Erməni Qriqoryan Kilsəsinin Qarabağ yeparxiyası — Vikipediya

Erməni Qriqorian Kilsəsinin Qarabağ yeparxiyası (erm. Արցախի թեմ Artsakhi t'em) — Erməni Qriqorian Kilsəsinin Dağlıq Qarabağ ərazisində yurisdiksiyası olan kilsə hissəsi. Mərkəzi Şuşa şəhərində Qazançetsots 72 ünvanında yerləşən Qazançetsots kafedralıdır. Yeparxiyanın başçısı, arxiyepiskop Pargev Martinosyandır.

Arxiyepiskop Pargev Martinosyannın iqamətgahının yerləşdiyi və 1888-ci ildə inşa olunmuş Qazançetsots kafedralı. (Şuşa)

Yeparxiya, Erməni Qriqorian Kilsəsinin rəhbəri II Vazgen tərəfindən Pargev Martinosyannın 1989-cu ildə Dağlıq Qarabağ bölgəsinə arxiyepiskop təyin edilməsindən sonra yaradılmışdır.[1][2] Bu tarixə qədər Qarabağda yerləşən kilsələr Alban Həvari KilsəsiErməni Qriqorian Kilsəsinin keşişləri tərəfindən idarə olunurdu. 1830-cu illərdə erməni kilsəsi, fəaliyyətsiz qalmış alban kilsələrinə sahib çıxmaqdan ötrü, Rus sinoduna müraciət edir və edilmiş müraciət əsasında İmperator I Nikolay tərəfindən 1836-cı ilin 10 aprel tarixində bölgədə yerləşən bütün dini obyektlərin Erməni Qriqorian Kilsəsinin tabeçiliyinə verilməsi barədə qərar qəbul edilir. Ağdərə rayonunun Vəngli kəndində, Xaçınçayın sol sahilində yerləşən XIII əsrə aid alban kilsəsi Gəncəsər monastırı müvafiq fərman verilənə qədər Alban Həvari Kilsəsinin mərkəzi olmuşdur.

Dağlıq Qarabağ bölgəsində yerləşən bütün kilsələr 1930-cu ildə SSRİ hökumət rəhbərlərinin göstərişi ilə qapadılmış və bəzilərindən yem anbarı kimi istifadə olunmuşdur. Kilsələrin təkrar fəaliyyəti Mixail Qorbaçovun rəhbərliyi dövründə mümkün olmuşdur. Artıq bu dövrdə kilsələr özünün ilkin alban mənşəyini itirərək, tamamilə erməniləşmişdir. 1989-cu ildə bölgədə erməni yeparxiyasının yaradılması və Qarabağda yaşayan ermənilərin artan millətçilik tələbləri fonunda kilsələrin erməniləşdirilməsinə və aktiv olmayan kilsələrin belə işlək vəziyyətə gətirilməsi siyasəti aparılmış, bu məqsəd üçün diasporada yaşayan ermənilərin maddi imkanlarından istifadə olunmuşdur.[3]

Erməni Qriqorian Kilsənin Qarabağ yeparxiyasının mərkəzi ofisi Şuşa şəhərində, Qazançetsosts 72 ünvanında yerləşir. Burada yerləşən Qazançetsots kafedralı yeparxiyanın mərkəzi sayılır və arxiyepiskop Pargev Martinosyanın iqamətgahıda bu kafedraldadır.

2006-cı ildən etibarən Xankəndi şəhərində Müqəddəs Ana kafedralının tikinti işlərinə başlanılıb və kilsənin tikintisi üçün 2 milyon ABŞ dolları vəsaitin ayrıldığı bildirilir. Maliyyə çatışmazlığı səbəbindən kilsənin tikintisi yarımçıq vəziyyətdədir. Müqəddəs Ana kafedralı tamamlandıqdan sonra Erməni Qriqorian Kilsəsinin Qarabağ yeparxiyasının mərkəzi Şuşa şəhərindən buraya köçürürləcək.[4]

Aktiv kilsələr

[redaktə | mənbəni redaktə et]

Aşağıdakı siyahıda Erməni Qriqorian Kilsənin Qarabağ yeparxiyasının nəzarəti altında fəaliyyət göstərən kilsələr, monastrlar və şapellərin siyahısı, onların yerləşdiyi yer və təqdis ili göstərilmişdir:

Qeyri-aktiv və xarabalıqları qalmış kilsə və monastırlar

[redaktə | mənbəni redaktə et]

Dağlıq Qarabağ bölgəsində yerləşən, qeyri-aktiv və yaxud xarabalıqları qalmış kilsə və monastrıların natamam siyahısı;

  1. Armenian International Magazine, Volume 10, Glendale, California, 1999
  2. O'Mahony, Anthony. Eastern Christianity: Studies in Modern History, Religion and Politics. London: Melisende. 2004. səh. 148. ISBN 9781901764239.
  3. "Diocese of Artsakh of the Armenian Apostolic Church". Gandzasar.com. 28 May 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 May 2013.
  4. "Stepanakert Church". 2018-10-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-03-25.