Koysuq (Don çayı) — Vikipediya

Koysuq çayı
rus. Койсуг
Ölkə  Rusiya
Mənsəbi Don çayı
Uzunluğu 55 km
Hövzəsinin sahəsi 2358 km²
DSR[rus.] 05010500912107000000092
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Koysuq çayı[1]Rusiyanın Rostov vilayəti ərazisindən axan çay. Don çayının sol qolunu təşkil edir. Koysuq çayının uzunluğu 55 km təşkil edir.

Koysuq Don çsyının mənsəbinə yaxın olan son sol axarlarından biridir. Don çayının keçmiş qoludur.

Koysuq çayı başlanğıcını eyni adlı göldən götürür. Mənbə Batayskdan 3–4 km yuxarıda qərarlaşır. Dəmiryol körpüsünü keçdikdən, Rostov-na-Donu şəhərindən 8 km aralıda çay iki qola bölünür. Birincisi Bataysk şəhəri və Koysuq kəndi ərazisinən axır. İkincisi isə dəmiryolu boyunca 6 km uzanlr. Çayın yatağı 0.5 km, dərinliyi isə 1 metrdir.

Çumutovka çayı Koysuq çayının əsas qollarından biridir. Dayazlıqdan başlayan Moeçnı erik çayı əks istiqamətdə axaraq Rostov-na-Donunun Budyonnovski prospekti hissəsindən Dona tökülür. Burada mərkəzi şəhər çimərlik yerləşir.

Onun qolları quruyan Mokrı və Suxoy Batay axarlarıdır.

Don çayında suyun səviyyəsi artarsa Koysuq qolunda suyun səviyyəsi olduqca artır. Azaldıqda isə anoloji olaraq suyunda azalma baş verir. Dayazlığa çevrilir. Dayazlıq zamanı suyunun sürəti 3-5 sm/s təşkil edir. Güçlü küləklər zamanı suyu olduqca azalır. Hətta bəzən tamamən quruyur. Çayda axın Donun səviyyəsindən asılıdır.

Çayın aşağı axarlarında onun eni 100—200 metr, dərinliyi isə 1,1-2,5 metr təşkil edir. Çayın ətrafı güçlü şəkildə qamış və ot bitkiləri ilə örtülmüşdür. Mənsəbdə çayın dərinliyi 0,4 - 0,9 metr arasında dəyişir.

Koysuq çayı Don çayına Koluzaevo xutoru və Ust-Koysuq xutoru arasından tökülür. Koluzaevo xutoru Don çayının sağ, Ust-Koysuq isə Don çayının sağ hissəsində yerləşir.

  • Çumotavaya
  • Çertanovka

Yaşayış məntəqələri

[redaktə | vikimətni redaktə et]
  • Bataysk
  • Koysuq (Batayskın bir mikrorayonu və keçmiş kəndi)
  • Ust-Koysuq
  1. Ресурсы поверхностных вод СССР: Гидрологическая изученность. Т. 7. Донской район/ Под ред. Д. Д. Мордухай-Болтовского. — Л.: Гидрометеоиздат, 1964. — 267 с.