Birləşmiş Krallıq — Vikipediya
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı | |||||
---|---|---|---|---|---|
United Kingdom of Great Britain and Northern Ireland Royaume-Uni de Grande-Bretagne et d'Irlande du Nord | |||||
| |||||
Dieu et mon droit | |||||
Himn: ing. Dieu et mon droit | |||||
Rəsmi dilləri | |||||
Paytaxt | London | ||||
İdarəetmə forması | konstitusiyalı monarxiya | ||||
Monarx | III Çarlz | ||||
Baş Nazir | Keir Starmer | ||||
Sahəsi | Dünyada 78-ci | ||||
• Ümumi | 242,495 km2 km² | ||||
• Su sahəsi (%) | 1.51 | ||||
Əhalisi | |||||
• Əhali | ▲ 68,138,484 nəfər (21-ci) | ||||
• Siyahıyaalma (2011) | 63,182,1178 nəf. | ||||
• Sıxlıq | 270.7 nəf./km² (50-ci) | ||||
• Ümumi | 3.122.480.345.925 $[1], 3.070.667.732.359 $[1] | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | ▲ $3.847 trilyon dollar (10-cu) | ||||
• Adambaşına | ▲ $56,471 dollar (28-ci) | ||||
ÜDM (nominal) | |||||
• Ümumi (2023) | ▲ $3.159 trilyon dollar (6-cı) | ||||
• Adambaşına | ▲ $46,371 dollar (24-cü) | ||||
İİİ (2021) | 0.929 (artım; 18-ci) | ||||
Valyuta | funt sterlinq | ||||
İnternet domeni | .uk, .gb[2][3] | ||||
ISO kodu | GB | ||||
BOK kodu | GBR | ||||
Telefon kodu | +44 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sol[d] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Birləşmiş Krallıq (ing. United Kingdom) və ya rəsmi adı ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (ing. United Kingdom of Great Britain and Northern Ireland) — Şimal-qərbi Avropada dövlət. Birləşmiş Krallıq Böyük Britaniya adasını, İrlandiya adasının şimal-şərq hissəsini və Britaniya adaları daxilində bir çox kiçik adaları əhatə edir. Şimali İrlandiya vasitəsilə İrlandiya Respublikası ilə quru sərhədini bölüşür. Birləşmiş Krallıq şərqdə Şimal dənizi, cənubda La-Manş boğazı, cənub-qərbdə Kelt dənizi, qərbdə isə Atlantik okeanı ilə əhatə olunub. İrlandiya dənizi Böyük Britaniya və İrlandiya adalarını bir-birindən ayırır. Krallığın tərkibində dörd dövlət İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiya olmaqla konstitusiyalı monarxiyadır. Paytaxtı və ən böyük şəhəri London, ümumi sahəsi 242,495 kvadrat kilometrdir. Birləşmiş Krallıq bəzən qısa şəkildə Böyük Britaniya və ya Britaniya kimi də adlandırılır.
Dövlətintərkibinə Böyük Britaniya adası, İrlandiya adasının şimal-şərq hissəsi və çoxsaylı kiçik adalar daxildir. Materik Avropaya Fransa vasitəsilə La Manş kanalı ilə birləşir.
Böyük Britaniya tərkibində dörd dövlət – İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiya olmaqla konstitusiyalı monarxiyadır. Dövlətin hazırkı monarxı III Çarlzdır. Kral dünyanın daha 17 müstəqil dövlətin başçısı sayılır. Bunlar bir vaxtlar yer səthinin 1/4-ni zəbt etmiş Britaniya İmperiyasından qalma ərazilərdir.
Britaniya İmperiyası bir vaxtlar dünyanın yeganə supergücü sayılırdı. Lakin ardıcıl dünya müharibələri və XX əsrin ikinci yarısından imperiayada başlayan tənəzzül prosesi onun süqutuna gətirib çıxardı. Bununla belə Britaniya müasir dünyanın əhəmiyyətli siyasi, mədəni, iqtisadi nüvə-hərbi gücü kimi qalmaqdadır. Britaniya Birləşmiş Millətlər Təşkilatı yanında Təhlükəsizlik Şurasının daimi üzvü, Böyük Səkkizlərin və Britaniya Millətlər Birliyinin üzv dövləti və İkinci dünya müharibəsinin keçmiş səkkiz qalib dövlətlərindən biridir.
Tarixi
[redaktə | vikimətni redaktə et]İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiyanın tarix öncəsi dövrlərini əhatə edir. 1800–1922 illəri arasında İrlandiyanın hamısı Birləşmiş Krallığın bir hissəsi sayıldığı üçün bu dövrlərdə İrlandiyanın tarixi də Birləşmiş Krallıq tarixinin bir hissəsi sayılır. Birləşmiş Krallığın ən qədim xalqlarını keltlər təşkil edir. E.ə. 55 və E.ə. 410 illəri arasında Britaniya adaları Roma İmperiyasına bağlı Britannia əyalətini təşkil. V əsrdə bölgə Xristianlığın təsiri altına girdi. Eyni illərdə Cermen bir xalq olan Anqlosaksonlar böyük kütlələr halında namizədə köç etdilər. 1066–1154-cü illəri arasında yenə bir Cermen irqi olan Normanlar namizədi ələ keçirdilər. İngilislər bu Cermen irqlərinin davamını meydana gətirməkdədirlər. Şotlandlar, Uelslilər və İrlandiyalılar isə Keltlərin davamıdır. 1707-ci ildə şotlandiya ilə birləşdi
Coğrafiyası
[redaktə | vikimətni redaktə et]Dövlət Britaniya adalarında (Böyük Britaniya, İrlandiya adasının şimal-şərq hissəsi, həmçinin kiçik adalar və arxipelaqlar: Hebrid, Orkney və Şetland adaları, Anqlsi, Arran, Vayt) Atlantik okeanda yerləşir. Şimali, İrlandiya, Kelts və Hebrid dənizləri ilə yuyulur. Cənub-şərq sahili ilə Fransanın şimal sahili arasinda yalniz 35 km məsafə var. Iki dövləti bir-birindən La Manş boğazı ayırır.
Böyük Britaniyanın sahəsi-244 820 km².1993-cü ilin məlumatına görə, torpaq sahəsinin 10%-i meşə ilə örtülü idi, 46%-i otlaq üçün istifadə edilmişdir və 25%-i kənd təsərrüfatında istifadə edilmişdir. Sahil uzunluğu 17.820 km-dir. Cənub sahil Avropa kontinenti ilə uzunluğu 50 km olan (38 km su altında olmaqla) avrotunel vasitəsilə birləşir. Bu, dünyada ən uzun sualtı tuneldir. İrlandiyanın Şimali İrlandiya Respublikası ilə 360 kilometrlik quru sərhədi var və bu, Böyük Britaniyanın yeganə quru sərhədidir.
İngiltərə, Böyük Britaniyanın yarısından çox ərazisini əhatə edir (130.395 kvadrat kilometr) Bunun böyük bir hissəsi ovalığlardan ibarətdir. Yüksəkliklər əsasən ərazinin şimal (Pennins) və şimal-qərbində (Kamberlend) cəmlənmişdir. Ən uzun çayları Temza, Severn və Humberdir.
Şotlandiya Böyük Britaniyanın 78.772 kvadrat kilometr əhatə edir. Şotlandiyanın ərazisinə əsasən qərb və şimal hissələrində yerləşən səkkiz ada daxildir(Hebrid, Orkney, Şetland və başqa adalar). Şotlandiya iki tamamilə müxtəlif regionlardan ibarətdir:şimal-qərb hissədə yerləşən Şimali-Şotlandiya dağlıq ərazi(Haylend) və cənub-şərq hissədə yerləşən Loulend. Haylendə demək olar ki Şotlandiyanın bütün dağlıq ərazisini əhatə edir(Ben Nevis 1343 metr hündürlüyü ilə Britaniya adalarının ən yüksək zirvəsi hesab olunur).
Uels Böyük Britaniyanın 20.779 kvadrat kilometr əhatə edir. Uels- əsasən dağlıq ölkədir. əsas əhali və sənaye sahələri Kardiff, Swansea və Nyuport sahil şəhərlərində, o cümlədən dəqiq Cənubi Uels yerləşir. (Snoudon dağı-1085 m) Uelsin ən yüksək dağları Snoudonda yerləşir(Snoudon dağı-1085 m).
Şimali İrlandiya yalnız 13.843 kvadrat kilometr əhatə edir və əsasən dağlıq ərazidir. Şimali İrlandiyaın ən yüksək nöqtəsi 852 m hündürlüyü olan Sliv-Donard zirvəsi hesab olunur.
İnzibati quruluşu
[redaktə | vikimətni redaktə et]Böyük Britaniya 4 tarixi-coğrafi vilayətdən – İngiltərə (Böyük Britaniya adaları), Uels, Şotlandiya, Şimali İrlandiyadan ibarətdir. Böyük Britaniya adaları, İrlandiya adasının şimal-şərq hissəsi, Anqlsi, Vayt, Normand, Orkney, Hebrid, Şetlend adaları və bir sıra kiçik adalar Birləşmiş Krallığın tərkibinə daxildir. Vayt adası İngiltərəyə, Anqlsi adası Uelsə, Hebrid, Şetlend və Orkney adaları Şotlandiyaya mənsubdur. İngiltərə – 34 qraflığa (two-tier counties), 32 London inzibati rayonuna və 1 London şəhərinə (və ya Böyük London), 36 metropoliya-qraflığa (metropolitan county), 46 unitar rayona (unitary authoritities) bölünür. Şotlandiya – 32 unitar rayondan ibarətdir. Şimali İrlandiya – 26 rayon şurasından ibarətdir. Uels – 22 unitar rayondan ibarətdir[4].
Xarici siyasəti
[redaktə | vikimətni redaktə et]Birləşmiş Krallığın xarici siyasətinin əsas prioritetləri aşağıdakılardır[5]:
- Ölkənin təhlükəsizliyinin təmin edilməsi;
- Birləşmiş Krallığın enerji daşıyıcıları ilə təmin edilməsinin təhlükəsizliyi və fasiləsizliyinin təmin edilməsi, ölkənin iqtisadi maraqlarının qorunması;
- dünyada demokratiyanın, qanunun aliliyi prinsipinin yayılması və möhkəmləndirilməsi, insan hüquqlarının təmin edilməsi üzərində nəzarət;
- yeni münaqişələrin yaranmasının qarşısının alınması, hazırda mövcud olan münaqişələrin nizamlanmasında iştirak etmək;
- ümumdünya siyasi sisteminin sabitliyinin saxlanılması;
- beynəlxalq terrorizmlə mübarizə;
- ölkə ərazisində terror aktlarının törədilməsinin qarşısının alınması;
- kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması;
- Birləşmiş Krallığın qeyri-qanuni miqrasiya, narkotiklərin qeyri-qanuni dövriyyəsi, insan alveri və digər beynəlxalq cinayətlərdən qorunmasının təmin edilməsi; həmçinin qlobal miqyasda beynəlxalq cinayətkarlığın səviyyəsinin aşağı salınması;
- NATO, Avropa İttifaqı, BMT, G8 çərçivəsində (Böyük səkkizlik) fəal siyasət aparılması;
- Birləşmiş Krallığın dünya siyasəti məsələlərinə və qlobal problemlərin həllinə maksimum təsir göstərmək istiqamətində effektiv çoxtərəfli əməkdaşlıq sistemini dəstəkləməsi;
- BMT Təhlükəsizlik Şurasının islahatlarının dəstəklənməsi;
- Rusiya, Çin, Yaponiya, Hindistan ilə daha sıx əməkdaşlıq münasibətlərinin qurulması;
- İslam dövlətləri ilə "konstruktiv qarşılıqlı əlaqələr"in qurulması;
- müsəlman dövlətlərində siyasi və sosial islahatların dəstəklənməsi;
- ABŞ və Avropa İttifaqı ölkələri ilə sıx əlaqələrin qurulması;
- Birləşmiş Krallıq üçün beynəlxalq terrorizm təhlükəsinin azaldılması;
- Əfqanıstan və İraqın bərpa olunması prosesində iştirak etməyə davam etmək, Əfqanıstanda opium istehsalının əhəmiyyətli dərəcədə azaldılması və yaxın 10 il ərzində tamamilə aradan qaldırılması;
- beynəlxalq tərəfdaşlarla qarşılıqlı əlaqələr vasitəsilə Cənubi Asiya, Yaxın Şərq, Balkanlar və digər regionlarda gərginliyin səviyyəsinin azaldılması;
- İran və Şimali Koreyanın nüvə silahı əldə etməsinin qarşısının alınması;
- Birləşmiş Krallığın NATO-nun müasirləşdirilməsi və Avropa İttifaqının müdafiə imkanlarının təkmilləşdirilməsi yolu ilə Avropada təhlükəsizliyin möhkəmləndirilməsi;
- ətraf mühitlə bağlı səmərəli siyasətin təmin edilməsi.
İqtisadiyyatı
[redaktə | vikimətni redaktə et]Ümumi məlumatlar
[redaktə | vikimətni redaktə et]İqtisadiyyatın mühüm sahələri: avtomatlaşdırma avadanlığı, elektrik avadanlığı, dəmiryol avadanlığı, gəmiqayırma, təyyarə, elektrik və rabitə avadanlığı, kağız istehsalı, neft, kimya sənayesi, yüngül sənaye və geyimlər, yeyinti sənayesi[6].
- ÜDM: $ 2.224 trilyon (2009)
- ÜDM-nin artımı: −4.8% (2009)
- Sektorların payına düşən ÜDM: kənd təsərrüfatı: 1,2 %, sənaye: 23,8 %, xidmətlər: 75 % (2009)
- Adambaşına ümumi daxili məhsul: $ 35.200 (2009)
- Büdcə: Gəlirlər: $ 880.8 milyard, Xərclər: $ 1.129 trilyon (2009) İxrac: $ 357.3 milyard (2009)
- İxrac tərəfdaşları: ABŞ 13,8%, Almaniya 11,5%, Niderland 7,8%, Fransa 7,6%, İrlandiya 7,5%, Belçika 5,3%, İspaniya 4,1%,
- İxrac məhsulları: maşınqayırma məhsulları, yanacaq, kimya sənayesi məhsulları, ərzaq, içki, tütün. İdxal: $ 486 mlrd. (2009)
- İdxal tərəfdaşları: Almaniya 13%, ABŞ 8,7 %, Çin 7,5%, Niderland 7,4%, Fransa 6,8%, Norveç 6%, Belçika 4,7%, İtaliya 4,1% İdxal məhsulları: maşınqayırma məhsulları, avadanlıqlar, yanacaq, ərzaq
İqtisadiyyatın tarixi
[redaktə | vikimətni redaktə et]XIX əsrin axırlarınadək Böyük Britaniya dünya təsərrüfatında ağalıq etmişdir. Bunun başlıca səbəbi Böyük Britaniyanın kapitalizmin vətəni, sənaye çevrilişinin beşiyi olması ilə, "dünyanın sənaye emalatxanasına" çevrilməsi ilə izah olunur. Bununla yanaşı, olduqca iri müstəmləkələrə malik Böyük Britaniya, bu müstəmləkələrin istismar edilməsindən böyük gəlir götürürdü. Nəhayət, La-Manş və Pa-de-Kale boğazlarından keçən mühüm dəniz ticarət yollarında əlverişli coğrafi mövqeyi ölkəyə Yer kürəsinin bütün regionları ilə əlaqə yaratmağa imkan verirdi. Böyük Britaniyanın iqtisadiyyatının sürətli inkişafına ölkə ərazisində müxtəlif faydalı qazıntı yataqlarının, xüsusilə dəmir filizi və daş kömür hövzələrinin bir-birinə yaxın yerləşməsi çox böyük təsir göstərmişdir. Belə amil metallurgiyanın güclü inkişafına, metallurgiya isə müstəmləkələrin ələ keçirilməsində və Dünya Okeanında hökmranlıq edilməsində mühüm rol oynayan güclü dəniz donanmasının yaradılmasına imkan vermişdir. Keçmiş mövqeyini itirməsinə baxmayaraq Böyük Britaniya indi də dünyanın yüksək inkişaf etmiş sənayeyə malik başlıca ölkələrindən biridir. Böyük Britaniya İnkişaf Etmiş Ölkələr arasında kapital ixracatına görə yalnız ABŞ və Yaponiyadan geri qalır. XX əsrin 80-ci illərindən başlayaraq neft hasilatının sürətlə artması onun iqtisadi strukturunun yenidən qurulmasına, iqtisadiyyatın inkişafına imkan yaratmışdır. Bununla yanaşı Böyük Britaniya, əvvəllər Britaniya imperiyasına daxil olan ölkələrin Birliyini yaratmış və ona rəhbərlik edir. Bu, keçmiş müstəmləkə ölkələri ilə əlaqələri tənzimləyən özünəməxsus iqtisadi birlik formasıdır.
Sənaye
[redaktə | vikimətni redaktə et]Böyük Britaniya sənayesinin strukturu digər başlıca İEÖ-i xatırladır. Mürəkkəb və çoxsahəli maşınqayırma mühüm rol oynayır. Elektrotexnika, elektronika, aviakosmik sənayenin, cihazqayırma və avtomobilqayırmanın inkişafına görə London, Birmingem-Koventri rayonları, dəzgahqayırma və avtomobilqayırmaya görə Birminhem, toxuculuq maşınqayırmasına görə Mançester, gəmiqayırmaya görə Qlazqo, idxal xammala əsaslanan metallurgiyanın inkişafına görə Şeffild, Kardiff və dəniz sahili şəhərlər fərqlənir. Kimya sənayesi Şimal dənizinin dayazlıqlarından çıxarılan neft və təbii qaza əsaslanır
Kənd təsərrüfatı
[redaktə | vikimətni redaktə et]Böyük Britaniyanın intensiv inkişaf etmiş kənd təsərrüfatında heyvandarlıq üstünlük təşkil edir. Ölkənin şimal və qərbində günəşli günlərin məhdudluğu taxıl bitkilərinin yetişdirilməsinə imkan vermir. Rütubətli okean iqlimində otlaq və çəmənliklər mal-qaranı yaşıl otla yaxşı təmin edir. Böyük Britaniyanın kənd təsərrüfatı əhalinin ərzağa olan tələbatını təmin etmir. Kənd təsərrüfatı məhsullarına buğda, tərəvəz, dana əti, quzu əti, quş əti, balıq, kartof aiddir.
Təbii ehtiyatlar
[redaktə | vikimətni redaktə et]Təbii ehtiyatlar: daş kömür, neft, təbii qaz, əhəng daşı, metal, duz, gil, gips, qurğuşun, manqan[6].
Mədəniyyət
[redaktə | vikimətni redaktə et]Keçən əsrin 60-cı illərində The Beatles və "Rollinq stounz"un populyarlığının çiçəklənməsindən bu günə kimi Böyük Britaniya gənc mədəniyyətinin avanqardı olaraq qalır. Ölkənin Uilyam Şekspir və şotland Robert Berns, uelsli Dilan Tomas və şimali irlandiyalı Şeymas Xini də daxil olmaqla, zəngin ədəbiyyat irsi var. Barokko dövrü ndən, Henri Perselladan XX əsrdə Benjamin Brittenə qədər, dünyaya klassik bəstəkarlar verən milli musiqi qədim köklərə malikdir.[7]
Şəhərləri
[redaktə | vikimətni redaktə et]Ənənə və mərasimlər
[redaktə | vikimətni redaktə et]- Böyük Britaniyada Pasxa, Milad və Yeni il bayramlarından başqa bütün digər bayramlar ancaq bazar ertəsi günü keçirilir.
Din
[redaktə | vikimətni redaktə et]Birləşmiş Krallıqda hakim din xristianlığın müxtəlif formalarıdır. Dövlət siyahıya almasının nəticələrinə görə, iyirminci əsrin ortalarındandan bəri kilsəyə müntəzəm olaraq gələnlərin sayında kəskin azalmaya və immiqrasiya və demoqrafik dəyişikliklər nəticəsində başqa dinlərə sitayiş edənlərin sayının artmasına baxmayaraq, vətədaşların əksəriyyəti xristiandır.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.CD. Dünya Bankı.
- ↑ Ruling the Root: Internet Governance and the Taming of Cyberspace. ISBN 978-0-262-63298-0
- ↑ Official country code for Britain = GB or UK?.
- ↑ "Great Britain səh 1" (PDF). 2019-11-01 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2019-01-23.
- ↑ "Great Britain səh 3" (PDF). 2019-11-01 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2019-01-23.
- ↑ 1 2 "Great Britain səh 2" (PDF). 2019-11-01 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2019-01-23.
- ↑ "Arxivlənmiş surət". 2013-07-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-03-07.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Office for National Statistics : The UK population: by ethnic group, April 2001
- http://ukinazerbaijan.fco.gov.uk/az/our-offices-in-azerbaijan/britian-azer Arxivləşdirilib 2009-01-20 at the Wayback Machine
- https://en.wikipedia.org/wiki/Withdrawal_from_the_European_Union