Beşdişicikli yemişan — Vikipediya
Beşdişicikli yemişan | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Beşdişicikli yemişan | ||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Beşdişicikli yemişan (lat. Crataegus pentagyna) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.
Sinonimləri
[redaktə | mənbəni redaktə et]- Azarolus oliveriana (Dum.Cours.) M.Roem.
- Azarolus platyphylla (Lindl.) M.Roem.
- Crataegus colchica Grossh.
- Crataegus elbursensis Rech.f.
- Crataegus melanocarpa M.Bieb.
- Crataegus melanocarpa var. atrofusca (Steven ex K.Koch) Boiss.
- Crataegus melanocarpa subsp. elbursensis (Rech.f.) Riedl
- Crataegus melanocarpa var. heterophylla Boiss.
- Crataegus oliveriana (Dum.Cours.) Bosc
- Crataegus oxyacantha var. melanocarpa (M.Bieb.) Loudon
- Crataegus oxyacantha var. oliveriana (Dum.Cours.) Lindl.
- Crataegus oxyacantha var. pentagyna (Waldst. & Kit. ex Willd.) Sanio
- Crataegus pentagyna var. glabrata Trautv. ex Pojark.
- Crataegus pentagyna var. oliveriana (Dum.Cours.) Rehder
- Crataegus pentagyna subsp. pentagyna
- Crataegus platyphylla Lindl.
- Mespilus atrofusca Steven ex K.Koch
- Mespilus melanocarpa (M.Bieb.) Poir.
- Mespilus oliveriana Dum.Cours.
- Mespilus pentagyna (Waldst. & Kit. ex Willd.) Wenz.
- Mespilus pentagyna (Waldst. & Kit. ex Willd.) Spreng.
- Phaenopyrum melanocarpum (M.Bieb.) M.Roem.
- Phaenopyrum pentagynum (Waldst. & Kit. ex Willd.) M. Roem[1]
Botaniki təsviri
[redaktə | mənbəni redaktə et]Hündürlüyü 5-6 (8) m olan ağac və ya hündür koldur. Budaqlarının qabığı boz rənglidir. Cavan budaqları xovlu tüklüdür, bəzən demək olar ki, çılpaqdır. Tikanları nazik, çoxsaylı, uzunluğu 5-10 mm-dir.
Yarpaq
[redaktə | mənbəni redaktə et]Yarpaqları üst tərəfdən tünd-yaşıl rəngli, parıldayan, tüklüdür, alt tərəfdən daha açıqdır, qismən tüklüdür, bəzən, yumşaq keçə tüklüdür, nadir halda tamamilə çılpaqdır, qaidə hissəsi pazşəkilli kəsilmiş, görünüşünə görə yumurtaşəkillidir, 3-5 (7) bölümlüdür; bölümləri enli, küt və ya sivriləşmişdir, uc hissəyə yaxın sivri-dişlidir.
Çiçək
[redaktə | mənbəni redaktə et]Çiçəkləri mürəkkəb çoxçiçəkli qalxan çiçək qrupunda toplanmışdır. Çiçək qrupunun budaqları, saplaq, çiçək yatağı qismən tüklüdür, bəzən keçə-tüklüdür. Tac ağ rəngdədir, diametri 13-17 mm-dir.
Meyvə
[redaktə | mənbəni redaktə et]Meyvələri şarşəkilli, qara rəngli, göyümtül təbəqəlidir və qırmızımtıl lətlidir, uc hissədə quru, düzduran kasa yarpaqlıdır. Çəyirdəyi 3-5 ədəddir, demək olar ki, hamardır.
Çiçəkləməsi
[redaktə | mənbəni redaktə et]May ayında baş verir
Meyvə verməsi
[redaktə | mənbəni redaktə et]Sentyabr-Oktyabr (Noyabr)
Azərbaycanda yayılması
[redaktə | mənbəni redaktə et]Samur-Şabran oval., BQ (Quba), BQ şərq, BQ qərb, Alazan - Əyriçay, Kür-Araz oval., Kür düz., KQ şimal, KQ cənub, KQ mərkəzi, Lənk. dağ., Lənk. oval. Ovalıqdan orta dağ qurşağına qədər.
Yaşayış mühiti
[redaktə | mənbəni redaktə et]İşıqlı meşələrdə, meşə kənarında, kollu cəngəlliklərdə. Qrup halında və səpələnmiş halda rast gəlinir
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Beşdişicikli yemişan:''The Plant List saytında takson barədə məlumat. (ing.)