Elliot Peyc — Vikipediya
Elliot Peyc | |
---|---|
ing. Elliot Philpotts-Page | |
| |
Doğum adı | Ellen Grace Philpotts-Page[3] |
Doğum tarixi | 21 fevral 1987[1][2][…] (37 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | kino aktyoru |
Fəaliyyət illəri | 1997-ci ildən |
IMDb | ID0680983 |
Vikianbarda əlaqəli mediafayllar |
Elliot Peyc[5] (əvvəlki adı: Ellen Peyc; 21 fevral 1987[1][2][…], Halifaks[4]) — kanadalı aktyor. O, "Cuno" filmindəki performansına görə "Oskar", "BAFTA" və "Qızıl Qlobus" mükafatına namizəd göstərilib.
Həyatı
[redaktə | mənbəni redaktə et]Elliot Peyc 21 fevral 1987-ci ildə Kanadanın Yeni Şotlandiya əyalətindəki Halifaks şəhərində anadan olub.[6] Anası Marta Filpotts müəllimə, atası Dennis Peyc isə qrafik dizaynerdir. O, qadın doğulub və əvvəlki adı Ellen idi. 2020-ci ildə cinsiyyətini dəyişdirib.[7]
Karyerası
[redaktə | mənbəni redaktə et]Onun 1997-ci ildə 10 yaşında çəkildiyi "Pit Pony" telefilmi sonradan serial kimi yayımlanmağa başlayır.[8][9] Bir qədər sonra Kanada televiziyasında efirə çıxan aktyor kinodakı ilk mükafatını "Ghost Cat" filmindəki roluna görə alır.[10] "Love That Boy" filmindən sonra 16 yaşlı Peyc ilk dəfə "Mouth to Mouth" adlı Avropa filminə çəkilir.[11] 2005-ci ildə Halifaksdakı Şambala məktəbini bitirən Elliot Peyc "Wilby Wonderful" filmindən sonra "Sərt konfet" trillerində baş rolu oynayır.[12] 2006-cı ildə isə onun iştirakı ilə bir neçə film çıxır. "İks adamlar: Son müqavimət" və "An American Crime" filmlərindən sonra "The Tracey Fragments" filmində rol alır. "Cuno" filmi isə ona daha böyük şöhrət gətirir. Bu filmə görə Peyc "Oskar" və "Qızıl Qlobus" mükafatlarına namizədlik qazanır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 filmportal.de. 2005.
- ↑ 1 2 Ellen Page // GeneaStar.
- ↑ Coming out made me more free in every aspect of my life (ing.).
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #140717056 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ "Canadian actor Elliot Page shares he is transgender". CBC News. December 1, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 1, 2020.
- ↑ Maher, Kevin. "Ellen Page isn't fazed by her scripts". The Times. October 27, 2007. ISSN 0140-0460. December 1, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 19, 2020.
- ↑ "Elliot Page of 'Umbrella Academy', 'Juno' fame announces he's transgender". Geo News. December 1, 2020. December 1, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 23, 2022.
- ↑ "How Tall Is Ellen Page?". ScreenRant. September 17, 2020. December 1, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 28, 2020.
- ↑ Anderson, Sam. "Ellen Page Goes Off-Script (Published 2015)". The New York Times. October 1, 2015. ISSN 0362-4331. November 8, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 28, 2020.
- ↑ "Nova Scotia-made Programs Win Gemini Awards". Government of Nova Scotia. May 11, 2018. January 6, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 25, 2021.
- ↑ Eisner, Ken. "Touch & Go". Variety. March 19, 2003. April 2, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 28, 2020.
- ↑ Dargis, Manohla. "In 'Hard Candy,' an Internet Lolita Is Not as Innocent as She Looks". The New York Times. April 14, 2006. ISSN 0362-4331. February 12, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 28, 2020.