Etibar Şirinov — Vikipediya
Etibar Şirinov | |
---|---|
Şirinov Etibar Cahangir oglu | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | azərbaycanlı |
Həyat yoldaşı | Mehparə Abdullayeva |
Uşağı | 1-Cahangir Şirinov 2- Aydan Şirin |
Atası | Cahangir Şirinov |
Anası | Gülayət Şrinova |
Fəaliyyəti | Operator |
Etibar Şirinov (19 yanvar 1965, Bakı) — operator.
Həyatı
[redaktə | mənbəni redaktə et]Etibar Şirinov 1965-ci il 19 yanvarda Bakı şəhərinin Lökbatan qəsəbəsində doğulmuşdur. Uşaqlıq illərindən kino sənətinə böyük marağı olan Etibar C. Cabbarlı adına Azərbaycanfilm Kinostudiyasında operator köməkçisi kimi işə başlamışdır. O, burada müxtəlif filmlərin çəkilişində iştrak etmişdir. 1993-cü ilə qədər burada işlədikdən sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyində Sənədli Filmlər Kinostudiyasının Bədii rəhbəri işləmişdir. Qarabağ muharibəsinin ən qızğın səhnələrini lentə almışdır. 2014-cü ildən mayor rütbəsi ilə ordu sıralarından ehtiyata buraxılmışdır. 2014-cü ildən Baku media center də işə başlamışdır.
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- Şeytan göz qabağında (film, 1987) — operator
- Pəncərə (film, 1991) — operator
- Qətldən yeddi gün sonra (film, 1991) — operator assistenti
- Qəzəlxan (film, 1991) — operator
- Qayalarda qalan səs (film, 1995) — ikinci operator
- Heydər Əliyev. Vətənin keşiyində (film, 2007) — operator
- Dünən qəfildən gəldi (film, 2009) — quruluşçu operator