Bəhram Mansurov — Vikipediya

Bəhram Mansurov
Bəhram Mansurov, 1971-ci il.
Bəhram Mansurov, 1971-ci il.
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Bakı, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (74 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Uşaqları
Atası Məşədi Süleyman bəy Mansurov
Musiqiçi məlumatları
Fəaliyyəti
Fəaliyyət illəri 1929–1985
Janrlar
Musiqi aləti tar
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1978 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1956
"Şərəf nişanı" ordeni — 1959 "Şərəf nişanı" ordeni — 1967 "Əmək veteranı" medalı — 1976 "Qafqazın müdafiəsinə görə" medalı — 1946 "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı — 1946 "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı — 1975 "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı — 1985 "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı — 1970
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bəhram Məşədi Süleyman bəy oğlu Mansurov (12 fevral 1911, Bakı14 may 1985, Bakı) — Azərbaycan tarzəni, Azərbaycan SSR xalq artisti (1978).

Məşədi Süleyman bəy oğulları Bəhram (solda) və Məlik Mansurovla. 1914-cü il

Bəhram Mansurov 1911-ci il fevralın 12-də Bakıda, İçərişəhərdə musiqiçi ailəsində anadan olmuşdur. Qədim İçərişəhərdə yaşayan Mansurovların evi sanki bir muğam ocağı idi. Bu evdə Bəhram Mansurovun musiqişünas babası Məşədi Məlik bəyin təşkilatçılığı ilə musiqi gecələri təşkil olunur və doğma Azərbaycanımızın hər yerindən muğam biliciləri, xanəndələr, musiqiçilər bu məclisə toplaşırdılar. Seyid Əzim Şirvani, Xurşidbanu Natəvan, Əbdürrəhim bəy Haqverdiyev kimi şəxsiyyətlər də bu məclislərin qonağı olmuşlar. Balaca Bəhramın yaşadığı bu evdə cürbəcür xalq çalğı alətləri var idi. Böyüklər evdə olmayanda o,tarlardan birini götürüb kökdən salana kimi çalırdı. Bahramın babası Məşədi Məlik muğam ustası və milli musiqinin ilk təbliğatçılarından biri olmuşdur. O, Azərbaycanın musiqi mədəniyyəti tarixində Bakı və Abşeronda klassik muğam məclislərinin qurucusu kimi tanınır. Bəhram Mansurovun əmisi Mirzə Mansur isə uzun müddət konservatoriyada çalışmışdır. Bahramın atası Məşədi Süleyman bəy tarda ifa edir və muğamın bütün incəliklərini bilirdi.

Bahram Mansurov ilk təhsilini mədrəsədə, sonra isə rus-tatar məktəbində almışdır. Azərbaycan sovetləşdikdən sonra, 1921-ci ildə 10 yaşlı Bəhram böyük qardaşı Ağa Məliklə 10№-li birinci dərəcəli məktəbə qəbul olunurlar. 1925-ci ildə orta məktəbi bitirdikdən sonra o, bir müddət xeyli təhsil ocaqlarını dəyişməli olur. Buna səbəb Bəhramın ailəsinin yarım il şəhərdə, yarım il isə bağ evində yaşaması idi.[1] Bəhram 1927-ci ildə Mehdi bəy Hacınskinin direktoru olduğu 33 №-li məktəbdə təhsilini davam etdirir. Burda o, Abdulla Qarayevin yaratdığı ansamblla birlikdə həmin məktəbin böyük zalında məşq edirdi. Bəhramın oxuduğu son təhsil ocağı Pedaqoji texnikum olmuşdur. Bəhramı artıq 19 yaşında Müslüm Maqomayev ilk notlu xalq çalğı alətləri orkestrinə, sonradan Opera və Balet Teatrına solist-tarzən kimi dəvət edir. Bəhram operada Hüseynqulu Sarabski, Yavər Kələntərli, Hüseynağa Hacıbababəyov, Əlövsət Sadıqov, Həqiqət Rzayeva kimi müğənni-xanəndələrlə birgə işləyir. Bəhram Mansurov Rübabə Muradova, Sara Qədimova, Əbülfət Əliyev, Zeynəb Xanlarova və digər sənətkarlarla çiyin-çiyinə çalışmışdır. 1978-1983-cü illərdə onun ifasında bütün Azərbaycan muğamları UNESCO xətti ilə valla və CD-lərə yazılaraq bütün dünyaya yayılmışdır. Dünya Beynəlxalq Muğam Simpoziumlarında Azərbaycanı məhz Bəhram Mansurov təmsil etmişdir. O 1978-ci ildə Xalq artisti kimi fəxri ada layiq görülmüşdür.

Yaradıcılığı

[redaktə | vikimətni redaktə et]

Müharibəyə qədərki dövr

[redaktə | vikimətni redaktə et]

Bəhram məktəb konsertlərində tez-tez çıxış edirdi. O, hələ 12–13 yaşı olarkən ifaçılıq baxımından mürəkkəb hesab olunan "Rast", "Çahargah", "Bayatı-Şiraz", "Qatar" kimi muğamları solo ifa edirdi.[1]

1929–30-cu illərdə Zülfüqar HacıbəyovQriqor Mədətov ilk olaraq Azkonsert Birliyi yaradırlar və Bəhramı onun nəzdində olan orkestrə dəvət edirlər. Orkestrin tərkibində görkəmli musiqiçilərdən Cabbar Qaryağdıoğlu, Xan Şuşinski, Hüseynağa Hacıbababəyov, Qurban Pirimov və başqaları çıxış edirdilər. Orkestrdə uzun müddət işləyən Bəhram təşviqat qrupunun tərkibində Azərbaycanın rayonlarında, eləcə də Sovet İttifaqının bir neçə respublikalarında konsertlərdə çıxış etdi.[2]

1931-ci ildə Üzeyir HacıbəyovMüslüm Maqomayevin təşəbbüsü ilə xalq musiqi alətlərinin ilk notlu orkestri yaradıldıqdan sonra 20 yaşlı Bəhram Müslüm Maqomayev tərəfindən bu kollektivə dəvət olundu. Bir müddət keçdikdən sonra Maqomayevin təklifi ilə Bəhramı Radio Komitəsində birinci dərəcəli tar ifaçısı kimi işə götürdülər. Burada o həm solist, həm də müşayiətçi kimi çıxış edirdi. Bəhramın üçlüyü kamançaçı Qılman Salahov və qavalçalan Xalıq Babayevdən ibarət idi. Bu üçlük "Rote-Fane" (hazırkı Nizami parkı) parkında, Müdafiə evində, (hazırkı Filarmoniya) və bir çox sənaye müəssisələrində tez-tez təşkil olunan açıq konsertlərdə çıxır edirdi. Bəzən bu konsertlər radioda ilə efirə verilirdi.[2]

Opera və Balet teatrında fəaliyyəti

[redaktə | vikimətni redaktə et]

Bəhram Mansurov yaradıcılığının böyük bir hissəsi Opera və Balet teatrı ilə bağlıdır. 1922-ci ildə Leyli və Məcnun operasında Sona Hacıyeva və Hüseynqulu Sarabskinin oyunundan və Qurban Pirimovun tarının səsindən təsirlənən Bəhramda həmin teatrda işləmə həvəsi yaranmışdı. 1932-ci ildə Opera və Balet Teatrının bədii rəhbəri və dirijoru bəstəkar Müslüm Maqomayev onu bu teatra solist-müşayiətçi vəzifəsinə dəvət edir. Məşhur Hüseynqulu Sarabskini Məcnun rolunda artıq Bəhram müşayiət etməyə başlamışdır.[3]

Bəhram Mansurov 54 il – ömrünün sonuna kimi muğam operalarını müşayiət edirdi. O, "Leyli və Məcnun" operasında muğam hissələrini Üzeyir Hacıbəyovun ciddi nəzarəti altında ifa olunurdu.

1934–35-ci illərdə Bakıdakı Azərbaycan Hərbi Diviziyasının siyasi şöbəsinin rəisi Məmmədəli Əliyev Bəhram Mansurova hərbi özfəaliyyət ansamblına rəhbərlik etməyi təklif edir. O, 1936-cı ildə Tbilisidə keçiriləcək hərbi orkestrlərin Zaqafqaziya musiqi olimpiyadasında işritak etmək üçün kollektivi hazırlamağa başlayır. Bəhramın rəhbərlik etdiri ansambl Gürcüstanın paytaxtında uğurla çıxış edərək fəxri fərmanlarla Azərbaycana qayıdır. Bu uğuruna görə Bəhram Mansurova Azərbaycan diviziyasının rəhbərliyi tərəfindən təşəkkür elan edilir.[4]

1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündəki konsertlərin birində Bəhram Mansurov "Mahur-hindi" muğamını solo, digər konsertdə isə "Əraq" muğamını ifa edən Əlövsət Sadıqovu üçlüyün tərkibində müşayiət etdi.

Bəhram Mansurov müharibəyə qədərki konsert fəaliyyətini uğurla keçirdi. Belə ki, 1939-cu il noyabrın 17-də qəzetlərdə yazılmışdı ki, Bülbülün rəhbərliyi ilə mədəniyyət xadimləri Samur-Dəvəçi kanalının inşaatçıları qarşısında çıxış etmişdilər. Burada 3 gün ərzində artistlər 15 min kolxozçu və inşaatçılar qarşısında 30-dan çox konsert vermişdilər.[4]

Müharibə illərində

[redaktə | vikimətni redaktə et]

1941-ci ildə Moskvada estrada artistlərinin festivalı keçirilirdi. Azərbaycandan dəvət olunan konsert qrupunun tərkibində müğənnilər və aktyorlarla yanaşı Bəhram Mansurov da var idi. Bəhram Mansurovun xatirələrindən:

" İyunun 21-də bizim qatar Moskvaya yola düşdü. Səhər Rostova çatanda dəhşətli xəbər eşitdik: "Müharibə başlayıb!". Bir neçə gündən sonra Moskvaya çatdıq. Hərbi vəziyyətlə əlaqədar Bakıya qayıtdıq. Bir çox mədəniyyət işçiləri, o cümlədən mən də "bron" alıb, xüsusi təşviqat qruplarının sərəncamına göndərildim. İncəsənət adamları cəbhə xəttində döyüşçülər, arxada isə qospitalda yaralılar qarşısında konsertlərlə çıxış edirdilər "

[5]

1941-ci ildə M.F.Axundov adına teatrın böyük bir qrupunu İrana ezamiyyətə göndərdilər. Burada onlar opera tamaşaları, muğam konsertləri ilə çıxış edirdilər. Bəhram Mansurov həm solist, həm də xalq çalğı alətləri ansamblının üzvü kimi qrupa daxil idi. Burada o, "Leyli və Məcnun", "Əsli və Kərəm", "Şah İsmayıl" operalarında oxuyanları müşayiət edirdi. İran dinləyiciləri Bəhramın ifası ilə yalnız radio vasitəsilə tanış idilər.[5]

1941-ci ilin oktyabrında Bakıya qayıdandan sonra muğam dərsini tədris etmək üçün Bəhram Mansurovu Bakı Musiqi Texnikumuna dəvət edirlər. Bu vaxtdan pedoqoji fəaliyyətinə başlayan Bəhram ömrünün sonuna qədər həmin texnikumda dərs demişdir. O, muğamın tədrisi metodikasında atası Məşədi Süleymanın və əmisi Mirzə Mansurun məsləhətlərinə istinad edərək özünün orijinal tədris metodunu yaratdı. O, tələbələrinə muğamın tam obrazını yaratmaq məqsədilə bu musiqinin yaranma tarixi və adları barədə geniş izahat verirdi.[5]

1942-ci ilin oktyabrın 31-də 47-ci ordunun hərbi şurasının üzvü Əziz Əliyev Bəhram Mansurovu yanına çağırır. Bəhram və digər musiqiçilər bir ay ərzində Qubada yerləşən Azərbaycan Ordusunun qərargahından 416-cı Taqanroq diviziyasında yollanan döyüşçülər qarşısında çıxış etdilər. Müharibənin qızğın dövründə, 1941–1943-cü illərdə məşhur xanəndə Cabbar Qaryağdıoğlu ilə Bəhramın üzlüyü hərbi hissələr və qospitallarda çoxlu konsert vermişdilər. 1941-ci ildə musiqi briqadasının tərkibində Bəhram 3 ay ərzində Kislovodsk, Jeleznovodsk, Yessentuki, Minvod və Lermontovka qospitallarında yaralı əsgərlər qarşısında müntəzəm çıxışlar etdi. Müharibə illərində Bəhram Mansurov bütün Azərbaycanı gəzərək konsert verirdi.[6]

1944-cü ildə Bəhram Mansurov yenə də İrana ezam olundu. Bu dəfə o, Tehran, Təbriz, Qəzvin, Rəşt, Ənzəli, Ərdəbil, Nəmin, Sərab, Mərənd, Xoy, Mani, Şapur, Rezayi, Üşno, Mehabad, Miyanə, Marağa, Azərşəhr və digər şəhərlərdə sovet əsgərləri və yerli camaat qarşısında çıxış etdi.

Tehranın "Laləzar" xiyabanında Mirseyid Mirbabayevə rast gəldim. Əvvəllər atam mənə danışardı ki, Mirseyid çox məşhur xanəndə idi, əslən də Bakılıydı. Vaxtilə onun səsini bülbülün oxumağı ilə müqayisə edərdilər. Mirseyid artıq məşhur xanəndə olandan sonra, Bakı milyonçularından biri ona torpaq sahəsi bağışlayır və buradan neft çı- xır. Beləliklə, Mirseyid milyonçu olur, oxumaqdan əl çəkir. Artıq xanəndəliyi özünə yaraşdırma- yan Mirseyid çoxsaylı vallarını bir-bir alıb məhv etməyə başlayır, sonra isə həmişəlik xaricə gedir.[6]

O bizim konsertlərə gələndə ona deyiblər ki, Məşədi Süleymanın oğlu burdadır, tar çalır. Mən onunla görüşəndə artıq çox qocalmışdı. O atam haqqında, Bakı barəsində sorğu-sual edəndə gözü yaşardı. Söhbətimiz uzun çəkmədi. Bir neçə ildən sonra eşitdim ki, Mirseyid vəfat edib.[6]

Nəhayət, müharibə sona yetdi, qələbə günü yetişdi. Bəhram Mansurovun müharibə illərində çəkdiyi zəhmət layiqincə qiymətləndirildi. O, bir çox dövlət mükafatlarına — Qafqazın mü- dafiəsinə görə, Böyük Vətən Müharibəsi illərində fədakar əməyinə görə medalları ilə, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanları ilə təltif olundu. Bir musiqi xadimi kimi, Bəhram hələ 30-cu illərdən başlayaraq sovet ordusunun keçirdiyi bütün tədbirlərdə fəal iş- tirak edirdi. O, gərgin və fədakar əməyinə görə "SSRİ Hərbi qüvvələrinə mədəni hamilik əlaçısı" döş nişanı, eləcə də Mədəniyyət İşçiləri Mərkəzi Həmkarlar Komitəsinin fəxri fərmanları ilə dəfələrlə mükafatlandırılmışdı.[6]

Müharibədən sonrakı illərdə

[redaktə | vikimətni redaktə et]

Bəhram 50-ci illərin sonu — 60-cı illərin əvvəllərində Opera və Balet Teatrının tərkibində Aşqabad, Naxçıvan, İrəvanda qastrol səfərlərində olub. O, 60-cı illərdə solistlərdən ibarət ansambl yaradır. Peşəkarlardan ibarət bu kollektivin fərqli xüsusiyyəti onda idi ki, ayrı-ayrılıqda solist olan mahir ifaçılar bu ansamblda bir vəhdət təşkil edirdi.[7]

1971-ci il aprelin 12-də Opera və Balet Teatrı Bəhram Mansurovun yubileyini — anadan olmasının 60, yaradıcılıq fəaliyyətinin 40 illiyini qeyd etdi. Həmin gecə yubilyarın müşayiəti ilə müğənnilər bütün muğam operalarından parçalar ifa etdilər. Yubiley gecəsi səmimi çıxışlar və rəngarəng konsert proqramı ilə yadda qaldı.[7]

İlk dəfə YUNESKO-da Azərbaycan muğamlarını təmsil edən musiqiçi məhz Bəhram Mansurov olmuşdur. 1967-ci ildə Bakıya gələn bu nüfuzlu beynəlxalq təşkilatın rəsmi nümayəndələri Alen Daniyelu və Jak Klark bir çox musiqiçilərin ifasında Azərbaycan muğamlarını dinləmiş və yalnız Bəhram Mansurovun çalğısını bəyənmişlər. O vaxtdan YUNESKO-nun rəsmiləri Bəhram Mansurovla sıx əməkdaşlıq etməyə başlayırlar. Bu təşkilatın xətti ilə Bəhramın ifasında 2 val buraxılır.[7]

Birincisi 1971-ci ildə "Baren Reyter" firması, ikincisi isə 1975-ci ildə "Filips" şirkəti tərəfindən istehsal olunmuşdu. Bu qrammofon valları işıq üzü görəndən sonra dünyanın Azərbaycan muğamları haqqında daha çox məlumatı oldu.[7]

Bəhram Mansurovun şöhrəti Azərbaycan milli musiqisinin bilicisi və mahir ifaçısı kimi dünyaya yayıldı. Onu da qeyd edək ki, YUNESKO tərəfindən buraxılan həmin vallar və disklər bu günə kimi dünyanın hər yerində satılır.[8]

YUNESKO-nun xətti ilə Bəhram Mansurov dəfələrlə Fransa, Almaniya, İraq, Yaponiya, Hindistan, İtaliya, Hollandiya, Çexoslovakiya, Venesuelada keçirilən beynəlxalq simpozium və kon- sertlərə dəvət alırdı. Lakin səhhətinə görə o, yalnız iki dəfə — 1978 və 1983-cü illərdə, nisbətən yaxın olan Səmərqənddə keçirilən beynəlxalq simpoziumda iştirak edib.[8]

Bəhram Mansurov və Fikrət Əmirov "Gülüstan-Bayatı-Şiraz" muğamı üzərində işləyərkən. 1973-cü il

Vaxtilə tanınmış bəstəkar Fikrət Əmirov "Şur" və "Kürd-ovşarı" simfonik muğamlarının yazarkən qocaman musiqiçilər Seyid Şuşinski və Qurban Pirimovla məsləhətləşərdi. Sonuncu simfonik muğamı olan "Gülüstan-Bayatı-Şiraz"ı isə Bəhram Mansurovun ifası əsasında yaratdı.[8]

60–70-ci illərdə bəstəkar Nəriman Məmmədov "Çahargah" və "Rast" muğamlarını Bəhram Mansurovun ifasından nota yazdı. Azərbaycan xalq musiqisi nümunələri olan dəramədlər, rənglər, diringilər, təsniflər, zərblər, şikəstələr, saqinamələr, marşlar, saz havaları və s. tarzənin oğlu, bəstəkar Eldar Mansurov tərəfindən nota salınmışdır.[8]

Bəhram Mansurov SSRİ-də və xarici ölkələrdə olan bir çox muzey və arxivlərlə yaxından əməkdaşlıq edirdi. O, ailə arxivindən təmənnasız olaraq Azərbaycan, Ermənistan, Leninqrad, Moskva, Almaniya muzey və arxivlərinə Azərbaycan xalq musiqi mədəniyyətinin tarixinə aid qiymətli materiallar, foto və sənədlər vermişdir. Yaponiyanın Osaka şəhərinin muzeyinə isə öz tarlarından birini hədiyyə etmişdir.[9]

Muğam sənətinin nüfuzlu bilicisi kimi, Bəhram Mansurov radioda "Muğam" və televiziyada "Məktəblilərin musiqi klubu" verilişlərinin məsləhətçisi idi. Bir çox özfəaliyyət müsabiqələrində münsiflər heyətinin üzvü olmuşdur. O, dəfələrlə müxtəlif auditoriya qarşısında muğamlar haqqında çıxışlar edərdi, dövri mətbuatda mütəmadi olaraq muğamın tarixi və bu günü barədə fikrini bildirərdi.[9]

Bəhram Mansurovun məzarı

Bəhram Mansurov tarda yalnız sol əllə, mizrab vurmadan çalmaq üsuluna "mizrabi — dəstkəri" deyilir. Azərbaycanda bu üsuldan əvvəllər yalnız Sadıqcan, Məşədi SüleymanMirzə Mansur kimi musiqiçilər istifadə edib. Öz dövrünün ifaçıları arasında "mizrabi-dəstkəri"dən istifadə edən yeganə tarzən Bəhram Mansurov olmuşdur.[9]

Görkəmli tarzən 1985-ci il mayın 14-də, 74 yaşında, Bakıda vəfat etmişdir. Bəhram Mansurov Yasamaldakı köhnə qəbristanlıqda dəfn olunub.[9]

80-ci illərin sonu, 90-cı illərin əvvəllərində YUNESKO yenidən Bəhram Mansurovun lent yazılarına müraciət edərək onları kompakt disk şəklində buraxdı. Görkəmli tarzənin yaradıcılığı alı məktəb tələbələrin diplom işlərinin, namizədlik və doktorluq elmi dərəcələrini müdafiə edən alimlərin mövzusu oldu. Bəhram Mansurovun yaradıcılığı bu günə qədər musiqişünaslar tərəfindən tədqiq olunur, onun haqqında bir çox kitab, monoqrafiya və məqalələr çap olunmuşdur.[9]

Bəhram Mansurovun özündən sonra böyük arxivi qalıb. Bu irsi toplayıb sistemləşdirən həyat yoldaşı Münəvvər xanım oldu. Onun sayəsində tarzənin bütün arxivi qorunub saxlanılıb.[9]

Bəhram Mansurovun oğulları da nəslin musiqi ənənələrini. davam etdirdilər. Böyük oğlu Eldar bəstəkar, ortancıl oğlu Aydın xor dirijoru, kiçik oğlu Elxan isə atasının sənətini seçdi. Hələ tələbəlik illərindən o, atası ilə bərabər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çalışırdı.[9]

Nəsil şəcərəsi

[redaktə | vikimətni redaktə et]
Mansurovlar ailəsi
Aydın Mansurov, Elxan Mansurov, Eldar Mansurov, Münəvvər Mansurova, Bəhram Mansurov. 1971-ci il

Ad və mükafatları

[redaktə | vikimətni redaktə et]
  • Mansurov, E. Mansurovlar. Bakı: Çaşıoğlu. 2011. 285 səh. ISBN 978-9952-27-280-2.
  • Исазадә, Ә; Гулијев, Х. Бәһрам Мансуров. Бакы: "Ишыг" нәшријјаты. Азәрбајҹан Театр Ҹәмијјәти. 1982.