Don çayı — Vikipediya

Don çayı
rus. Дон
Ölkə  Rusiya
Mənbəyi Ortarus yüksəkliyi
 • Yüksəkliyi 180 m
Mənsəbi Azov dənizi
Uzunluğu 1870 km
Su sərfi 935 m³/s
Hövzəsinin sahəsi 422000 km²
DSR[rus.] 05010100312107000000014
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Don çayı — uzunluğu 1870 km-dir, Şərqi Avropada yerləşir. Azov dənizinə tökülür, mənbəyini İvan gölündən alır.

Çayın adı iskit (yəni qədim iran dillərindən) "su", "çay" deməkdir və qədim hindi dil ilə "damca" bağlıdır. [1]

Uzunluğu 1870 km olan don çayı Orta Rusiya yüksəkliyinin 180 metr hündürlüyündən başlayaraq Azov dənizinə tökülür. Çaya bu adı XVII əsrdə Don kazakları vermişdilər.

Don düzənlik çayıdır. Orta meyilliyi 0,1%o-ə bərabərdir, enli dərə əmələ gətirir. Dərənin eni aşağı axarında 12–15 km-a çata bilir. Çayın mənsəbi Azov dənizində olan Taqanroq körfəzidir. Mənsəbdə delta əmələ gətirir.

Don çayı 1590 kilometr uzunluğunda, mənsəbdən Voronej şəhərinə qədər gəmiçilik üçün yararlıdır. Volqaqrad vilayətinin Kalaç-na-Donu şəhəri yaxınlığında Volqa ilə Don arasında məsafə ən yaxın (70 kilometr) olduğuna görə 1952-ci ildə onlar arasında Volqa-Don kanalı çəkilmişdir.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]