Diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu — Vikipediya

Diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu
XBT-10 F90.0
OMIM 143465, 608903, 608904, 608905, 608906, 612311, 612312
DiseasesDB 6158
MedlinePlus willem
MeSH D001289
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu (abbr. DÇHP,[1] ing. attention deficit hyperactivity disorder, abbr. ADHD) — neyroinkişaf pozuntusu.

Diqqətsizlik, hiperaktivlik (yetkinlərdə isə istirahətsizlik), pozucu davranış və impulsivlik DÇHP-nın əsas simptomlarıdır.[2][3]

Uşaq böyüyəndə, bariz hiperaktvlik yox olan birinci simptomlardan ola bilər. Halbuki o, həmçinin daha az aşkar formalara da keçə bilər. Məsələn, DÇHP ilə yeniyetmələr qurdalana, ayaqnan taqqıltı edə bilər. Həmçinin, DÇHP ilə yeniyetmələr istirahətsiz, uzun zaman ərzində bir yerdə otura bacarmayan və sakit yox, enerjili fəaliyyətinə üstülük verən ola bilər. Hiperaktivlikdən başqa olan simptomlar daha uzun ömürlü ola bilər.[4]

DÇHP başqa pozuntular ilə müşayiət oluna bilər, məsələn maddə istifadəsi pozğunluğu ilə. DÇHP ilə şəxslər tərəfindən maddədən sui-istifadəsi riski ümumi əhalidən artıqdır. Bu ən çox alkohol və ya marixuanadan sui-istifadəsi şəkildə baş verir.[5]

DÇHP travma ilə yüksək dərəcədə müşayiət olunur.[6] DÇHP-nın Posttravmatik stress pozuntusu (PTSP) ilə davranış simptomları ciddi dərəcədə üst-üstə düşür. Xüsusi ilə, motor istirahətsizlik, diqqətlə çətinliklər, qıcıqlanma, qəzəb, emosional daralma və ya nizamsızlıq, zəif impuls idarəsi və unutqanlıq hər iki qrupda müşahidə olunur.[7]

DÇHP ilə uşaqların nisbətən aşağı səviyyəli əl yazması olmağı ümumi haldır.[8] Bunun səbəbi DÇHP-dən gələn aşağı səviyyəli diqqət ola bilər, amma bu problem daimidirsə, səbəbi disleksiyadisqrafiya ola bilər. Həm disleksiya[9][10] həm də disqrafiyası olan şəxslərdə ümumi əhali ilə müqayisədə DÇHP daha çox aşkar olunur.[11] Disleksiyası olan şəxslərin 10-dan 3-də DÇHP də var.[12]

DÇHP-nin üç əsas növü var:[13][14]

  • Əsasən diqqətsiz (ing. predominantly inattentive, abbr. ADHD-PI və ya ADHD-I)
  • Əsasən hiperaktiv-impulsiv (ing. predominantly hyperactive-impulsive, abbr. ADHD-PH və ya ADHD-HI)
  • Birgə növü (ing. combined type, abbr. ADHD-C)

2017 və 2020 illərdə aparılan sistematik resenziyalar DÇHP-nın bütün yaş qruplarda artan intihar riski ilə bağlıdır. Həmçinin, uşaqlıq və ya yeniyetməlik dövründə DÇHP diaqnozu gələcəkdə də intihar riskini artdığını göstərən sübutlar çoxalmaqdadır.[15][16]

Hesab olunur ki, DÇHP 18 yaşdan cavan olan, DSM-IV kriteriyalarına görə diaqnostikanı keçənlərin 6–7%-ə təsir edir.[17] Diaqnostika Xəstəliklərin Beynəlxalq Təsnifatının kriteriyalarına görə aparılanda, həmin yaş qrup üçün bu göstərici 1–2%-dir.[18]

Yetkinlərdə DÇHP

[redaktə | vikimətni redaktə et]

DÇHP uşaqlıqda başlayan və həyat boyu davam oluna bilən xronik bir pozuntudur. Hesab olunur ki, DÇHP olan 33–66% arası uşaqların mühüm DÇHP simptomları yetkinlikdə var olmağa davam edərək, onların təhsilinə, məşğuliyyətinə və şəxsi münasibətlərinə mühüm təsir edəcək.[19]

Keçmişdə uşaq psixiatorların çoxu hesab edirdi ki, DÇHP simptomları yaşnan azalıb, yox olur. Halbuki, artıq 1970-ci illərdən bəri aparılan araşdırmalar bunun həmişə belə olmadığını göstərir.[20]

  1. "Diqqət çatışmazlığı və hiperaktivlik pozuntusunun (DÇHP) psixokorreksiyası". 2022-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-19.
  2. Dobie C. "Diagnosis and management of attention deficit hyperactivity disorder in primary care for school-age children and adolescents". 2012. 79. 1 mart 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2012.
  3. CDC, Attention-Deficit / Hyperactivity Disorder (ADHD), Centers for Disease Control and Prevention, 16 March 2016, 14 April 2016 tarixində arxivləşdirilib, İstifadə tarixi: 17 April 2016
  4. ADHD: A GUIDE TO UNDERSTANDING SYMPTOMS, CAUSES, DIAGNOSIS, TREATMENT, AND CHANGES OVER TIME IN CHILDREN, ADOLESCENTS, AND ADULTS. Fifth Edition s. 16
  5. Kooij SJ, Bejerot S, Blackwell A, Caci H, Casas-Brugué M, Carpentier PJ, və b. "European consensus statement on diagnosis and treatment of adult ADHD: The European Network Adult ADHD". BMC Psychiatry. 10. September 2010: 67. doi:10.1186/1471-244X-10-67. PMC 2942810. PMID 20815868.
  6. Famularo R, Fenton T, Kinscherff R, Augustyn M. "Psychiatric comorbidity in childhood post traumatic stress disorder". Child Abuse & Neglect. 20 (10). October 1996: 953–961. doi:10.1016/0145-2134(96)00084-1. PMID 8902292.
  7. Ford JD, Connor DF. "ADHD and post-traumatic stress disorder". Current Attention Disorders Reports (ingilis). 1 (2). 1 June 2009: 60–66. doi:10.1007/s12618-009-0009-0. ISSN 1943-457X. 17 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 April 2022.
  8. Racine MB, Majnemer A, Shevell M, Snider L. "Handwriting performance in children with attention deficit hyperactivity disorder (ADHD)". Journal of Child Neurology. 23 (4). April 2008: 399–406. doi:10.1177/0883073807309244. PMID 18401033.
  9. Peterson RL, Pennington BF. "Developmental dyslexia". Lancet. 379 (9830). May 2012: 1997–2007. doi:10.1016/S0140-6736(12)60198-6. PMC 3465717. PMID 22513218.
  10. Sexton CC, Gelhorn HL, Bell JA, Classi PM. "The co-occurrence of reading disorder and ADHD: epidemiology, treatment, psychosocial impact, and economic burden". Journal of Learning Disabilities. 45 (6). November 2012: 538–564. doi:10.1177/0022219411407772. PMID 21757683.
  11. Nicolson RI, Fawcett AJ. "Dyslexia, dysgraphia, procedural learning and the cerebellum". Cortex; A Journal Devoted to the Study of the Nervous System and Behavior. 47 (1). January 2011: 117–127. doi:10.1016/j.cortex.2009.08.016. PMID 19818437.
  12. "Dyslexia and ADHD". 2023-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-21.
  13. Diagnostic and Statistical Manual of Mental Disorders, Fifth Edition, Text Revision (DSM-5-TR). Washington, D.C.: American Psychiatric Publishing. February 2022. ISBN 978-0-89042-575-6. OCLC 1288423302.
  14. Ramsay JR. Cognitive behavioral therapy for adult ADHD. Routledge. 2007. 4, 25–26. ISBN 978-0-415-95501-0.
  15. Balazs J, Kereszteny A. "Attention-deficit/hyperactivity disorder and suicide: A systematic review". World Journal of Psychiatry. 7 (1). March 2017: 44–59. doi:10.5498/wjp.v7.i1.44. PMC 5371172. PMID 28401048.
  16. Garas P, Balazs J. "Long-Term Suicide Risk of Children and Adolescents With Attention Deficit and Hyperactivity Disorder-A Systematic Review". Frontiers in Psychiatry. 11. 21 December 2020: 557909. doi:10.3389/fpsyt.2020.557909. PMC 7779592 (#bad_pmc). PMID 33408650 (#bad_pmid). 557909.
  17. Willcutt EG. "The prevalence of DSM-IV attention-deficit/hyperactivity disorder: a meta-analytic review". Neurotherapeutics. 9 (3). July 2012: 490–499. doi:10.1007/s13311-012-0135-8. PMC 3441936. PMID 22976615.
  18. Cowen P, Harrison P, Burns T. Drugs and other physical treatments // Shorter Oxford Textbook of Psychiatry (6th). Oxford University Press. 2012. 546. ISBN 978-0-19-960561-3 – Google Books vasitəsilə.
  19. Valdizán JR, Izaguerri-Gracia AC. "[Attention deficit hyperactivity disorder in adults]" [Attention deficit hyperactivity disorder in adults]. Revista de Neurología (ispan). 48 (Suppl 2). February 2009: S95–9. PMID 19280582.
  20. ADHD: A GUIDE TO UNDERSTANDING SYMPTOMS, CAUSES, DIAGNOSIS, TREATMENT, AND CHANGES OVER TIME IN CHILDREN, ADOLESCENTS, AND ADULTS. Fifth Edition s. 2, 159–160

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]