Bazar adası (Xəzər dənizi) — Vikipediya

Bazar adası
Ümumi məlumatlar
Sahəsi
  • 8 km²
Hündür nöqtəsi -25,8 m
Əhalisi
  • 0 nəf.
Yerləşməsi
43°54′25″ şm. e. 47°42′43″ ş. u.HGYO
Ölkə  Rusiya
Akvatoriya
Bazar adası xəritədə
Bazar adası
Bazar adası
Bazar adası xəritədə
Bazar adası
Bazar adası

Bazar adasıXəzər dənizinin şimal-qərbində yerləşən, Çeçen arxipelaqının adalarından biri. İnzibati cəhətdən Rusiyanın Dağıstan Respublikasında, Mahaçqala şəhər rayonunda yerləşir. Adanın iqlimi soyuq və qurudur.

Adanın adı tatarca "bazar" – "düzlük" sözündəndir[1].

Bazar adası Aqraxan yarımadasının şimalında, Çeçen arxipelaqının tərkibində yerləşir. Adanın şərqində Piçujonok adası, şimalında Çeçen, cənubunda Yaiçni yerləşir. Ada digərlərindən dayaz boğazlar ilə ayrılır: Piçujonok adasından — Yaiçni boğazı ilə və Yaiçni adasından — Kalmıçonok boğazı ilə.

Adanın sahil xətti dəniz səviyyəsindəki dalğalanmalara, Terek çöküntülərinə, axınlara və düynlərin hərəkətinə görə dəyişkəndir. Bazar adası buxtaları və körfəzləri ilə doludur. Adanın uzunluğu təxminən 4 km, eni 3 km-ə qədərdir. Onun sahəsi təxminən 8 km²-dir.

Xəzər dənizində səviyyənin enməsi dövründə Yaiçnı və Bazar adaları arasındakı boğaz yox olur və iki ada birləşir[2].

Ada Sulak və Terek çaylarının çöküntülərindən əmələ gəlmişdir[3]. 21-ci əsrin əvvəllərində Xəzər dənizində suyun səviyyəsinin qalxması nəticəsində Bazar adasının sahəsi xeyli azalır, lakin 2010-cu illərdə Xəzər dənizinin dayazlaşması ilə əlaqədar olaraq arxipelaqın digər adalarının ərazisi kimi, tədricən böyüyür.

Adada orta temperatur 12°C-dir. Ən isti ay iyul (26 °C), ən soyuq ay isə yanvar (−2 °C) ayıdır. Orta illik yağıntı 482 mm-dir. Ən yağışlı ay dekabr (69 mm yağıntı), ən quraq ay isə avqustdur (16 mm).

  1. "Твердый А. В. Топонимический словарь Кавказа". 2010-10-06 tarixində arxivləşdirilib.
  2. "Энциклопедия Я". Каспийский морской научно-исследовательский центр (rus). 2022-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-08.
  3. "Остров Чечень" (rus). 2021-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-26.