Banqladeş — Vikipediya
Banqladeş | |||||
---|---|---|---|---|---|
গণপ্রজাতন্ত্রী বাংলাদেশ | |||||
| |||||
Beautiful Bangladesh, Bangladesh Godidog | |||||
Himn: Amar Şonar Banqla আমার সোনার বাংলা | |||||
Tarixi | |||||
• Elan etdildi | 26 mart 1971 | ||||
• Müstəqillik günü | 16 dekabr 1971 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt | Dəkkə | ||||
İdarəetmə forması | Unitar dominant-partiya parlamentli respublika | ||||
Prezident | Məhəmməd Şahəbuddin | ||||
Baş Nazir | Vakant | ||||
Sahəsi | Dünyada 92-ci | ||||
• Ümumi | 148,460 km2 km² | ||||
• Su sahəsi (%) | 6.4 | ||||
Əhalisi | |||||
• Əhali | 169,828,911 nəfər (8-ci) | ||||
• Sıxlıq | 1,305 nəf./km² (7-ci) | ||||
• Ümumi | 416.264.802.185 $[2], 460.201.000.095 $[2] | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | ▲ $1.475 trilyon dollar (25-ci) | ||||
• Adambaşına | ▲ $8,663 dollar (128-ci) | ||||
ÜDM (nominal) | |||||
• Ümumi (2023) | ▼ $421 milyard dollar (37-ci) | ||||
• Adambaşına | ▼ $2,469 dollar (145-ci) | ||||
İİİ (2021) | 0.661 (artım; 129-cu) | ||||
Valyuta | Banqladeş takası | ||||
İnternet domeni | .bd, .বাংলা[d] | ||||
ISO kodu | BD | ||||
BOK kodu | BAN | ||||
Telefon kodu | +880 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sol[d][3] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Banqladeş (benq. বাংলাদেশ ) və ya rəsmi adı ilə Banqladeş Xalq Respublikası (benq. গণপ্রজাতন্ত্রী বাংলাদেশ) — Cənubi Asiyada dövlət. Banqladeş keçmiş Şərqi Pakistanın ərazisində yaradılmışdır. 26 mart 1971-ci ildən müstəqil dövlətdir və rəsmi olaraq 16 dekabr 1971-ci ildən dövlət kimi təşkil olunmuşdur. Şimal, qərb və şərqdə Hindistan, cənub-şərqdə Myanma ilə həmsərhəddir və cənubda isə Benqal körfəzi ilə əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Dəkkə şəhəri, ümumi sahəsi 147,570 kvadrat kilometrdir.
Adın etimologiyası
[redaktə | mənbəni redaktə et]Benqalların dillərində — "Benqaliya ölkəsi" deməkdir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Banqladeş 1971-ci ilə kimi Pakistanın "Şərqi Pakistan" adlı əyaləti idi. Daha əvvəllər isə ingilislərin Benqal əyaləti olmuşdur.
12-ci əsrdən 1757-ci ilə kimi Müsəlmanların idarəsində olmuşdur. 1757–1905-ə kimi isə ingilislərin hakimiyyəti altına düşmüşdür. 1947-ci ildə Pakistanın "Şərqi Pakistan" əyaləti oldu. Bu 1969-cu ilə kimi davam etdi. Daha sonra 1971-ci ildə Hindistan - Pakistan müharibəsi başlayır. 1971-ci il dekabrda müharibə başa çatdıqdan sonra Hindistan artıq Şərqi Pakistanın böyük bir hissəsini işğal etmişdi. 1971-ci il 22 dekabrda Mucibur Rəhmanın başçılığı ilə Banqladeş Müsəlman Xalq Cumhuriyyəti yaradılır və Hindistan buranı tərk edir. 15 avqust 1975-ci ildə Mucibur Rəhman ailəsi ilə birlikdə öldürüldü. İdarəni Qəndəhar Mustak Əhməd ələ keçirdi.
Coğrafiya
[redaktə | mənbəni redaktə et]Banqladeşin sahəsi 147,570 km²-dir[4] .
Hökumət
[redaktə | mənbəni redaktə et]Dövlət quruluşu
[redaktə | mənbəni redaktə et]Banqladeşin dövlət quruluşu parlamentli respublikadir.
İnzibati ərazilər
[redaktə | mənbəni redaktə et]64 dairəni (zilanı) özündə birləşdirən, paytaxt Dəkkə şəhərinin də daxil olduğu 8 inzibati rayona (Dəkkə, Çittaqonq, Kxulna, Narayanqanc, Racşaxi, Silxet, Barisal, Ranqpur və Mymensinqh )[5][6] bölünür.
Silahlı qüvvələr
[redaktə | mənbəni redaktə et]İllik hərbi xərcləri — US$4.06 billion (2020)
İqtisadiyyat
[redaktə | mənbəni redaktə et]Banqladeş, dünyanın ən kasıb, ən çoxmillətli və ən az inkişaf etmiş ölkələrindən biridir. İqtisadiyyatının əsasını kənd təsərrüfatının yeganə önəmli sahəsi olan düyü istehsalı tutur. Pul vahidi "TAKA" dır.
Demoqrafiya
[redaktə | mənbəni redaktə et]98 faiz benqal, 250.000 bihari, 1.000.000 nəfərə yaxın yerli icmalar.
Dil
[redaktə | mənbəni redaktə et]Banqla, İngilis.
Din
[redaktə | mənbəni redaktə et]Banqladeş Xalq Respublikasında əhalinin əksəriyyətini (85 faizini) müsəlmanlar təşkil edir. Əsasən sünniliyin hənəfi məzhəbi tərəfdarlarıdır. Az sayda şiələr, o cümlədən ismaililər vardır. Ölkədə çoxlu hinduist yaşayır (13,5 %). Bununla yanaşı buddistlər (439 min nəfər) və xristianlar (150 min nəfər), protestant və katoliklər (150 min nəfər) vardır. Buddistlərə tibet-birma xalqları, xristianlara qaro qəbiləsi aiddir. Ölkənin bir sıra rayonlarında qəbilə dinləri qorunub saxlanır.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 3 // Constitution of Bangladesh.
- ↑ 1 2 https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.CD. Dünya Bankı.
- ↑ http://chartsbin.com/view/edr.
- ↑ "The official website of Bangladesh Bureau of Statistics". 2019-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-03-29.
- ↑ "Rangpur becomes a division | | bdnews24.com". 2011-05-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-06-17.
- ↑ "CIA World Factbook 2007". 2017-12-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-06-17.