Kataloniya müstəqillik referendumu (2017) — Vikipediya

Kataloniya müstəqillik referendumu (2017)
Siz Kataloniyanın bir respublika olaraq müstəqil olmasını istəyirsinizmi?
Yer Kataloniya,  İspaniya
Tarix1 oktyabr 2017 (2017-10-01)
Nəticələr
Səslər %
Bəli 2.044.038 92,01%
Xeyr 177.547 7,99%
Düzgün səslər 2.221.585 97,17%
Xətalı və ya boş səslər 64.632 2,83%
Ümumi səslər: 2.286.217 100.00%
Qeydiyyatdan keçmiş seçici/iştirakçı 5.313.564 43,03%
Müvəqqəti nəticələr
Mənbə: Kataloniya Höküməti[1]

2017 Kataloniya müstəqillik referendumu və ya 1-OKataloniya (İspaniyada yerləşən muxtar vilayət) hökuməti tərəfindən 1 oktyabr 2017 tarixində keçirilən referendum.[2][3] Referendum, İspaniya hakimiyyəti tərəfindən qeyri-qanuni sayılır.[4][5][6]

Pireney yarımadasının qədim sakinləri iberlərlər olub, onları yalnız tədqiqatçılar keltlər, digərləri isə Şimali Afrikadan gələnlər hesab edirdilər. Sivilizasiya İberiyaya şərqdən gəlib və ilk olaraq Aralıq dənizinə təsir edib. Nəticədə Kataloniya adlanan bölgənin tarixi e.ə 575-ci ildə, yunanlar dəniz sahillərində Emporion müstəmləkəsi yaradan zaman başlayıb. Cənubda yerləşən müasir AlikanteKartaqena liman şəhərləri də həmin vaxtı yaranıb. İberləryunanlardan sonra karfagenlər meydana çıxıb.[7]

Kataloniyanın yaradılması

[redaktə | vikimətni redaktə et]

Əfsanəyə görə Barselonanın yaranması Heraklın adıyla bağlıdır. Əslində isə onun əsasını e.ə 237-ci ildə Karfagen sərkərdəsi Haminkar, Hannibalın atası qoyub. Haminkarı hamı Barka (azərb. İldırım sürəti‎) təxəllüsü ilə tanıyırdı. Bu təxəllüsü o, sürətli keçidlərinə görə almışdı. Ona sadiq olanlar yeni şəhəri guya onun şərəfinə Barsina adlandırmaq istədilər və o da buna qarşı çıxmadı. E.ə 218-201-ci illərdəki İkinci Pun müharibəsindən sonra Pireney yarımadası Roma İmperiyasının əyalətlərindən birinə çevrildi. Onun ən inkişaf edən şəhərləri isə TarraqonaBarselona idi. İberlər hakimiyyət dəyişikliyinə birmənalı yanaşmırdılar. Bəziləri karfagenləri zülmkar hesab etdikləri və Roma intizamını daha xeyirli hesab etdikləri üçün tez bir zamanda vəziyyətə uyğunlaşdılar. Digərləri isə başları üzərində hansısa hakimiyyəti arzu etmirdilər və dağlıq ərazilərdə 200 ilə yaxın müqavimət göstərdilər. V əsrdə xalqların böyük mühacirətindən və Qərbi Roma İmperiyasının dağılmasından sonra bu münbit ölkəyə müasir osetinlərin əcdadı olan vestqotlaralanlar gəldilər. Vestqotlar öz krallıqlarını Qotalaniya adlandırdılar və "Kataloniya" sözü də buradan götürülüb. Nəzəri olaraq bütün İspaniya Kataloniya adlana bilərdi, lakin burda "dovşanlar ölkəsi" (və ya dovşanlar sahili) mənasını verən karfagen sözü "i-şpanim" üstünlük təşkil edirdi. Roma coğrafiyaşünası Strabon "Hispania" latın sözünə uyğunlaşdırıldığını xatırladıb.[7]

Ayrılmağın başlanğıcı

[redaktə | vikimətni redaktə et]

711-ci ildə ərəblər Cəbəli-Tariq vasitəsilə keçərək iki il ərzində bütün Pireney yarımadasını, o cümlədən Kataloniyanı fəth etdilər. İspaniyanın mərkəzi və cənub hissəsi 700 il ərzində KordovaQranada xəlfələrinin və əmirlərinin nəzarətində olub, şimal-şərq hissəsi isə 100 il sonra franklar tərəfindən işğal olunmuşdu və bu günə qədər də orada şərqin yox, fransızların təsiri var. 798-ci ildə Böyük Karl öz tərəfdarı Sunifredi Barselona qrafı elan etdi. Onun hakimiyyəti altında Fransanın cənub hissəsi (Karkasson, Nim, Bez) də var idi. Radikal milliyyətçi kataloniyalılar Şərqi Pireneyin fransız departamentini "Şimali Kataloniya" adlandırırdılar. Xüsusilə, elmi açıqlaması olmasa da ispan dilinin fransız diliylə qarışığı adlandırılan katalan dili formalaşmağa başladı.[7]

III əsr müstəqilliyi

[redaktə | vikimətni redaktə et]

985-ci ildə məşhur Kordova xəlifəsi Abu Cəfər əl-Mansur (Almanzor) qısa müddət ərzində Barselonanı işğal etdi. Artıq 3 il sonra ərəblər o zamanlar yaxşı dövrləri olmayan Fransanın köməyi olmadan yenidən sürgün edildilər. Qraf II Borrel müstəqil dövlət üzərində hakimiyyətini elan etdi. Müstəqil Kataloniya tərəfdarlarının fikrincə, bu hadisə "Kataloniyanın doğulması"dır. 1164-cü ildə Barselona qraflığı sülaləsi vasitəsilə Araqon krallığının tərkibinə daxil oldu, hansı ki, XIII-XV əsrlərdə nəhəng dövlət idi və İspaniyanın əhəmiyyətli Aralıq dənizi sahilləri ilə yanaşı Neapol, Siciliya, SardiniyaMalyorkaya nəzarət edirdi. 1359-cu ildə Araqonda parlament mövcud idi və o dövrün standartlarına görə, o Avropadakı ən demokratik ölkələrdən biri hesab olunurdu. 1469-cu ildə gənc Araqon kralı II Ferdinand Kastiliya taxt-tacının yeganə varisi İzabella ilə evlənir. "Katolik monarxları" kimi məşhur olan ər-arvad bu günə qədər mövcud olan vahid İspaniya dövləti qurdular. Madridin nöqteyi nəzərindən xalqın əsrlik arzusunu yerinə yetirdilər. Lakin Barselonada hamı belə düşünmürdü. Ferdinandİzabella bir tərəfdən Kolumb ekspedisiyanın, digər tərəfdən yəhudilərəmüsəlmanlara qarşı təqiblərin və inkivizisayının qurulmasının dəstəyilə tarixdə iz qoydular.[7]

Vahid dövlət lap əvvəldən paritet prinsiplər əsasında qurulmamışdı. Burada söhbət faktiki olaraq iki eyni hüquqlu subyektlərin birləşməsindən deyil, Araqonun Kastiliyanın tərkibinə daxil olmasından gedirdi. Araqon krallığı rəsmi olaraq 1714-cü ilə qədər mövcud olub. İspan mirası uğrunda müharibə nəticəsində XIV Lüdovikin nəvəsi V Flipp İspaniya kralı olub. Bu günə qədər onun varisləri İspaniya taxt-tacına sahibdirlər. Araqonlularkatalanlar həmin müharibədə əsasən başqa namizədi Avstriyalı Karlı dəstəkləyirdilər və bəzi tarixçilərin fikrincə, buna görə ikinci sinif təbəqə sayılırdılar. 1869-cu ildə İspaniyada liberal konstitusiya qəbul edildi və Kataloniya müstəqilliyinin tərəfdarları rəsmən özlərini elan etməyi bacardılar. Bu ideya bəzən aktual, bəzən ikinci plana keçsə də unudulmadı. Xüsusilə, general Franko rejimi bu əhval-ruhiyyəni daha da gücləndirdi. İspan vilayətlərinin sakinlərinin bəzilərinin gözündə Madrid təzyiq, Kataloniyanın ayrılması isə azadlıq kimi səciyyələndirilirdi. Lakin ispan solçuları da separatizmi qəbul etmirdilər. 6 oktyabr 1934 tarixində Kataloniya parlamenti müstəqilliyə səs verdi, İspaniyanın respublikaçı hökuməti isə bunu xəyanət elan edərək həbslərlə cavab verdi. Buna baxmayaraq iki il sonra baş verən vətəndaş müharibəsində katalan milliyətçilər hərbi diktaturanın daha pis olduğunu düşünərək respublikaçıları dəstəklədilər. Onların lideri Luiz Kompanis Frankoçular tərəfindən güllələnib. XX əsrin əvvəllərindən mövcud olan Kataloniya muxtariyyatı ləğv edildi, dildən rəsmi sahələrdə istifadə olunması qadağan edildi. İspaniya 1979-cu ildə demokratiyaya keçid etdikdən sonra muxtariyyat bərpa edildi, Kataloniya dili isə rəsmi status aldı. 2006-cı ildə mərkəzi hökumət əhəmiyyətli dərəcədə yerli idarəetmə hüquqlarını genişləndirdi, Kataloniyaya vilayətlərdən yığılan bütün yerli vergiləri və mərkəzi vergilərin yarısını idarə etmək hüququ verdi. Bununla yanaşı Kataloniya vətəndaşları və siyasətçiləri bunun yetərli olmadığını dedilər. 2014-cü ildə vilayətdə qeyri-rəsmi təşkil olunan referendumda 5,4 milyon seçicidən 2,2 milyonu səsvermədə iştirak etdi. Səs verənlərin 80%-i müstəqilliyi dəstəklədi.[7][8]

Kataloniya hökumətinin referendumda üç rəsmi dili olan katalan, ispanoksitan dillərindən istifadə etdiyi seçki kağızı

Katalan hökuməti referendumun 1 oktyabr 2017 tarixində keçirilməsini planlaşdırıldığını elan etdi. Kataloniya Seçki Komissiyası referendumun keçirilməsinə nəzarət edirdi, ancaq 22 sentyabr 2017 tarixində ləğv edildi. Kampaniyanın 15 gün sürəcəyi açıqlanmışdı. 15 sentyabr 2017 tarixində saat 00:00-da başlayıb, 29 sentyabr 2017 tarixində saat 24:00-da isə bitəcəkdi.

Referendumun sualı "Siz Kataloniyanın bir respublika olaraq müstəqil olmasını istəyirsinizmi?" idi.

Seçki sualı
Azərbaycanca Siz Kataloniyanın bir respublika olaraq müstəqil olmasını istəyirsinizmi?
Katalanca kat. Voleu que Catalunya sigui un estat independent en forma de república?
İspanca isp. ¿Quiere que Cataluña sea un estado independiente en forma de república?
Oksitanca oks. Voletz que Catalonha vengue un estat independent en forma de republica?

Nəticə əvvəli reaksiyalar

[redaktə | vikimətni redaktə et]
Bask ölkəsində Kataloniyanı dəstəkləyən bir çox yığıncaqlardan biri (Sarauz)

İspaniya-daxili

[redaktə | vikimətni redaktə et]
  • Basklar ölkəsi: Regional parlament referenduma rəğbətini və dəstəyini göstərmiş və İspaniya hökumətinin mövqeyini tənqid etmişdir. Bask parlamenti, səsvermə və ya "demokratiyaya" qarşı törədilən tədbirləri pisləmişdir.[9] Sentyabr ayında Bilbao küçələrinə minlərlə insan katalan referandumunu, suverenliyini və 'demokratiyanı' dəstəkləyərək mitinq etmişdir.[10]
  • Navarra: Navarra parlamenti İspaniya hökumətinin Kataloniya referendumu de-fakto olaraq "ələ keçirməsini" pisləmişdir.[11]
  • Qalisiya: Kataloniya ilə həmrəyliyini göstərmək üçün 3,000-dən çox insan Qalisiyada yerləşən Santiyaqo şəhərinin küçələrində yürüş etmişdir.[12]

BMT üzv ölkələri

[redaktə | vikimətni redaktə et]

Katalan hökuməti hesab edir ki, 770,000-dən çox potensial seçicini təmsil edən seçki məntəqələri (bütün qeydiyyatdan keçmiş seçicilərin 14,5%-i) polis tərəfindən basqınlar zamanı bağlanıb.[28][29][30][31] Katalan hökumətinin sözçüsü Jordi Turull, "İspan polisinin təzyiqi" nəticəsində iştirakçıların sayı kəskin şəkildə enmişdir.[32] Ekspertlərin hesablamalarına görə İspaniya polisinin təzyiqi olmasaydı, iştirakçı sayı indikindən 55% daha çox olardı.[33] Prezident Karles Puçdemon özü belə, San-Julia-de-Ramisin yerinə, Kornella-del-Terridə səs vermişdir.[34]

27 oktyabr 2017 tarixində referendumun şərtlərinə əsasən Kataloniya vilayətinin yerləşdiyi ərazidə Katalan Respublikası öz müstəqilliyini elan etmişdir.[35] Bunun nəticəsində İspaniya hökuməti Kataloniyada tədbirlər görmüşdür.[36][37] Katalan Respublikasını rəsmi olaraq tanıyan müstəqil bir dövlət yoxdur.[38] Azərbaycan Respublikası Katalan Respublikasını tanımadığını bildirmişdir.[39]

İspankatalan mənbələri hadisələrin fərqli-fərqli təsvir edirlər. Diqqətəlayiq nümunələrə İspaniyanın TVE televiziya kanalı (Televisionón Española) və Kataloniyanın TV3 televiziya kanalı aiddir.[40] TV3, referendum və polis şiddətini müntəzəm olaraq əhatə etdi, TVE əsasən İspaniya hökumətinin qanuniliyi ilə bağlı mövqeyini vurğuladı.[41] İspaniya mətbuatının yayımı İspaniya Televiziyasının informasiya şurası tərəfindən tənqid olunmuşdur.[40]

Referendum Azərbaycan mətbuatında da işıqlandırılmışdır.

  1. "Catalan referendum results" (ingilis). Government of Catalonia. 2 oktyabr 2017. 2017-10-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 oktyabr 2017.
  2. Cons, Sem. "Catalonia calls independence referendum for October". The Guardian (ingilis). 9 iyun 2017. ISSN 0261-3077. 2017-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2017.
  3. "El independentismo inicia su campaña en Tarragona pese a las advertencias del Constitucional". 20minutos.es. 2017-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2017.
  4. "Recurso de inconstitucionalidad n.º 4334-2017, contra la Ley del Parlamento de Cataluña 19/2017, de 6 de septiembre, del Referéndum de Autodeterminación" (PDF) (ispan). Agencia Estatal Boletín Oficial del Estado. 6 sentyabr 2017. 2019-05-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 5 oktyabr 2017.
  5. Duarte, Esteban. "Catalan Separatists Plot Show of Force in Battle With Madrid". Bloomberg (ingilis). 11 sentyabr 2017. 2017-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 sentyabr 2017.
  6. "Каталонское «Нет»". 2022-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-05.
  7. 1 2 3 4 5 Kreçetnikov, Artyom. "Separatizmin tarixi: Kataloniya İspaniyadan niyə ayrılmaq istəyir?" (az.). BBC Azərbaycanca. 4 oktyabr 2017. 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-15.
  8. Özdəmir, Özgə. "Kataloniyadakı müstəqillik referendumu haqqında nələri bilməliyik?" (az.). BBC Azərbaycanca. 30 Sentyabr 2017. 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-07.
  9. "El Parlamento Vasco muestra su apoyo al referéndum catalán". EITB. 2017-09-28. 2017-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-01.
  10. "PNV y Bildu defienden en una manifestación en Bilbao el referéndum catalán". El Confidencial. 2017-09-30. 2021-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-05.
  11. "El Parlamento Vasco muestra su apoyo al referéndum catalán". EITB. 2017-09-21. 2017-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-01.
  12. "Miles de personas se manifestan en Santiago en "solidaridad" con el referéndum catalán". EITB. 30 sentyabr 2017. 2017-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05 oktyabr 2017.
  13. "Prime Minister of Belgium reacts on October 1, 2017". 2017-10-01. December 18, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 1, 2017.
  14. "Plenković o Kataloniji: Osuđujemo nasilje". 2017-10-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-10-05.
  15. "Foreign Ministry Spokesperson Lu Kang's Regular Press Conference on September 28, 2017". Ministry of Foreign Affairs. People's Republic of China. October 15, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 oktyabr, 2017.
  16. Salvado, Nico. "Emmanuel Macron s'exprime au sujet de l'indépendance de la Catalogne" (fransız). Equinox. 2017-06-16. 2017-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-20.
  17. Sanchez, Rosalia. "Alemania reclama respeto a la Constitución en Cataluña" (ispan). ABC. 2017-09-08. 2017-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-20.
  18. "Aufwind für Separatisten in Katalonien" (alman). Berliner Morgenpost. 2015-09-29. 2017-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-20.
  19. Barigazzi, Jacopo. "Hungary to 'respect' will of people in Catalonia vote". Politico. 2017-09-18. 2017-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-20.
  20. "Brussels MUST NOT ignore will of the people with Catalan independence vote warns Hungary". Daily Express. 2017-09-18. 2017-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-20.
  21. Gudavičius, Stasys. "Prezidentė: referendumas Katalonijoje – nekonstitucinis, bet..." 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-05.
  22. "Ministro acredita que Espanha saberá resolver questão do referendo na Catalunha". SIC. 27 sentyabr 2017. 2018-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 sentyabr 2017.
  23. "Spanish authorities should begin dialogue with Catalans – Russian senator". TASS. 1 oktyabr 2017. 2022-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-05.
  24. "Serbia Foreign Minister Ivica Dacic: 'I hope the EU will survive until we're ready to join'". Xarici İşlər Nazirliyi (Serbiya). 7 sentyabr 2017. 2017-10-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2017.
  25. Romero, Nazaret. "'Catalans have the right to self-determination', says speaker of the Slovenian Parliament". www.catalannews.com. 2017-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2017.
  26. Johnson, Boris. "twitter.com". @BorisJohnson (ingilis). 1 October 2017. 2022-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-01. The Catalonian referendum is a matter for the Spanish govt & people. Imp that Spanish constitution respected & the rule of law upheld. (1/2)
  27. Piñol, Àngels. "US snubs Catalan independence drive in latest setback for separatists". El País. 2017-04-13. 2017-09-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-20.
  28. "El Govern anuncia un 90% de 'síes' entre las 2.262.424 papeletas contadas y asegura haber escrutado el 100,88% de votos" (ispan). El Mundo. 2 oktyabr 2017. 2018-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 oktyabr 2017.
  29. "Catalan independence referendum: Region votes overwhelmingly for independence from Spain". The Independent. 2 oktyabr 2017. 2019-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-07.
  30. Hilari Klark, İsa Soarez və Vasko Kotovio. "Catalonia referendum plunges Spain into political crisis". CNN. 2 oktyabr 2017. 2019-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2017.
  31. Hilari Klark, İsa Soarez və Vasko Kotovio. "Catalonia referendum result plunges Spain into political crisis". CNN. 2 oktyabr 2017. 2020-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 oktyabr 2017.
  32. Hilari Klark, İsa Soarez və Vasko Kotovio. "Catalonia referendum plunges Spain into political crisis". CNN. 2 oktyabr 2017. 2019-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2017. Turnout was about 42% of the 5.3 million eligible voters... Turull said more people would have voted had it not been for Spanish police suppression. Up to 770,000 votes were lost as a result of the crackdowns at police stations, the Catalan government estimated.
  33. Gerard Pruina. "El 'sí' a la independència s'imposa amb 2.020.144 vots, el 90%". Ara.Cat. 2 oktyabr 2017. 2017-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2017. Els encarregats de donar els resultats des del Centre Internacional de Premsa, el vicepresident, Oriol Junqueras; el conseller de la Presidència, Jordi Turull, i el conseller d'Exteriors, Raül Romeva, han remarcat contínuament que, tot i que els 2.248.000 vots no suposen 'per se' el 50% del cens, els càlculs dels experts apunten que sense pressió policial i tancament de col·legis s'hauria pogut arribar al 55% de participació.
  34. Erikson, Amanda. "Catalonia independence vote: What you need to know". Washington Post. 30 sentyabr 2017. 2017-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 oktyabr 2017.
  35. "Self-Catalan parliament (only 70 parlamentarians of 140) votes to declare independence from Spain". Guardian. 27 oktaybr 2017. 2019-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 oktyabr 2017.
  36. "Catalan parliament declares independence from Spain". Reuters. 27 oktyabr 2017. 2018-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 oktaybr 2017.
  37. "Kataloniya İspaniyadan müstəqilliyini elan etdi". BBC Azərbaycanca (az.). 27 oktyabr 2017. 2017-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 oktyabr 2017.
  38. Sandford, Alasdair. "Catalonia: what direct rule from Madrid could mean". euronews (ingilis). 27 October 2017. 27 October 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 October 2017.
  39. "Azerbaijan supports territorial integrity&sovereignty of #Spain within its internationally recognized borders". 2019-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 oktyabr 2017.
  40. 1 2 "Arxivlənmiş surət". 2021-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-05.
  41. "Arxivlənmiş surət". 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-07.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]