-2014.
  5. "The Future of the Global Order: The Challenges for Small Democratic Countries". Institute of International Relations Prague. 2019-11-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-28.
  6. "2014–2015 Fellows". Radio Free Europe/Radio Liberty. 2016-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-28.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]