Creative Commons lisenziyaları — Vikipediya
Creative Commons (CC) — başqa şəkildə müəllif hüququ ilə qorunan "əsərin" azad yayımlanmasına icazə verən ictimai müəllif hüququ lisenziyalarından biri.[a] CC lisenziyası müəllifin digər insanlara yaratdığı əsəri paylaşmaq, istifadə etmək və onun əsasında yaratmaq hüququ vermək istədiyi zaman istifadə olunur. CC müəllifə çeviklik təmin edir (məsələn, müəyyən bir əsərin yalnız qeyri-kommersiya məqsədli istifadəsinə icazə verməyi seçmək olar) və müəllifin əsərindən istifadə edən və ya yenidən yayımlayanları müəllifin əsəri yayımladığı lisenziyada müəyyən edilmiş şərtlərə əməl etdikləri müddətcə müəllif hüquqlarının pozulması narahatlıqlardan qoruyur.[1][2][3][4][5]
CC lisenziyalarının bir neçə növü mövcuddur. Hər bir lisenziya yayımlanma şərtlərini müəyyən edən kombinasiyalar ilə fərqlənir. İlk dəfə ABŞ-ın 2001-ci ildə qurulan qeyri-kommersiya korporasiyası Creative Commons tərəfindən 16 dekabr 2002-ci ildə yayımlanmışdır. Lisenziyalar dəstinin 1.0-dan 4.0-a qədər nömrələnmiş beş versiyası da mövcuddur.[6] 2013-cü ilin noyabrında yayımlanan 4.0 ən aktual olandır. Creative Commons lisenziyası ilkin olaraq Amerika hüquq sistemində əsaslandırılsa da, indi beynəlxalq qanunları özündə cəmləşdirən bir neçə Creative Commons yurisdiksiya portları mövcuddur.
2014-cü ilin oktyabr ayında Open Knowledge Foundation Creative Commons CC BY, CC BY-SA və CC0 lisenziyalarını məzmun və data üçün "Open Definition"-a uyğun olaraq təsdiqlədi.[7][8][9]
Lisenziyalar
[redaktə | mənbəni redaktə et]Dörd hüquq
[redaktə | mənbəni redaktə et]CC bütün "əsas hüquqlar"ı, məsələn qeyri-kommersiya məqsədləri üçün və heç bir dəyişiklik etmədən müəllif hüquqları ilə qorunan əsəri qlobal olaraq yayımlamaq hüququ verir.[10] Bundan əlavə lisenziyanın müxtəlif versiyaları bu cədvəldə göstərildiyi kimi müxtəlif hüquqlar təyin edir:[11]
İşarə | Hüquq | İzahı |
---|---|---|
Atribusiya (BY) | Lisenziyaçılar yalnız müəllifə və ya lisenziya verənə bu sənədlərlə müəyyən edilmiş qaydada kreditlər (atribusiya) verdikdə, onun əsasında törəmə əsərləri və remiksləri kopyalaya, yayımlaya, nümayiş etdirə, yerinə yetirə və yarada bilərlər. 2.0 versiyasından bəri bütün Creative Commons lisenziyaları yaradıcıya istinad edilməsini tələb edir və BY elementini ehtiva edir. | |
Share-alike (SA) | Lisenziyaçılar törəmə əsərləri yalnız orijinal işi tənzimləyən lisenziya ilə eyni olan ("daha çox məhdudlaşdırıcı olmayan") lisenziyaya əsasən yayımlaya bilər. Share-alike olmadan törəmə əsərlər uyğun, lakin daha məhdudlaşdırıcı lisenziya müddəaları ilə sublisenziyalaşdırıla bilər. (məs. CC BY - CC BY-NC) | |
Qeyri-kommersiya (NC) | Lisenziyaçılar yalnız qeyri-kommersiya məqsədləri üçün kopyalaya, yayımlaya, nümayiş etdirə, yerinə yetirə və onun əsasında törəmə əsərlər və remikslər yarada bilərlər. | |
Törəmə əsərlər olmaz (ND) | Lisenziyaçılar əsərin yalnız sözlü nüsxələrini kopyalaya, yayımlaya, nümayiş etdirə və yerinə yetirə bilər, törəmə işləri və ona əsaslanan remiksləri deyil. 4.0 versiyasından sonra törəmə əsərlərə icazə verilir, lakin paylaşılmamalıdır. |
Qeydlər
[redaktə | mənbəni redaktə et]- ↑ "Əsər" insanın yaratdığı hər hansı bir materialdır. Rəsm, kitab, mahnı və onun sözləri və ya demək olar ki, hər şeyin fotoşəkili "əsər" hesab olunur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Shergill, Sanjeet. "The teacher's guide to Creative Commons licenses". Open Education Europa. 2017-05-06. June 26, 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-03-15. (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "What are Creative Commons licenses?". Wageningen University & Research. June 16, 2015. March 15, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-15. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Creative Commons licenses". University of Michigan Library. November 21, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-15. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Creative Commons licenses" (PDF). University of Glasgow. March 15, 2018 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-03-15. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "The Creative Commons licenses". UNESCO. March 15, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-15. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "License Versions – Creative Commons". wiki.creativecommons.org. iyun 30, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: iyul 4, 2017. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Open Definition 2.1". opendefinition.org. January 27, 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: January 25, 2023. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Conformant Licenses". opendefinition.org. March 1, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 25, 2023. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ says, Nemo. "Creative Commons 4.0 BY and BY-SA licenses approved conformant with the Open Definition". Creative Commons (ingilis). 2013-12-27. 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2023-01-25. (#redundant_parameters); (#redundant_parameters); (#invalid_param_val)
- ↑ "Baseline Rights". Creative Commons. iyun 12, 2008. fevral 8, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: fevral 22, 2010. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Frequently Asked Questions". Creative Commons. Creative Commons Corporation. 28 August 2020. 27 November 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 November 2020. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)