Dilarə Əliyeva (aktrisa) — Vikipediya
Dilarə Əliyeva | |
---|---|
Dilarə Hasil qızı Əliyeva | |
Digər adı | Dilarə Murtuzəliyeva |
Doğum tarixi | |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Həyat yoldaşı | |
Uşağı | 2 |
Atası | Hasil |
Anası | Lətifə |
Fəaliyyəti | aktrisa, televiziya aparıcısı |
Fəaliyyət illəri | 1996-cı ildən |
Təhsili | |
Mükafatları | |
IMDb | ID3108218 |
Dilarə Əliyeva (Dilarə Hasil qızı Əliyeva: 25 oktyabr 1972, Sumqayıt) — azərbaycanlı teatr və kino aktrisası, TV aparıcı. Azərbaycanın əməkdar artisti (2005),
Həyatı
[redaktə | vikimətni redaktə et]Dilarə Əliyeva 1994-cü ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Teatr kollektivinin rəhbəri" fakültəsini bitirmişdir. 1996-cı ildən 2009-cu ilədək C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktrisa vəzifəsində işləyib.
D. Əliyeva aktrisa kimi fəaliyyət göstərdiyi müddətdə müxtəlif janrlı tamaşalarda maraqlı rollar oynamışdır. Onun Xatirə (Hidayət, "Məhəbbət yaşayır hələ!…"), Günay (Hidayət, "Durnalar qayıdanda"), Günay (M. Bayciyev, "Ər və arvad"), Henrietta (G. Mopassan, "Dərəbəylik"), Badam (V. Əliyev, "Madam-Badam"), Gəlin (Z. Yaqub, "Didərginlər"), Mişilin (M. Marinye, "Oğru"), Zərifə (G. Xuqayev, "Mənim qayınanam") kimi rolları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. D. Əliyeva bir sıra televiziya filmlərində də çəkilib. Televiziya ekranında yaratdığı Leyli (N. Gəncəvi, "Leyli və Məcnun"), Durna (V. Səmədoğlu, "Yumurta"), Xavər (M. Atəş, "Gəlinlər"), Sarıca (M. Süleymanlı, "Bəylik dərsi"), Məhəbbət (T. İmanov, "Məhəllə") kimi obrazlar aktrisanın yaradıcılıq yolunun uğurları sayıla bilər.
Dilarə Əliyeva ATV telekenalının populyar "Çal-çağır" proqramının aparıcısı olub. Hal-hazırda isə ARB telekanalında "Söhbət Var" proqramının aparıcısıdır.
"SOY Production" mərkəzinin rəhbəri Oqtay Əliyev (1968) həyat yoldaşıdır.
İki övladı var: Aytən (1994) və Banu (2007).
Xalq artistləri Elmira İsmayılova və Vidadi Əliyevin gəlinidir, Vüsal Murtuzəliyevin bacısıdır.
Teatr səhnəsindəki rolları
[redaktə | vikimətni redaktə et]Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı
[redaktə | vikimətni redaktə et]Tamaşanın adı | Rol | Tarix | Rejissor | Müəllif |
---|---|---|---|---|
Generalın son əmri | Qız nəvə | 19 sentyabr 2014 | Ramiz Həsənoğlu | Vaqif Səmədoğlu |
Filmoqrafiya
[redaktə | vikimətni redaktə et]- Gəlinlər
- Bəylik dərsi və ya keçmişdən gülməcələr...
- Cavid ömrü
- Məhəllə
- Məhəllə 2 Moskvada
- Mürafiə vəkillərinin hekayəti
- Yumurta
- Sirr
- Sübhün səfiri
- 3 bacı (rol: Səadət; özü)
- 100 kağız
- Qaynanamız
- Hoqqa[1]
- Baldız
- Milyonluq Quş[türk.]
- Məhəllə 3
- Əfsanə Qayıdır
- Yuxu kimi — Əsmər
- Ölülər XXI əsr — Mərziyyə
- 5 Betər — Südabə
- Qaratikan — Narınc
- Geri Dönənlər — Cahan
- Cin Atı — Xilafə
- İkinci Bahar - Bahar
- Kəndimizin monikası- Monika
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Kulis. "Dilarə Əliyeva "Hoqqa"dan danışır" (az.). Youtube.com. 23.01.2017. 2017-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-24.