Ayıbasar — Vikipediya

Ayıbasar
39°43′48″ şm. e. 46°31′48″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Ayıbasar xəritədə
Ayıbasar
Ayıbasar

AyıbasarAzərbaycan Respublikasının Laçın rayonu Bülüldüz kənd inzibati ərazi dairəsində kənd.[1]

Kənd Ayıbazar çayının (Şəlvə çayının qolu) kənarında, Qarabağ silsiləsinin ətəyindədir. Əsli Aybazardır. Yaşayış məntəqəsi meşəlikdən zolaq şəklində ayrılmış sahədədir. Tədqiqatçılara görə, oykonim ayı (heyvan adı) və bazar (satış yeri; bolluq olan yer) sözlərindən düzəlib, "ayı bol olan yer; ayının satışa çıxarıldığı yer" deməkdir. Əslində isə, kəndin adı keçmişdə bu ərazidə ayda bir dəfə təşkil olunan bazarla əlaqədar yaranmışdır[2].

1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.

Erməni işğalınadək kənd əhalisi Azərbaycan türklərindən ibarət idi.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əsas təsərrüfatı heyvandarlıq idi.

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. Ayıbasar // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 91. ISBN 978-9952-34-155-3.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]