Yalançı müxtəlifyarpaq yemişan — Vikipediya

Yalançı müxtəlifyarpaq yemişan
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Crataegus pseudoheterophylla Pojark.

Yalançı müxtəlifyarpaq yemişan (lat. Crataegus pseudoheterophylla) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

İran, Qafqaz, İraq, Əfqanistanda təbii halda yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Açıq-qırmızı, boz rəngli budaqları olan kiçik ağac və ya koldur. Yarpaqları lələkvari, üst tərəfi parlaq açıq-yaşıl, alt tərəfi göyümtüldür. Meyvəsi yumurtavari formalı, qəhvəyi-qırmızı rənglidir.

Dəniz səviyyəsindən 1200-2000 m hündürlükdə daşlı qayalıqlarda bitir. İstiyə, soyuyğa davamlı olub, torpağa təlabkar deyildir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Böyük və Kiçik Qafqaz, Naxçıvan MR-da təbii halda rast gəlinir.

Dekorativ görünüşə malikdir. Yaşıllaşdırmada istifadə edilir.