Duvaryan — Vikipediya
Duvaryan | |
---|---|
40°54′ şm. e. 48°25′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | İsmayıllı rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 33 nəfər |
Digər | |
[http:// ] | |
Duvaryan — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd.
Kənd Lahıc turizm zonasında, Girdiman çayının sol sahilində yerləşir. Əhalisi 33 nəfər 12 kişi, 21 qadındir. Kənd əhalisini tatlar təşkil edir. Əhali əsasən heyvandarlıq və arıçılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 8 km yolu piyada və ya atla getmək olar.[1]
Etimologyası
[redaktə | vikimətni redaktə et]Toponim tat dilindəki duvar (yoxuş, yamac) və an (burada “yer” deməkdir) sözlərindən ibarət olub, “yoxuşlu yer”, “maili yer” mənasını verir. Toponim yerləşdiyi coğrafi ərazini əks etdirir.
İstinadlar
[redaktə | vikimətni redaktə et] İsmayıllı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |