Böyük Mərcanlı — Vikipediya
Böyük Mərcanlı | |
---|---|
39°21′40″ şm. e. 47°14′49″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 300 m |
Saat qurşağı | |
Böyük Mərcanlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Böyük Mərcanlı kənd inzibati ərazi dairəsində kənd.[1]
Tarixi
[redaktə | vikimətni redaktə et]1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 27 sentyabr 2020-ci ildə Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində kənd işğaldan azad edilmişdir.[2]
Toponimikası
[redaktə | vikimətni redaktə et]Araz çayının sol sahilindən 2 km aralı, düzənlikdədir. Keçmiş adı Mərcanlı olmuşdur. Yaşayış məntəqəsini XIX əsrdə Qarabağ xanı İbrahimxəlil xanın oğlu Cəfərqulu xanın mülkü olmuş Lənbəran kəndindən (Bərdə rayonu) köçürülmüş mərcanlı nəslinə mənsub ailələr Maralyan kəndinin ərazisində salmışlar. Sonralar Mərcanlı kəndindən köçən bir qrup ailə Yuxarı Mərcanlı kəndinin əsasını qoydular. Qarşılığı Cocuq Mərcanlı olmuşdur.[3]
Əhalisi
[redaktə | vikimətni redaktə et]Tanınmış şəxsləri
[redaktə | vikimətni redaktə et]- Kazım Məmmədov — Azərbaycanın Milli Qəhrəmanı
- Çərkəz Məcid — şair, yazıcı, tənqidçi
- Həsənov Qaryağdı Ziyad oğlu — görkəmli partiya işçisi, diplomat və jurnalist
- Nizami Yolçuzadə
- Xanış Rüstəmov — müəllim, Müsavat partiyasının üzvü, 1937-ci il repressiyalarının qurbanı
- İsmət Rüstəmov — ingilis dili müəllimi, filologiya elmləri namizədi, dosent, tərtibatçı
- Mahmud Quliyev — Cəbrayıl rayonunun keçmiş İcra başçısı
İqtisadiyyatı
[redaktə | vikimətni redaktə et]Əsas təsərrüfatı heyvandarlıq idi.
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ Qafqazinfo.az. "Bu ərazilər azad edildi" (az.). Qafqazinfo.az. 27.09.2020. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-27.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et] Cəbrayıl rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |