Azarol yemişan — Vikipediya
Azarol yemişan | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Azarol yemişan | ||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Azarol yemişan (lat. Crataegus azarolus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.
Təbii yayılması
[redaktə | mənbəni redaktə et]Təbiətdə növün arealı Fransanın cənubunu və İtaliyanı əhatə edir.
Botaniki təsviri
[redaktə | mənbəni redaktə et]Hündürlüyü 6 m-ə çatan, cavan zoğları bozumtul tükcüklü, yayın axırlarında təxminən çılpaqlaşan ağac və ya koldur.Tikanları çox və ya azsaylı, bəzən isə tikansızdır, uzunluğu 0,5-1,5 sm-dir. Yarpaqları tünd yaşıl, uzunluğu 3-7 sm, eni 2,5- 6,5 sm, çılpaq və ya üstü sıx olmayan yapışıq tükcüklüdür, əks-yumurtavaridən rombvariyədək dəyişir, kənarları bütöv və ya ucunda bir-üç dişli pərlidir. Çiçək qrupunun diametri 3-5 sm çoxçiçəklidir, çiçək saplağı yaxşı inkişaf etmiş tükcüklüdür. Çiçəklərin diametri 1,5 sm, kasayarpaqları enli-üçkünc, tükcüklüdür; sütüncuqları iki, bəzən bir-üçdür. Mayda çiçəkləyir. Meyvələri təxminən şarşəkilli, diametri 12–15 mm, açıq qırmızı, yeməlidir. Çəyirdəkləri iri, bəzən bir, uzunluğu təxminən 10 mm, diametri 8 mm, arxa tərəfdən çox qabarıq və şırımlı, ön tərəfdən hamar və bir az batıqdır. İyul-sentyabrda meyvə verir.
Ekologiyası
[redaktə | mənbəni redaktə et]Torpağa tələbkar deyildir. İstiyə və soyuğa davamlıdır. Kolluqlarda bitir.
Azərbaycanda yayılması
[redaktə | mənbəni redaktə et]Respublikanın bəzi bölgələrində mədəni şəraitdə park və bağlarda rast gəlinir.
İstifadəsi
[redaktə | mənbəni redaktə et]Qərbi Aralıq dənizi ölkələrində qədimdən meyvəli bitki kimi becərilir. Rusiyada və yaxın ölkələrdə azarol yemişanı becərilmir. Bu adla müxtəlif növlər, əsasən Pontiya yemişanı (Crataegus pontica) becərilir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 477.