Ceyms Endryu Makevoy (ing. James McAvoy, 21 aprel 1979[1][2], Qlazqo[3]) - Şotland aktyor.[4] Yeniyetməlik dövründən aktyorluğa başlayan Ceyms 1995-ci ildə Yaxın Otaq (The Near Room) filmi ilə debüt etdi. 2000-ci illərə qədər bir çox televiziya çıxışları ilə yadda qaldı. Onun görkəmli televiziya işlərinə Böyük Oyun, Utanmaz və Qum təpəsinin uşaqları kimi seriallar daxildir. Ekran fəaliyyətindən başqa Makevoy 2009-cu ildə Yağışlı Üç Gün (Three Days of Rain) ilə səhnəyə çıxdı. 2011-ci ildə isə Qnomeo və Culyetta və Artur Krismas kimi animasiya filmləri üçün səs çalışmalarında iştirak etdi.
İl | Orginal adı | Rol | Qeyd |
2001 | Silah qardaşları | Ceyms V. Miller | (mini serial) |
2004 | Utanmaz | Stiv Makbrayd | (2004-2005, TV) |
2005 | Narniya xronikaları: Şir, cadugər və paltar şkafı | Mr. Tumnus, Faun | |
2007 | Kəffarə | Robbi Törner | |
2010 | Suiqəsd | | |
2011 | X Men:First Class | Çarlz Xavier | |
2014 | X-Men: Keçmiş günlər qayıdacaq | Çarlz Xavier | |
2016 | Parçalanmış | Kevin | |