Dhaulagiri — Vikipediya

Dhaulagiri
nep. धौलागिरी
Dhaulagiri I şimal-şərq yamacı
Dhaulagiri I şimal-şərq yamacı
Ümumi məlumatlar
Dağ sistemi Himalay
Dağ silsiləsi Dhaulagiri
Mütləq hündürlüyü 8167[1]
Nisbi hündürlüyü 3357 m
İlk fəthi 13 may 1960-cı il (İsveçrə-avstriya ekspedisiyası)
Yerləşməsi
28°41′46″ şm. e. 83°29′43″ ş. u.HGYO
Ölkə  Nepal
Dhaulagiri xəritədə
Dhaulagiri
Dhaulagiri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dhaulagiri[2] (sanskrit. «Ağ dağ») — Himalay dağlarında çox zirvəli dağ massivi. Massivin əsas zirvəsi — Dhaulagiri I (8167 m) -dir. Dhaulagiri dünyanın yeddinci ən hündür səkkizminliyidir.

Dhaulagiri dağ massivi Nepalın mərkəzi hissəsində yerləşir. O Əsas Himalay silsiləsinin cənub hissəsində olub qərbdən Qandak çayı ilə kəsilib. Massiv ümumən Mayangdi və Gandak çayları arasında yerləşir. Dhaulagiridən 34 km şərqdə Annapurna zirvəsi yerləşir. Dhaulagirinin zirvəsi əsasən kristallik özüllü əhəngdaşından təşkil olunub. Dhaulagiri əsas 11 zirvədən ibarətdir. Əsas zirvə 8 km, digər on zirvənin hündürlüyü isə 7 km-dən yüksəkir:

Zirvə Hündürlük,m Fəth olunma tarixi
1 Dhaulagiri I 8167 1960
2 Dhaulagiri II 7751 1971
3 Dhaulagiri III 7715 1973
4 Dhaulagiri IV 7661 1969
5 Dhaulagiri V 7618 1975
6 Baş Çuren Himal 7385
7 Şərqi Çuren Himal 7371 1970
8 Qərbi Çuren Himal 7371 1970
9 Dhaulagiri VI 7268 1970
10 Putha Hiunçuli 7246 1954
11 Qurya Himal 7193 1969

Dhaulagiri dağ massivində buzlaşma səviyyəsi digər bölgələrlə müqayisədə çox aşağıdır. Massivin cənub yamacı boyu bir neçə asılı buzlaq enir. Şimal-qərbdə, əsas silsilədə isə böyük buzlaq sirki yerləşir.[3]

Dağ massivi öz adını əsas zirvədən - Dhaulagiridən götürmüş. Əsas zirvənin forması Dhaulagiri sözündə özünü göstərir. Sanskrit dilindən tərcümədə dhvala və ya davala «ağ» mənasını verir. Qiri isə «dağ» deməkdir.

Fəth olunma tarixi

[redaktə | mənbəni redaktə et]

18081832-ci illər arası Dhaulagiri dünyanın ən uca zirvəsi hesab edilirdi.[3] Alpinistlər isə ona ancaq 1950-ci ildən sonra diqqət ayırmağa başladılar. Ancaq zirvəyə təşkil edilmiş səkkizinci ekspedisiya uğur əldə edə bildi. 2007-ci ilə qədər zirvəyə ümumən 358 uğurlu dırmanış olmuşdur. Ölümlə nəticələnən dərmanışların sayı 58-dir[4]. Ümumən Dhaulagiridə ölüm əmsalı 16,2% -dir.

1960-cı ildə isveçrəyə məxsus düşərgədə Avropanın ən güclü alpinistləri toplanmışdır. Yük daşımaq məqsədi üçün kiçik təyyarədən belə istifadə edilirdi. Bu səkkizminliklərin fəthində ilk aktiv texnika istifadəsi idi. Ekspedisiyaya 1958-ci ildə uğursuzluğa düçar olmuş Maks Ayzel rəhbərlik edirdi. 13 mayda Dimerqer, Diner, Şelbert, Forer və şerp Navanq uğurla zirvəyə yetişdilər. Onlar zirvəyə şimal-şərq yamacı ilə dırmaşmış və sonradan bu marşrut klassik marşrut adlandırıldı.

13 dekabr 1982-ci ildə yapon Akio Koidzumi və şerp Nima Vanqçu ilk dəfə zirvəni qış aylarında fəth etdilər. Polşada isə ilk qış dırmanışını Eji Kukuçka və Andjey Çokun həyata keçirildiyi düşünülür. Onlar 21 yanvar 1985-ci ildə zirvəyə yetişmiş. Dünya təqvimində qış 21 dekabrda başlansada, nepal və tibetdə qış parametrləri 1 dekabrdan qüvvəyə minir.

  1. "Peakbagger.com". 2012-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-26.
  2. "Словарь географических названий зарубежных стран". 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-26.
  3. 1 2 "Arxivlənmiş surət". 2021-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-27.
  4. "Arxivlənmiş surət". 2021-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-27.