Elxan Mansurov — Vikipediya
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Elxan Mansurov | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 21 fevral 1955 (69 yaş) |
Doğum yeri | |
Atası | Bəhram Mansurov |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | musiqiçi |
Musiqi aləti | tar |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Elxan Bəhram oğlu Mansurov (21 fevral 1955, Bakı) — tarzən, muğam ifaçısı, Azərbaycan Respublikasının əməkdar artisti (2005).
Həyatı
[redaktə | mənbəni redaktə et]Elxan Mansurov 1955-ci il fevral ayının 21-də Bakıda, musiqiçi ailəsində doğulmuşdur. Tar çalmağı uşaq yaşlarından atasından öyrənmişdir. Elxan Mansurov 1975-ci ildə Asəf Zeynallı adına orta musiqi məktəbinin, 1983-cü ildə isə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tar sinfini bitirib. 47 ildir ki, M.F.Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının orkestrində solist-konsertmeyster vəzifəsndə işləyir. Bu müddət ərzində muğam operalarına bir çox müğənniləri baş rollara hazırlamışdır. Bunlardan Nəzakət Teymurova — Leyli, Şahsənəm və Əsli; Gülüstan Əliyeva — Leyli, Şahsənəm, Əsli və Ərəbzəngi; Lalə Məmmədova — Leyli; Alim Qasımov — Məcnun və Qərib; Səbuhi İbayev — Məcnun, Qərib və Şah İsmayıl; Simarə İmanova — Leyli və Şahsənəm; Mələkxanım Eyyubova — Leyli; Zahid Quliye — Məcnun; Təyyar Bayramov — Şah İsmayıl və İbn-Salam; Gülyaz Məmmədova — Şahsənəm və Əsli; Aygün Bayramova — Şahsənəm və Əsli; Mütəllim Dəmirov — Qərib və İbn-Salam; Vüsalə Musayeva — Leyli; İlkin Əhmədov — Məcnun; Rafiq Əliyev — Məcnun və Şah İsmayıl; Elnur Zeynalov — Qərib, İbn-Salam və Məcnunun atası; Nəzər Bəylərov — İbn-Salam və Zeyd — adlarını çəkmək olar.
Elxan Mansurov Azərbaycan muğamlarının bilicisi və mahir ifaçısıdır. O, uzun illərdir ki, dövrü mətbuatda, radio və televiziyada silsilə verilişlərdə muğamlarımızın təbliği ilə məşğul olur. Atası Bəhram Mansurovdan sonra klassik muğam ifaçılığı ənənəsini qoruyub saxlayan yeganə tarzəndir. Elxan Mansurov 16 sentyabr 2005-ci ildə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülmüşdür. Dəfələrlə xarici ölkələrdə — Finlandiya, Türkiyə, İraq, Rusiya və Orta Asiyada Azərbaycan musiqisini öz ifası ilə təbliğ etmişdir. Onun ifasında yazılmış CD və DVD disklər Fransa, İran, Kanada, Almaniya, Türkiyədə istehsal olunub yayımlanır.
Elxan Mansurov 2005-ci ildə qardaşı, bəstəkar Eldar Mansurovun məşhur "Bəhramnamə" layihəsində solo tar partiyalarını ifa etmişdir.
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- Gülxar Həsənova (film, 2017)
- Bədr olmamış hilal (film, 2010)
- Səsin sehri. Həqiqət Rzayeva (film, 2010)
Şəcərəsi
[redaktə | mənbəni redaktə et]- Məşədi Məlik bəy Mansurovun nəticəsidir.
- Məşədi Süleyman bəy Mansurovun nəvəsidir.
- Tarzən Bəhram Mansurovun oğludur.
- Bəstəkar Eldar Mansurovun qardaşıdır.
- Kinooperator Aydın Mansurovun qardaşıdır.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- İnteraz. "Bu gün məşhur tarzən Elxan Mansurovun 59 yaşı tamam olur" (az.). interaztv.com. 21 Fevral 2014, 10:44. 2014-02-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31-03-2014.