Kürdüvan — Vikipediya

Kürdüvan
40°45′24″ şm. e. 48°24′52″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 264 nəf.
Xəritəni göstər/gizlə
Kürdüvan xəritədə
Kürdüvan
Kürdüvan

KürdüvanAzərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə İsmayıllı rayonunun Basqal kənd Sovetinin Kürdüvan kəndi Xankəndi kənd Sovetinin tərkibinə verilmişdir.[1]

Tarixi abidələri

[redaktə | vikimətni redaktə et]

Kəndin cənub-şərqində şəhər xarabalığı aşkar edilmişdir. Geniş sahəni tutan xarabalıqda daş və kərpicdən tikilmiş müxtəlif bina qalıqları var. Buradan müxtəlif əşyalar tapılmışdır. Xarabalıqdan bir qədər aralı qala divarları, habelə son orta əsrlərə aid müxtəlif binaların qalıqları aşkar olunmuşdur. Xarabalığın cənub-qərbində Basqal çayının yuması nəticəsində əmələ gəlmiş yarğanda 3-4 metr qalınlığında antik dövrə aid mədəni təbəqə və qəbir abidələri aşkar edilmişdir. Oradan da müxtəlif əşyalar tapılmışdır. Tapıntılardan məlum olur ki, Kürdüvan 1 əsrdən son orta əsrlərə qədər yaşayış mövcud olmuşdur.

Coğrafiyası və iqlimi

[redaktə | vikimətni redaktə et]

Kənd Basqal qəsəbəsi yaxınlığında, Rayon mərkəzindən təqribən 30 km aralıda yerləşir.

Əhalisi 264 nəfərdir ki, onun da 133 nəfəri kişi, 131 nəfəri qadındır.

İqtisadiyyatı

[redaktə | vikimətni redaktə et]

Əhalisi kənd təsərrüfatı və əkinçilik ilə məşğul olur.

  1. "Azərbaycan Respublikasının Abşeron, Ağstafa, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Qobustan, Qubadlı, Zaqatala, İsmayıllı, Yevlax, Kəlbəcər, Masallı, Xızı, Şamaxı rayonlarının və DQMV Hadrut rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı". 27 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 August 2022.