Avropada separatçılıq — Vikipediya

Avropada separatçılıq — Avropada yerləşən seperatçı hərəkatların siyahısı. Avropanın hər bir dövlətində çoxlu xalqlar yaşamaqdadır. Lakin Avropada yaşayan bəzi xalqarın özlərinə aid dövləti yoxdur. Başqa dövlətlərin əsarəti altındadırlar. Bu xalqlar öz Mədəniyyəti, Tarixi, Dili, Musiqisi, Adət ənənəsi, Rəqsi, Ədəbiyyatı üzərində qurulmuş müstəqil dövlətdə yaşamaq istəyirlər. Bunlardan Bəziləri: Kataloniya, Şotlandiya, Şimali İrlandiya, Siciliya, Bask, Korsika, Padaniya və s.

Şotlandiya — Böyük Britaniya krallığına daxil olan tarixi və inzibati ərazi. Böyük Britaniyanın şimal hissəsində yerləşir. 1707-ci ildən bəri Böyük Britaniyadan asılı inzibati ərazidir. Şotlandiyanı müstəqillik referendumuna daşıyan ilk konkret addım, 1978-ildə Şotlandiya və Uels üçün ayrı-ayrı nəzərdə tutulan qanunlar çərçivəsində səlahiyyət verilməsi üçün, 1 mart 1979-cu ildə referendum təşkil olundu. Uels xalqının 79,7%-i yox, Şotlandiya xalqı 51,6%-i isə qanunvericilik aktlarının qəbul edilməsini dəstəkləmişdir. Ancaq, əlaqədar qanuna əlavə olunmuş olan bəli səslərinin 45%-i keçməsi səbəbiylə referendum nəticələrinə baxmayaraq səlahiyyət gerçəkləşmədi. Müstəqillik referendumuna ikinci əhəmiyyətli addım 1997-ci ildə olmuşdur. Bu referendum Şotlandiya və Uelsdə keçirildi. Şotlandiya xalqının 60,4% referendumda iştirak etdi. Qatılanların 74,3% Şotlandiyanın öz parlamenti olmasını dəstəklədi. Referendum nəticələrinə görə 12 may 1999-cu ildə 129 üzvü olan Şotlandiya Parlamenti quruldu. Şotlandiya 2014-cü ildə müstəqillik referendumu keçirdi. Referendum nəticələrinə görə 1,617,989 Böyük Britaniyadan ayrılmağa bəli, 2,001,926 nəfər isə xeyir cavabı verdi. Şotlandiya 2018 və 2019-cu illərdə daha iki referendum keçirməyi planlaşdırır.

Şimali İrlandiya

[redaktə | vikimətni redaktə et]

Şimali İrlandiya — Böyük Britaniya krallığına daxil olan tarixi və inzibati ərazi. Böyük Britaniyanın qərb hissəsində yerləşir.Böyük Britaniyadan asılı ölkə,region və ya vilayət kimi tanınır.Şimali İrlandiya XX əsrin 60-cı illərində vətandaş müharibəsi başlamışdır.Şimali İrlandiyada katoliklər ilə .Britaniyalı protestantlar arasında olan müharibədə 3,500-dən çox insanın həyatına son qoydu.Mülki müharibə "Yaxşı Cümə" və ya "Belfast" müqaviləsi ilə sona çatdı.Şimali İrlandiya Regional Hökümətinin baş katibi Martin McGuinness katolik milliyətçiləri tərəfindən dəstəklənən Şinn Feyn Partiyasının üzvü,Şimali İrlandiya və İrlandiyalı xalqları referenduma qoyulmasını istədi.McGuinness Böyük Britaniyanın Avropa İttifaqından ayrıldıqdan sonra Londonun Şimali İrlandiyanı artıq təmsil edə bilməyəcəyini müdafiə etdi.Şinn Feyn Partiyasının sədri Declan Kearney Birləşmiş Kralığdan ayrılma səylərini gücləndirəcəklərini açıqladı.Kearney Avropa Birliyi referendumunun nəticəsinin Birləşmiş İrlandiya mübarizəsinə yeni bir təkan verdiyini vurğuladı.Lakin Şimali İrlandiyada protestantlar Böyük Britaniyanın bir hissəsi olmaq istəyənlərdir.Şimali İrlandiya Regional Hökümətinin baş naziri Arlene Foster,McGuinness'in Böyük Britaniyadan ayrılma tələbini rədd etdi.

Kataloniya-İspaniyanın şimal şərq hissəsində yerləşir.İspaniyadan asılı muxtar vilayətdir.Kataloniya ilk dəfə 1932-ci ildə muxtariyyət statusu qazanır.1936-cı ildə İspaniyada vətəndaş müharibəsi başlayır.Diktator Frankonun silahlı qüvvələri 1939-cu ildə Barsalonaya daxil olaraq yerli Respubilkaçılara divan tutulur.Kataloniya 1979-cu ildə yenidən muxtariyyətə qovuşur.135 üzvü olan Kataloniya Parlamenti hər dörd illdən bir öz prezdentini seçir.Kataloniyanın özünə aid bayrağı,gerbi,futbol klubu var.Kataloniya prezidenti Carles Puigdemont 2017-ci illin oktiyabrın 1-də müstəqillik referendumu elan etdi.

Sicilya-Aralıq dənizində ən böyük adadır.İtalyadan asılı muxtar vilayətdir.Sicilya Müstəqillik Hərakatı (Movimento İndipendentista Siciliano MİS)1943-ci ildən 1951-ci ilədək Sicilyada aktiv olan Separatçı Sicilya siyasi partiyadır.

Korsika-Aralıq dənizinin şimal hissəsində yerləşir.Fransadan asılı adadır.Fransız inqilabından sonra,monarxiya altında sürgün edilmiş Korsikalı lider Paskal Paoli,azadlıq və demokratiya idoluna çevrildi.1789-cu ildə Milli Qurucu Məclis tərəfindən Parisə dəvət edilmiş və toplantının qarşısında qəhrəman olaraq qeyd olunmuşdur.Daha sonra general-leytinant rütbəsi verilmişdir.Korsikanın müstəqilliyini elan etdi.Korsika Parlamenti və Şurası yaradıldı.1796-cı ildə ada Fransız hökümətindən asılı oldu.

Padaniya-İtalyanın şimal hissəsində yerləşir.1997-ci ildə Lombardiyanın Mantua şəhərində Padanya Parlamenti qurulub.1998-ci ildə Padania futbol komandası yaradıldı və Miss Padanya gözəlik yarışması təşkil edildi.

Flandriya və Valloniya

[redaktə | vikimətni redaktə et]

Flandriya və Valloniya-Flandrya və Valloniya-Belçika kralığında yerləşir.Rəsmi dili Flamandca olan Flamanlar şimalda,rəsmi dili Fransız dili olan Vallonlar isə cənubda yaşayırlar.Flandriya və Valloniya ayrılaraq öz dövlətərini yaratmaq istəyirlər.