Fərqanə yemişanı — Vikipediya
Fərqanə yemişanı | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Fərqanə yemişanı | ||||||
Beynəlxalq elmi adı | ||||||
|
Fərqanə yemişanı (lat. Crataegus ferganensis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.
Təbii yayılması
[redaktə | mənbəni redaktə et]Orta Asiyanın endemik bitkisidir.
Botaniki təsviri
[redaktə | mənbəni redaktə et]Hündürlüyü 3 m-dək olan ağacdır. Yaşlı nüsxələrdə hündürlüyü 5,9 m, gövdəsinin diametri 6,8 sm olur. Vegetasiya dövrü may ayından oktyabr ayınadək davam edir. Surətlə böyüyür. İyun ayında 7 gün ərzində çiçəkləyir. Meyvələri avqust ayında yetişir.
Ekologiyası
[redaktə | mənbəni redaktə et]Dağ yamaclarında və çaylarının sahillərində, kolluqlarda bitir. İşiqsevəndir, qışa davamlılıdır.
Azərbaycanda yayılması
[redaktə | mənbəni redaktə et]Naxçıvan MR-da təbii halda rast gəlinir.
İstifadəsi
[redaktə | mənbəni redaktə et]Yaşılaşdırmada tək və qrup əkinlərində istifadə etmək üçün məsləhət görülür.