Elşən Zeynallı — Vikipediya

Elşən Zeynallı
Doğum adı Elşən Zeynalov
Doğum tarixi (49 yaş)
Doğum yeri Sumqayıt, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı
Fəaliyyəti aktyor, rejissor
Təhsili

Elşən Zeynallı (19 yanvar 1975, Sumqayıt) — kinorejissor, ssenarist.[1]

Elşən Zeynallı 1975-ci ildə dünyaya gəlib. 1992-ci ildə orta məktəbi bitirib, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olub. Bədii kino və televiziya filmləri rejissorluğu ixtisası üzrə xalq artisti Eldar Quliyevin yaradıcılıq emalatxanasında təhsil alıb. Təhsil müddətində bir neçə tələbə-tədris filmlərinin yaradıcısı olub. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında rejissor assistenti vəzifəsində çalışıb. 1998-ci ildə həqiqi hərbi xidmətdə olub. 1999-cu ildən Azərbaycan Televiziya və Radio Verilişləri QSC "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində kinorejissor kimi çalışıb. Bir sıra dövlət sifarişi ilə çəkilən filmlərin yaradıcısı olub.

Şuşa Musiqili Dövlət Dram Teatrında Elçinin "Cəhənnəm sakinləri" pyesinin quruluşçu rejissoru olub. Ssenari müəllifi və rejissoru olduğu "Şuşasız" adlı tamaşanı hazırlayıb. "İpək yolu", "Vicdan susanda", "Bu çayın suyu lilli", "Ölüləri qəbiristanlıqda basdırın", "O gecənin səhəri", "Bu belə olmuşdur", "Kənddə bədən tərbiyyəsi" kimi bədii filmlərin ssenari müəllifidir. Respublika Gənclər mükafatının laureatıdır. Hazırda Azərbaycanda "Televiziya filmlərinin struktur problemi", "Azərbaycan televiziya kinosunun gələcək inkişaf perespektivləri" adlı kitabların üzərində işləyir. Peşə və ixtisas yönümü üzrə fərdi ustad-dərsləri keçirir. Bir çox tələbə-dinləyiciləri ADMİU-nun məzunudur. Kinematoqrafçılar İttifaqının, Azərbaycan Peşəkar Kinorejissorlar Gildiysının üzvüdür. 2011-ci ildən ATV İnternational kanalının "Televiziya Filmləri Studiyası"nda kinorejissor kimi fəaliyyətini davam etdirib.2013-cü ildən CİBC Telekanalının "Televiziya Filmləri Studiyası"nda kinorejissor kimi çalışıb. Hal-hazırda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissorudu. Evlidir, 2 övladı var.

  1. Vokal (film, 2000)
  2. Qədim hamamlar (film, 2001)
  3. Zülfü ocağı (film, 2002)
  4. Şəkidə toy (film, 2002)
  5. Nehrəmli qız (film, 2002)
  6. Ağ rəngin musiqisi (film, 2003)
  7. Oxuyan ürəkdir (film, 2003)
  8. Naxçıvan muzeyləri (film, 2003)
  9. Tərəkəmə (film, 2003)
  10. Mariya (film, 2004)
  11. Xalqım mənim-H. Əliyev (film, 2004)
  12. Qayıdış xalçası (film, 2004)
  13. Ömür qatarı (film, 2004)
  14. İsmayıl bəy Qutqaşınlı (film, 2004)
  15. Bizim qəribə taleyimiz (film, 2005)
  16. Ozan (film, 2005)
  17. Şair haqqında ballada. Tofiq Bayram (film, 2005)
  18. Sarıbaş (film, 2006)
  19. Saz haqqı (film, 2006)
  20. Çingiz Sadıqov (film, 2006)
  21. Zərif nəfəs (film, 2007)
  22. Şamaxı abidələri (film, 2007)
  23. Əziz Əliyev-olduğu kimi (film, 2007)
  24. Mən kiməm? Fikrət Qoca (film, 2007)
  25. Onlarla birlikdə (film, 2008)
  26. Ərkivan (film, 2008)
  27. Axıska türkləri (film, 2008)
  28. Aran nağılı (film, 2009)
  29. Bir şəhərin tarixçəsi (film, 2009)
  30. İngiloylar (film, 2009)
  31. Bir ömrün salnaməsi (film, 2010)
  32. Korrupsiyaya qarşı hamılıqla mübarizə (film, 2011)
  33. Halay (film, 2011)
  34. Balaban (film, 2011)
  35. Fransız qadının gündəliyi (film, 2011)
  36. Növbəti stansiya (film, 2011)
  37. Şəki olduğu kimi (film, 2011)
  38. Çildağ (film, 2011)
  39. Meşə sakini (film, 2011)
  40. Günəşin batdığı yer (film, 2012)
  41. Martın son günü 1918 (film, 2012) I hissə
  42. Martın son günü 1918 (film, 2012) II hissə
  43. Naftalan möcüzəsi (film, 2012)
  44. Abşeron incisi (film, 2012)
  45. Çayın nağılı (film, 2012)
  46. Didərgin atlar (film, 2012) ATV İnternational
  47. Diribaba (film, 2012) ATV İnternational
  48. İvanovka (film, 2012) CBCfilm
  49. Ömrün anları… Heydər Əliyev (film, 2012) CBCfilm
  50. Bir bayraq altında (film, 2012) CBCfilm
  51. İvanovkada bir gün (film, 2013) CBCfilm
  52. Вспоминая его… Г.А,Алиев (film, 2013) CBCfilm
  53. Площадь Национальной Гордости (film, 2013) CBCfilm
  54. Бакинский Бульвар (film, 2013) CBCfilm
  55. 10 ilin salnaməsi-SOCAR (film, 2013) CBCfilm
  56. Quba nağılı, Çiçi naxışı (film, 2013) CBCfilm
  57. QUBA ETÜDLƏRİ (film, 2013) CBCfilm
  58. Torpaq uğrunda ölən varsa Vətəndir (film, 2014)
  59. Milli teatr (film, 2015)
  60. Soyuq günəş (film, 2020)
  1. Zeynallı, E. "Kino incəsənətin ən kütləvisidir": Elşən Zeynallı: "Çox təəssüf ki, bu gün çəkilən əksər televiziya filmlərinin heç bir ictimai fikir yükü yoxdur": [kinorejissorla müsahibə] /müsahibəni apardı Xəyalə Günəş //Palitra.- 2014.- 4 aprel.- S.13.